BMT-dən dünya üçün "aclıq" xəbərdarlığı: Hörmüz boğazı təcili açılmalıdır

BMT-dən dünya üçün "aclıq" xəbərdarlığı: Hörmüz boğazı təcili açılmalıdır
27.04.2026 20:50

BMT-nin Baş katibi Antonio Quterreş Hörmüz boğazındakı fasilələrin qlobal qida böhranını tətikləmə riski daşıdığını bildirərək, boğazın açılması və qlobal iqtisadiyyatın nəfəs almasına şərait yaradılması ilə bağlı çağırış edib.

TodayPress TV xəbər verir ki, bu barədə o, BMT Təhlükəsizlik Şurasının "Beynəlxalq sülh və təhlükəsizliyin qorunması" gündəliyi çərçivəsində keçirilən "Dəniz su yollarının təhlükəsizliyi və mühafizəsi" mövzusundakı iclasında çıxış edib.

Baş katib qlobal ticarətin arteriyalarını təşkil edən dəniz yollarının ciddi təzyiq altında olduğunu vurğulayıb:

“Geosiyasi gərginliklər dənizlərə sıçrayır, ticarət gəmiləri təzyiq vasitəsi kimi istifadə olunur, dəniz hüququnun fundamental prinsipləri çərçivəsində naviqasiya hüquqları və azadlıqları sarsıdılır”.

Mart ayının əvvəlindən bəri Hörmüz boğazından keçən gəmi hərəkətindəki fasilələrin qlobal enerji təhlükəsizliyinə, qida tədarükünə və ticarətə mənfi təsir göstərdiyini vurğulayan Quterreş, bunun “COVID-19” pandemiyası və Ukrayna müharibəsindən bəri yaşanan ən ağır tədarük zənciri böhranı olduğuna işarə edib.

“Uzunmüddətli fasilələr qlobal qida böhranını tətikləmək riski daşıyır. Xüsusilə Afrika və Cənubi Asiyada milyonlarla insanı aclıq və yoxsulluğa sürükləyir”, - deyə o əlavə edib.

Aysel Mətləb

TodayPress TV

XƏBƏR LENTİ
20 IYUN 2026
Tramp artıq Meloni ilə dostluq etməyəcəək 16:41 DİN-in Hərbi İnstitutunda növbəti buraxılış oldu 16:32 "Ubisoft"un həmtəsisçisi təyyarə qəzasında öldü 16:14 DÇ-26: Niderland İsveçə qarşı 16:02 Azərbaycan və Özbəkistan XİN rəhbərləri strateji tərəfdaşlığı müzakirə etdilər 15:53 Yunanıstanda güclü zəlzələ oldu 15:41 Flora Kərimova xəstəxanadan evə buraxıldı 15:34 Qeyri-adi təhlükəsizlik yoxlaması Almanlardan da yan keçmədi - VİDEO 15:28 Tramp yeni "Air Force One"-ı nümayiş etdirdi - VİDEO 15:22 Yevlax sakini su kanalında batdı 15:12 UFC döyüşçüsü Rafael Fiziyev Bakıya gəldi 14:54 Britaniya Ukrayna üçün yeni uzaqmənzilli raketlər hazırlayır 14:52 Mourinyo Qonsalo Qarsiyanı "Real"da saxlamaq istəyir 14:45 MEDİA: Bəzi saytlarda DİM-in məlumatları şişirdilmiş başlıqlarla verilib 14:40 Azərbaycan və Koreya arasında keçirilən danışıqların detalları açıqlandı 14:21 Pentaqon məktəbə endirilən zərbəni araşdırır 13:58 Füzulidə faciə: 5 yaşlı yeniyetmə su kanalında boğuldu 13:56 "Sabah" yeni transferini açıqladı 13:47 AZAL Qazaxıstanın daha iki şəhərindən Bakıya reys açacaq 13:36 Boşandığı şəxslə yenidən nikaha daxil olanların sayı məlum oldu - RƏSMİ 13:34 Bazar gününün havası açıqlandı - Neçə dərəcə isti olacaq? 13:21 Tovuzda çayda batan şəxs Milli Qvardiya əsgəri imiş - FOTO 13:01 Türkiyədə oteldə xlordan kütləvi zəhərlənmə 13:08 Azərbaycandan Ermənistana buğda göndərildi - YENİLƏNDİ 12:05 Keyt Duqlass dünya rekordunu yenilədi 12:41 Bütün Xəbərlər