Avropa İttifaqının Kipr üzrə nümayəndə təyinatı rədd edildi

Avropa İttifaqının Kipr üzrə nümayəndə təyinatı rədd edildi
14.07.2026 11:03

Şimali Kipr Türk Respublikası (ŞKTR) Avropa Komissiyasının icraçı vitse-prezidenti Raffaele Fittonun Kipr üzrə xüsusi nümayəndə təyin edilməsinə etiraz edib. Rəsmi Lefkoşa bu qərarı qərəzli yanaşmanın növbəti nümunəsi kimi qiymətləndirib.

TodayPress TV xəbər verir ki, ŞKTR Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda sözügedən təyinatın Kipr türk tərəfinin razılığı olmadan həyata keçirildiyi və bunun onların siyasi iradəsinə məhəl qoyulmamasını göstərdiyi bildirilib.

Nazirlik bu addımı "təxribat xarakterli" və "qəbuledilməz" adlandırıb.

Bəyanatda qeyd olunub ki, Avropa İttifaqının bu qərarı qurumun Kipr məsələsində tərəfsiz vasitəçi olmadığını bir daha ortaya qoyur. ŞKTR hesab edir ki, adada istənilən davamlı həll yalnız iki tərəfin bərabərliyi prinsipi əsasında formalaşa bilər.

Xarici İşlər Nazirliyi xatırladıb ki, Avropa İttifaqı 2004-cü ildə Kipr Rum administrasiyasını üzvlüyə qəbul etməklə Kipr türklərinin hüquq və maraqlarını nəzərə almayıb. Bəyanatda Aİ və Kipr Rum tərəfinin birtərəfli addımlarla mövcud vəziyyəti legitimləşdirməyə çalışdığı iddia olunub.

ŞKTR vurğulayıb ki, Kipr probleminin uzunmüddətli və davamlı həlli yalnız adadakı iki xalqın suveren bərabərliyi və bərabər beynəlxalq statusunun tanınmasına əsaslanan əməkdaşlıq modeli çərçivəsində mümkündür.

Jalə Rövşən 

XƏBƏR LENTİ
14 IYUL 2026
Prezidentlər Natəvanın, Bülbülün güllələnmiş büstlərinə baxdılar 12:39 Erməni mediası Azərbaycan pulları üzərindəki xəritələrdə Başkəndin əks olunmasından yazdı...-FOTOLAR 12:33 Milli Məclisin növbədənkənar sessiyası başa çatdı 12:24 İran tarixi fürsəti qaçırdı: Amerikan bombaları ölkəyə düşür - SEPAH ərəb ölklərinin boş çöllərinə raket atır 12:14 Ukraynanın Baş naziri istefa verdi 12:12 Prezidentin Slovakiya lideri ilə geniş tərkibdə görüşü oldu - YENİLƏNDİ 10:57 Polad Həşimov əsgərlərə səngərə girmək əmri verdi və bu an atılan mərmilər generalın olduğu yerə düşdü 11:45 Pakistandan Macarıstan liderinə hədiyyə - 90 manqo göndərdi 11:44 Bu qurumların əsasında Media və Yayım Şurası yaradılır - TƏSDİQLƏNDİ 11:34 Milli Məclisin növbədənkənar sessiyasının son iclası başladı 11:31 Azərbaycan və Slovakiya Prezidentləri bu gün Ağdama səfər edəcəklər 11:29 Cəbəllütariq iqtisadi iflasdan xilas olmaq üçün İspaniyanın şərtlərini qəbul etdi 11:19 Azərbaycan və Slovakiya prezidentləri mətbuata bəyanatlarla çıxış etdilər - YENİLƏNDİ 11:00 Slovakiya Prezidenti Azərbaycana təbii qazla bağlı dəstəyinə görə təşəkkür etdi 11:16 Prezident Azərbaycan-Slovakiya arasında əlaqələrinin inkişafından danışdı 11:12 Slovaklar Ağdamda milli qəhrəmanın adına məktəb tikirlər 11:09 İlham Əliyev Emmanuel Makronu təbrik etdi 11:05 Avropa İttifaqının Kipr üzrə nümayəndə təyinatı rədd edildi 11:00 Tehran raket taktikasını dəyişdi: 1500 kilometr məsafədə ABŞ mərkəzini vurdu 10:39 İran 200 ballistik raketi Xameneinin meyiti ilə ölkə boyu gəzdirdi - Silahları daşıyan qatar alışdı, bombalar və əsgərlər məhv oldu 10:32 Ev almaq istəyənlər oxusun – Qiymətlər bu tarixədək enməyəcək 10:31 Paşinyan dağlara çəkildi: Qərb Rusiyanın Ermənistana hücumu barədə xəbər yaydı 10:20 İlham Əliyevin Slovakiya Prezidenti ilə təkbətək görüşü oldu 10:24 Gəncə və Bərdə terrorunu dünyaya sübut edən Hikmət Hacıyevi niyə hədəfə qoyurlar? 10:20 Prezident Slovakiya liderini Şuşada qarşıladı 10:08 Bütün Xəbərlər