Aralıq dənizində səkkiz miqrantın meyiti tapıldı

Aralıq dənizində səkkiz miqrantın meyiti tapıldı
22.02.2026 12:57

Liviya və Yunanıstanın Aralıq dənizi sahilində səkkiz miqrantın meyiti aşkar edilib.

TodayPress TV "Əl-Cəzirə"yə istinadən xəbər verir ki, Liviya polisi ölkənin paytaxtı Tripoli yaxınlığında sahilyanı ərazidə beş nəfərin meyitini tapıb. Onlardan ikisi qadındır.

Meyitlər Tripolinin qərbindəki Zuvara şəhəri sahillərində rezin qayığın batmasından bir neçə həftə sonra aşkarlanıb. Həmin hadisə nəticəsində 53 miqrant həlak olub və ya itkin düşüb. Ölənlərdən ikisi körpə olub.

Yunanıstan hakimiyyəti miqrantları daşıyan taxta qayığın batması nəticəsində Krit sahillərində üç nəfərin həlak olduğunu bildirib. Onların əksəriyyəti Sudan və Misir vətəndaşlarıdır.

Qeyd olunub ki, hər iki halda ölü sayı arta bilər.

Qeyd edək ki, hər il minlərlə insan Liviyadan Aralıq dənizi vasitəsilə Avropaya qapı sayılan Krit adasına keçməyə çalışır. BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının məlumatına görə, 2025-ci ildə Avropada sığınacaq axtaran 16 770-dən çox insan Kritə keçib.

TodayPress TV


XƏBƏR LENTİ
31 IYUL 2026
Paşinyan hökuməti “dağılır” - Bakı ilə sülh prosesini aparan komanda dəyişəcək? 19:19 Sərxoş sükan arxasına keçdi, narkotik istifadə etdi - Amma deportasiya olunmadı, çünki… 19:08 Sahibə Qafarovadan Cənubi Afrikaya niyə getdi? - Vacib səfər 19:02 Müxalifətçi oliqarxın zavodu dövlət nəzarətinə keçdi 18:51 “Port Baku”da ev yanır - VİDEO 18:39 Kommunal xidmətlər kəskin bahalaşacaq - Müharibənin növbəti nəticəsi 18:35 Azərbaycanlı məşhur blogger həbs olunacaq? - SƏBƏB 18:25 Gülxanım Şirinova bürünc medal qazana bilmədi 18:14 Trampın Qəzza ilə bağlı yeni planı İsrail və HƏMAS-a “sərf etməyəcək” 18:08 Məsafə əsaslı avtomobil nəqliyyatı xidmətinə görə subsidiyanın ödənilməsi qaydası təsdiq edilib 17:55 Birinci xanım Mehriban Əliyeva Çolpon-Atada "Altın-Balalık" sağlamlıq və reabilitasiya mərkəzi ilə tanış olub 17:52 "Bank BTB"nin lisenziyası ləğv edilib, "T-Kredit" BOKT-a lisenziya verilib 17:48 Polşa Rusiyadan hesabat tələb etdi 17:44 Əhalinin Siyahıyaalınmasına Yardım üzrə Mərkəzi Komissiya yaradılacaq 17:20 Sançes baş verənlərdən şoka düşüb: ərazimizə hücum edirlər 17:15 İspaniyada 25 mindən çox miqrant Mərakeşə geri qaytarıldı 17:02 Rassellin gələcəyi ilə bağlı gözlənilməz açıqlama 16:50 Dezinformasiyalar sosial həyatımızı təhlükə altına aldı – Prezident müdaxilə etməli oldu. 16:45 FIFA-dakı qalmaqal böyüyür: daha bir istefa gəldi 16:39 Küveyt İranın pilotsuz uçuş aparatlarını vurdu 16:15 Şensnıdan təqaüdlə bağlı gözlənilməz açıqlama 16:19 150 balla bu ixtisaslara qəbul mümkündür - DİM sədri açıqladı 16:10 DİM sədri: l ixtisas qrupu üzrə keçid ballarının artacağı gözlənilir 15:58 Səudiyyə İranı məğlub etmək üçün İraqı vurdu - YENİ SSENARİ İŞƏ DÜŞDÜ 15:57 Seutaya 24 saata 49 min miqrant – İspaniya bunu "hücum" adlandırdı 15:45 Bütün Xəbərlər