Ağ Ev İrana qarşı yeni hərbi ssenariləri nəzərdən keçirir

Ağ Ev İrana qarşı yeni hərbi ssenariləri nəzərdən keçirir
29.01.2026 14:09

ABŞ Prezidenti Donald Tramp İrana qarşı yeni böyük zərbə endirməyi düşünür. 

TodayPress TV xəbər verir ki, bu barədə “CNN” mənbələrə istinadən məlumat yayıb. 

ABŞ lideri bu qərarı Vaşinqton və Tehran arasında ölkənin nüvə proqramının və ballistik raket istehsalının məhdudlaşdırılması ilə bağlı ilkin danışıqların nəticə verməməsindən sonra nəzərdən keçirib.

Bildirilib ki, Ağ Ev etirazları yatırmaqda və etirazçıları öldürməkdə məsul hesab etdiyi İran liderlərinə və təhlükəsizlik qüvvələrinə qarşı hava hücumları əmri verə bilər. Amerika qüvvələri, həmçinin İranın dövlət qurumlarını və nüvə obyektlərini hədəfə ala bilər. 

Məlumata görə, Tramp hələlik sonrakı tədbirlər barədə yekun qərar verməyib, lakin “USS Abraham Lincoln” təyyarədaşıyan gəmisinin rəhbərlik etdiyi zərbə qrupu Yaxın Şərqə göndərildikdən sonra güc tətbiq etmək variantını da istisna etməyib.

Hərbi əməliyyat təhdidləri fonunda ABŞ İran rəsmiləri ilə görüş üçün ilkin şərtlər irəli sürüb. Bunlara uranın zənginləşdirilməsindən imtina, ballistik raket proqramının məhdudlaşdırılması və regionda İranın proksi qüvvələrinə dəstəyin dayandırılması daxildir. Lakin ən problemli məsələ ABŞ-nin İranın ballistik raketlərinin mənzilini məhdudlaşdırması tələbi olub. 

Mənbələrin məlumatına görə, Tehran bu tələbi rədd edir və yalnız nüvə proqramını müzakirə etməyə hazırdır.

Xatırladaq ki, yanvarın 28-də Tramp sosial media platforması “TruthSocial”da yazıb: 

"Ümid edək ki, İran tez bir zamanda danışıqlar masasına oturacaq və bütün tərəflərə fayda verən ədalətli və bərabər “Nüvə silahlarına yox” razılaşmasına çatacaq".

Buna cavab olaraq İran xarici işlər nazirinin müavini Kazem Qəribabadi Tehranın ABŞ və İsrail ilə münaqişəsinin üçüncü mərhələsinə qədəm qoyduğunu bildirib. O, ilk iki mərhələ kimi 2025-ci ilin yayında baş verən 12 günlük müharibəni və iqtisadi böhran fonunda dekabr və yanvar aylarının əvvəllərində baş verən kütləvi etirazları göstərib. 

İran xarici işlər naziri Abbas Əraqçi də, həmçinin ölkənin istənilən təcavüzə "dərhal və güclü" cavab verməyə hazır olduğunu vurğulayıb.

Aysel Mətləb

TodayPress TV

XƏBƏR LENTİ
31 IYUL 2026
Paşinyan hökuməti “dağılır” - Bakı ilə sülh prosesini aparan komanda dəyişəcək? 19:19 Sərxoş sükan arxasına keçdi, narkotik istifadə etdi - Amma deportasiya olunmadı, çünki… 19:08 Sahibə Qafarovadan Cənubi Afrikaya niyə getdi? - Vacib səfər 19:02 Müxalifətçi oliqarxın zavodu dövlət nəzarətinə keçdi 18:51 “Port Baku”da ev yanır - VİDEO 18:39 Kommunal xidmətlər kəskin bahalaşacaq - Müharibənin növbəti nəticəsi 18:35 Azərbaycanlı məşhur blogger həbs olunacaq? - SƏBƏB 18:25 Gülxanım Şirinova bürünc medal qazana bilmədi 18:14 Trampın Qəzza ilə bağlı yeni planı İsrail və HƏMAS-a “sərf etməyəcək” 18:08 Məsafə əsaslı avtomobil nəqliyyatı xidmətinə görə subsidiyanın ödənilməsi qaydası təsdiq edilib 17:55 Birinci xanım Mehriban Əliyeva Çolpon-Atada "Altın-Balalık" sağlamlıq və reabilitasiya mərkəzi ilə tanış olub 17:52 "Bank BTB"nin lisenziyası ləğv edilib, "T-Kredit" BOKT-a lisenziya verilib 17:48 Polşa Rusiyadan hesabat tələb etdi 17:44 Əhalinin Siyahıyaalınmasına Yardım üzrə Mərkəzi Komissiya yaradılacaq 17:20 Sançes baş verənlərdən şoka düşüb: ərazimizə hücum edirlər 17:15 İspaniyada 25 mindən çox miqrant Mərakeşə geri qaytarıldı 17:02 Rassellin gələcəyi ilə bağlı gözlənilməz açıqlama 16:50 Dezinformasiyalar sosial həyatımızı təhlükə altına aldı – Prezident müdaxilə etməli oldu. 16:45 FIFA-dakı qalmaqal böyüyür: daha bir istefa gəldi 16:39 Küveyt İranın pilotsuz uçuş aparatlarını vurdu 16:15 Şensnıdan təqaüdlə bağlı gözlənilməz açıqlama 16:19 150 balla bu ixtisaslara qəbul mümkündür - DİM sədri açıqladı 16:10 DİM sədri: l ixtisas qrupu üzrə keçid ballarının artacağı gözlənilir 15:58 Səudiyyə İranı məğlub etmək üçün İraqı vurdu - YENİ SSENARİ İŞƏ DÜŞDÜ 15:57 Seutaya 24 saata 49 min miqrant – İspaniya bunu "hücum" adlandırdı 15:45 Bütün Xəbərlər