Blinken Trampı yıxıb-sürüdü - heçnə edə bilmədin, rejim öz yerindədir...

Blinken Trampı yıxıb-sürüdü - heçnə edə bilmədin, rejim öz yerindədir...
18.06.2026 17:53

ABŞ-nin keçmiş dövlət katibi Entoni Blinken Prezident Donald Trampı İranla bağladığı sazişə görə tənqid edib.

TodayPress TV xəbər verir ki, bu barədə o, sosial mediada yazıb.

“Bu razılaşmanın yeganə “nailiyyət”i müharibədən əvvəl də açıq olan Hörmüz boğazının yenidən açılmasıdır. Görünür, hətta İrana bu boğazı açması üçün pul da ödəyəcəyik”, - keçmiş dövlət katibi bildirib.

Blinken qeyd edib ki, Tehran İran neftinin satışına qoyulmuş məhdudiyyətlərin aradan qaldırılması və dondurulmuş aktivlərin açılması hesabına milyardlarla dollar gəlir əldə edəcək, ancaq bundan sonra nüvə proqramı ilə bağlı müəyyən güzəştlərə gedəcək:

“İran rejimi toxunulmaz qaldı, onun hərbi qanadı (SEPAH) isə daha çox səlahiyyət əldə etdi. Bu isə iranlıların daha da yoxsullaşdığı və ümidsiz vəziyyətə düşdüyü vaxtda baş verdi. Görünür, İran raket və PUA-ların əhəmiyyətli ehtiyatlarını, eləcə də onların istehsalı üçün müəssisə imkanlarını qoruyub saxlayıb. İran Livan, Yəmən və digər yerlərdəki proksi qüvvələrlə əlaqələrini yenidən bərpa edib. Atəşkəs sazişində bunlarla bağlı heç nə deyilmir.

Trampın özü tərəfindən ötən il tamamilə məhv edildiyi iddia olunan İranın nüvə proqramını yenidən sıradan çıxarmaq cəhdi uğursuz oldu. İran hələ də müharibədən əvvəl istehsal etdiyi yüksək səviyyədə zənginləşdirilmiş urana, eləcə də uranı silah materialına çevirmək üçün lazım olan sentrifuqalara malikdir. Ola bilsin, bu məsələlər bu həftə başlamalı olan danışıqlarda müzakirə ediləcək, amma hansı bədələ? Sanksiyaların ləğvi və aktivlərin açılması hesabına? Ən yaxşı halda, yenidən Prezident Barak Obamanın müharibə olmadan əldə etdiyi və İranın nüvə proqramını nəzarət altına alan keçmiş nüvə sazişinə bənzər sənədə qayıdacağıq”.

ABŞ-nin keçmiş baş diplomatı hesab etmir ki, neftin qiyməti tezliklə müharibədən əvvəlki səviyyəyə qayıdacaq, neft-qaz hasilatının bərpası, infrastrukturun yenidən qurulması vaxt tələb edəcək.

Blinken həmçinin vurğulayıb ki, ABŞ-nin İranla müharibə zamanı istifadə etdiyi raket ehtiyatlarının yenilənməsi də uzun müddət aparacaq və bu, Amerikanın dünyanın digər bölgələrində çəkindirmə potensialına mənfi təsir göstərəcək:

“Yeganə müsbət məqam dünyanın yenidən bərpaolunan enerji mənbələrinə fokuslanması ola bilər. Amma qalib Çin olacaq. Çünki o, külək və günəş enerjisi, elektromobillər və akkumulyator istehsalı sahəsində liderdir. Çin öz təsirini daha da artıracaq, Tramp administrasiyası isə külək elektrik stansiyalarının bağlanması üçün onlara pul ödəyir. Bununla da elektromobil sahəsində rəqabət qabiliyyətimizi artırmaq üçün stimulları azaldır”.

Entoni Blinken əlavə edib ki, Tramp Avropadakı müttəfiqləri ABŞ-dən uzaqlaşdırmaqla ciddi səhvə yol verib:

“İki il ərzində onları tənqid edib, hədələyiblər, müharibə ilə bağlı məsləhətləşmələr aparmayıblar, sonra isə Avropanı ABŞ-yə böhrandan çıxmaqda kömək etmədiyinə görə qınayıblar. Ən əsası isə budur ki, Tramp bu müharibə ilə əsas xarici siyasət sınağından keçə, Amerika xalqının vəziyyətini yaxşılaşdıra bilmədi. Hamımız müharibənin bitməsinə sevinməliyik, ən azı hələlik vəziyyət belədir. Şübhəsiz ki, Tramp bütün uğuru öz adına yazacaq. Bu isə ona bənzəyir ki, yanğını törədən şəxs evin yarısı yandıqdan sonra həmin yanğını söndürməsi ilə lovğalanır”.

Jalə Rövşən 

XƏBƏR LENTİ
18 IYUN 2026
İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçiridi 18:54 İlham Əliyev: Dostlarımızın sayı ilbəil artır 18:47 Rutte elan etdi: Alyansda tarixi transformasiya – "NATO 3.0" qurulur 18:12 ABŞ-İran sazişinin baş vasitəçisinin İsveçrəyə səfəri LƏĞV EDİLDİ 18:19 Hər şey dəyişəcək - Ermənistanın baş naziri Narek Karapetyan olacaq 18:08 İsveç səfirinin Azərbaycandakı diplomatik fəaliyyəti başa çatdı 18:05 Dilican görüşünün gizli kodları - Paşinyan təxribatın qarşısını aldı? 17:37 Blinken Trampı yıxıb-sürüdü - heçnə edə bilmədin, rejim öz yerindədir... 17:53 Sertifikasiya üzrə test imtahanı davam edir - Neçə nəfər iştirak edib? 17:49 Kərim Vəliyev MDB Komitəsinin iclasında iştirak etdi 17:30 Yulafın faydaları və gündəlik qidalanmada düzgün istifadəsi 16:00 Azərbaycan və Monteneqro Ombudsman təsisatları əməkdaşlıq edəcək 17:25 Ejder Yalçın: Müasir mina və RPG qorunmasının etibarlı nümunəsi 17:20 "Qarabağ" "Zirə" ilə qarşılaşacaq 17:05 Özünüzə nəyi arzu edirsinizsə, başınıza da o gəlir: Ölüm istəyənə ölüm, yaşam istəyənə ömür 16:55 Rusiyanın "qara günü" - Neft yağışının tükürpədən kadrları 16:45 Ermənilər Gümrüdə Sovet abidəsinə nə etdilərsə - Rusiya nota yolladı 16:45 Qulaqda küy niyə yaranır? Tinnitusun mümkün səbəbləri və yardım yolları 15:55 Ruslar Bakıda bu suala cavab axtarır: Azərbaycanla münasibətləri necə inkişaf etdirə bilərik? 16:35 Adına Bakıda küçə var, Ermənistanda isə onu xatırlayan çoxları – Şirin Mirzəyevi minaya necə saldılar? 16:18 17 yaşlı qızın soyumamış bədəni sosial şəbəkədə qaldı: “Əxlaq polisləri” hücuma keçdi 16:02 Zelenski Rusiyanın "atasına od qoyur" - Napoleondan 214 il sonra Moskvanı yandırdılar 15:49 Qaş və kirpik baxımında istifadə olunan 7 təbii gücləndirici üsul 15:50 Koçaryanın hava limanındakı gizli fotosu necə sızdı? — Paşinyandan ŞOK ETİRAF 15:42 Bakıda sakinlərin 34 ildir “qoruduqları” qatil – Onu niyə təslim etmirik? 15:38 Bütün Xəbərlər