Aralıq dənizi qarışdı, Rusiyanın gizli neft tankeri ələ keçirildi

Aralıq dənizi qarışdı, Rusiyanın gizli neft tankeri ələ keçirildi
25.06.2026 17:48 Dünya

Fransa Siciliya sahilləri yaxınlığında Rusiya ilə əlaqəli olduğu bildirilən neft tankerini saxlayıb.

TodayPress TV xəbər verir ki, bu barədə Fransa Prezidenti Emmanuel Makron "X" sosial şəbəkəsində paylaşım edib.

Makronun sözlərinə görə, "Deliver" adlı neft tankeri dəniz hüququnun tələblərini pozaraq Siciliya sahillərindən keçərkən Fransa Hərbi Dəniz Qüvvələri tərəfindən yoxlanılıb.

Kamerun bayrağı altında üzən və Rusiyanın Primorsk limanından yola çıxan gəmi Fransa hərbi gəmilərinin müşayiəti ilə əlavə yoxlamalar üçün lövbər dayanacağına yönləndirilib.

Fransa Prezidenti bildirib ki, "Deliver" Qərbin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalardan yayınmaq üçün istifadə olunduğu iddia edilən "kölgə donanması" ilə əlaqəlidir.

Makron vurğulayıb ki, Fransa "kölgə donanması"nın sanksiyalardan yayınmasına və Rusiyanın hərbi fəaliyyətinin maliyyələşdirilməsinə imkan verməyəcək.

Qeyd edək ki, Fransa ötən ilin sentyabrından bəri Rusiya ilə əlaqəli olduğu ehtimal edilən daha dörd gəmini yoxlayıb. Avropa İttifaqının sanksiya siyahısında isə Rusiyanın "kölgə donanması"na aid olduğu iddia edilən 600-ə yaxın gəmi yer alır.

Qiymət Mahir

XƏBƏR LENTİ
10 AVQUST 2026
Azad edilmiş ərazilərdə 891 mina və sursat zərərsizləşdirildi – 1 581 hektar təmizləndi 12:57 Mariupol–Cankoy yolunda güclü partlayış: Yanacaq çənləri yandı – VİDEO 12:33 Karlın dopinq etirafı: “Bunun əvəzini ödədim” 12:48 Yağış yağacaq, külək əsəcək - SABAHIN HAVASI 12:46 Smart keçmiş klubunun fanatlarını hədəfə aldı: “Ən çirkinlərdir” 12:36 Məkkə Sazişi - Türk ordusu 100 il sonra Məkkədə 12:32 İraolanın “Liverpul”dakı ilk addımları: Van Deykdən açıqlama 12:18 Rayonlarda yağış yağır, şimşək çaxır - FAKTİKİ HAVA 11:57 Vembanyama NBA tarixinin böyük rekorduna göz dikdi! 11:54 Nijnekamskdə PUA hücumu: 12 nəfər öldü, 39 nəfər yaralandı – MATƏM ELAN EDİLDİ 08:26 Azərbaycanlı boksçular Qazaxıstanda rəqiblərinə şans vermədi! 11:33 Çingiz Əlioğlu ilə vida mərasimi keçirilir 11:23 Xamenei martın ortalarından ölüb - İDDİA 11:10 Litvanın Baş naziri İlham Əliyevə zəng etdi 11:09 İlham Əliyev Məsud Pezeşkiana təşəkkür etdi 11:05 Pezeşkian Azərbaycan dilində danışdı, tənqid olundu 11:01 Mourinyodan illər sonra gələn etiraf: “Ürəyimin səsini dinlədim” 11:26 Bakıda əmlak bazarı ilə bağlı YENİ PROQNOZ: İpoteka və qiymətlər... 10:52 Rocer Federer gündəmdə: 45 yaşlı əfsanədən yeni fotolar 10:40 “Qalatasaray” Batrakovdan vaz keçdi: Yeni hədəf müəyyənləşdi! 10:32 Azərbaycan Borçalını itirdi? 10:29 Levandovski “Barselona” əfsanələri arasında: Polşalı hücumçu tarix yazdı! 11:44 925 yanğın hadisəsi baş verdi: FHN 43 nəfərin həyatını xilas etdi 10:10 Alonsonun gələcəyi ilə bağlı açıqlama: “O, hələ buna layiqdir” 09:59 Jurnalistin ruslarla bağlı dediyi söz işdən çıxarılmasına səbəb ola bilər 09:54 Bütün Xəbərlər