"Bayraktar Kızılelma" tarixə düşdü

"Bayraktar Kızılelma" tarixə düşdü
30.11.2025 12:30

Türkiyənin ilk pilotsuz döyüş təyyarəsi olan "Bayraktar Kızılelma" növbəti tarixi uğura imza atıb.

TodayPress TV xəbər verir ki, bu barədə "Anadolu" mlumat yayıb.

Bildirilib ki, "Bayraktar Kızılelma" Sinop sahillərində həyata keçirilən sınaqda görmə məsafəsindən uzaqda hava-hava raketi ilə reaktiv mühərrikli hava hədəfini vurub. Beləliklə, "Bayraktar Kızılelma" dünyada bunu edən ilk pilotsuz döyüş təyyarəsi olub.

Ssenariyə uyğun olaraq buraxılan yüksək sürətli reaktiv mühərrikli hədəf dronu, "Bayraktar Kızılelma" üzərində yerləşən ASELSAN müdafiə sənayesi şirkətinin hazırladığı URAD AESA radarı tərəfindən aşkar edilib və izlənilib.

Radar hədəfi dəqiq müəyyən etdikdən sonra pilotsuz döyüş təyyarəsi qanadının altında daşıdığı GÖKDOĞAN Beyond Visual Range hava-hava raketini atıb. Atılan raket reaktiv mühərrikli hədəfi vurub.

Dünyadakı pilotsuz döyüş təyyarələri layihələrinin böyük əksəriyyəti əsasən havadan yerə missiyalar üçün nəzərdə tutulub. Odur ki, bu günə qədər hələ heç bir pilotsuz platforma havada olan hədəfə atəş açmaq qabiliyyətinə nail olmayıb. "Bayraktar Kızılelma" isə uğurlu sınaq nəticəsində ilk və yeganə platforma olmaqla aviasiya tarixində yeni bir dövrə qədəm qoyub.

İlk dəfə 2022-ci ilin avqustunda Samsun şəhərində keçirilən "Teknofest" aerokosmik sərgisində təqdim olunan "Kızılelma" Türkiyənin səsdən sürətli qırıcı PUA-sıdır və MIUS pilotsuz döyüş təyyarəsi kompleksi layihəsinin bir hissəsi kimi hazırlanıb. PUA-nın uçuş kütləsi təxminən 6 tondur ki, bunun da təxminən 2 tonu faydalı yükdür. "Kızılelma" 12 kilometr yüksəklikdə 5-6 saat uça bilir. Kompaniyanın məlumatına görə, SATCOM şəbəkəsi ilə işləmək qabiliyyəti sayəsində PUA-nın uçuş diapazonu məhdudiyyətsizdir.

XƏBƏR LENTİ
31 IYUL 2026
Əhalinin Siyahıyaalınmasına Yardım üzrə Mərkəzi Komissiya yaradılacaq 17:20 Sançes baş verənlərdən şoka düşüb: ərazimizə hücum edirlər 17:15 İspaniyada 25 mindən çox miqrant Mərakeşə geri qaytarıldı 17:02 Rassellin gələcəyi ilə bağlı gözlənilməz açıqlama 16:50 Dezinformasiyalar sosial həyatımızı təhlükə altına aldı – Prezident müdaxilə etməli oldu. 16:45 FIFA-dakı qalmaqal böyüyür: daha bir istefa gəldi 16:39 Küveyt İranın pilotsuz uçuş aparatlarını vurdu 16:15 Şensnıdan təqaüdlə bağlı gözlənilməz açıqlama 16:19 150 balla bu ixtisaslara qəbul mümkündür - DİM sədri açıqladı 16:10 DİM sədri: l ixtisas qrupu üzrə keçid ballarının artacağı gözlənilir 15:58 Səudiyyə İranı məğlub etmək üçün İraqı vurdu - YENİ SSENARİ İŞƏ DÜŞDÜ 15:57 Seutaya 24 saata 49 min miqrant – İspaniya bunu "hücum" adlandırdı 15:45 UEFA vacib oyunu azərbaycanlı FIFA referisinə həvalə etdi 15:37 “Qarabağ”ın Konfrans Liqası oyununa FIFA referisi təyin edildi 15:33 Stalinin güllələtdiyi zadəganın SSRİ neft sənayəsini dirçəltmiş akademik oğlu: Midhət Abbasov-100 15:28 Niderland millisini tanınmış keçmiş futbolçu çalışdıra bilər 15:09 Prezidentin təltif olunduğu orden: Daha kimlərə verilib? 15:19 “Nyukasl” daha bir ulduzunu itirdi: Gimarayens gedir 15:05 Zirzəmisində ölü döl tapılan “Vital Hospital”da yoxlama aparıldı 14:56 Putin niyə Paşinyanı baş nazir kimi təbrik etmir? 14:09 Səs-küylü transfer: Ter Ştegen “Ayaks” yolunda 14:50 Portuqaliya millisinin ulduzu Premyer Liqaya yollanır 14:47 Rusiyaya Ermənistandan gələn günün bəd xəbəri: dəmir yollarını... 14:04 Bakıda təkər tullantıları yanır - VİDEO 14:14 Nüvə başlığı daşıya bilən Rusiya raketi Polşa ərazisində partladı 14:12 Bütün Xəbərlər