Bakı-Tbilisi-Qars qatarları Çinə qədər gedə bilər - TƏKLİF

Bakı-Tbilisi-Qars qatarları Çinə qədər gedə bilər - TƏKLİF
03.07.2026 18:24

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Bakı-Tbilisi-Qars dəmiryolunun modernləşdirilməsindən sonra işə salınmasını alqışlayıb və onun tikilməkdə olan Çin-Qırğızıstan-Özbəkistan dəmir yolu magistralı ilə birləşdirilməsi məsələsinin işlənib-hazırlanmasını təklif edib.

TodayPress TV Oxu.Az-a istinadən xəbər verir ki, bu bəyanat Şavkat Mirziyoyevin Tbilisidə Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə görüşü zamanı səsləndirilib.

Bakı-Tbilisi-Qars dəmiryolu Çinə qədər uzanacaq?

Tərəflər nəqliyyat-tranzit əməkdaşlığının gücləndirilməsini və bu sahədə iki ölkənin potensialından tam istifadə etmək üçün əlverişli şəraitin yaradılmasını müzakirə ediblər. Özbəkistana məxsus yüklərin daşınması prosesində "Batumi" və "Poti" dəniz limanlarının infrastrukturundan daha geniş istifadə edilməsi vurğulanıb. Həmçinin Özbəkistan mallarının sərgilənəcəyi şouruma sahib logistika mərkəzinin və sənaye zonasının qurulması niyyəti müsbət qarşılanıb.

Nəqliyyat məsələləri ilə yanaşı, Ş.Mirziyoyev və İ.Kobaxidze ticari-iqtisadi, investisiya, sənaye, turizm və mədəni-humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsi perspektivlərini də müzakirə ediblər.

Danışıqların yekunlarına əsasən, tərəflər qarşıdakı illər ərzində ticarət dövriyyəsinin həcminin bir milyard ABŞ dollarına yüksəldilməsi, ticarət sahəsindəki disbalansın aradan qaldırılması və məhsulların qarşılıqlı tədarükünün artırılmasını hədəfləyən xüsusi "yol xəritəsi"nin tərtib olunması ilə bağlı razılıq əldə ediblər.

Bundan əlavə, aqrar, enerji, elektrotexnika, əczaçılıq, qida və yüngül sənaye, tikinti materiallarının istehsalı, rəqəmsallaşdırma, informasiya texnologiyaları (İT), rəqəmsal bankçılıq və turizm sektorlarında müştərək layihələrin icrası barədə razılaşmalar qəbul edilib. Bu layihələrin dəstəklənməsi məqsədilə ortaq investisiya fondunun qurulması təklifi irəli sürülüb.

Eyni zamanda, Gürcüstanda Özbəkistan səfirliyinin təsis edilməsi barədə qərar qəbul olunub. Danışıqların yekunları üzrə əldə olunmuş razılaşmaların həyata keçirilməsinə dair birgə yol xəritəsi hazırlanacaq.

XƏBƏR LENTİ
03 IYUL 2026
XƏBƏRDARLIQ: İyulun 7-də bu kənd və qəsəbələr qazsız qalacaq 19:13 “Qarabağ”ın yeni transferi bəlli oldu 19:26 Ömürlük məhkum edilən Qarabağ separatçıları apellyasiyada nə istədi? 19:19 Sərnişinlərin NƏZƏRİNƏ: Bu avtobusların hərəkət istiqaməti dəyişdirilir 19:06 Suriyanın müdafiəsi türk generala tapşırıldı 18:59 33 il itkin sayılan qadın doğma kəndində torpağa tapşırıldı 18:46 Pezeşkian Xamenei ilə vidalaşarkən ağladı - VİDEO 18:33 Bakı-Tbilisi-Qars qatarları Çinə qədər gedə bilər - TƏKLİF 18:23 Xaricdə yaşayan ermənilər üçün PİS XƏBƏR 18:15 Tuskdan Zelenskiyə: “Gərginliyi sən yaratdın” 18:07 Azərbaycan insanı ən çox hansı səbəbdən ölür? 17:42 Rayonlarda leysan olacaq, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ 17:29 Nəyi gözləyirik? - Delimitasiyanın vaxtı keçir... 17:18 Zelenskinin portreti: Ukrayna nə qədər tab gətirə biləcək? 16:59 Yastıq altında yatan milyardlar: Azərbaycan əhalisinin evdə nə qədər nağd pulu var? 16:50 Ter Ştegen “Barselona”dan ayrılır: “Ayaks”la razılıq əldə olundu 16:41 Xameneinin övladları niyə dəfn mərasimində görünmədi? 16:20 Zəngəzurdan keçən dəmiryolu Azərbaycanın mülkiyyətində – Proses necə reallaşa bilər? 16:24 Ermənistanın bu kəndləri xəritədən silinir - Əhali sürətlə əraziləri boşaldır 16:19 Masallıda ağır yol qəzası: İki nəfər öldü - VİDEO 16:09 DÇ-2026: 1/16 final mərhələsinin son oyunları keçiriləcək 16:05 Milli Məclisin növbəti iclasında müzakirə olunacaq məsələlər AÇIQLANDI 15:38 Azərbaycan nümayəndə heyəti vida mərasimində - VİDEO 15:26 Kədərin gülən üzü — Kamal Sunalın unudulmaz yaşam hekayəsi 15:09 Allah keşişləri qorumadı - 8 dindar öldü 14:54 Bütün Xəbərlər