ABŞ yenidən İrana zərbə endirdi – Hörmüz boğazında vəziyyət gərginləşir

ABŞ yenidən İrana zərbə endirdi – Hörmüz boğazında vəziyyət gərginləşir
13.07.2026 08:10

ABŞ ordusu İranın bir neçə bölgəsində yeni hava zərbələri həyata keçirib.

TodayPress TV xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.

Bildirilib ki, əməliyyat zamanı onlarla hərbi hədəf dəqiq idarə olunan sursatlarla vurulub. Zərbələrin məqsədinin İranın Hörmüz boğazında beynəlxalq gəmiçiliyə təhlükə yaratmaq imkanlarını zəiflətmək olduğu qeyd edilib.

Məlumata görə, əməliyyatda qırıcı təyyarələr, hərbi gəmilər və pilotsuz uçuş aparatlarından istifadə olunub. Vurulan hədəflər arasında hava hücumundan müdafiə sistemləri, sahil radarları və hərbi qayıqlar da var.

Bundan əvvəl ABŞ hərbçiləri Hörmüz boğazı istiqamətində buraxıldığı bildirilən İranın bir qanadlı raketini və pilotsuz uçuş aparatını məhv etdiklərini açıqlamışdılar.

Eyni zamanda, İranın dövlət televiziyası "IRIB" Qəşm adasında bir neçə partlayış baş verdiyini xəbər verib. Hadisənin səbəbi və nəticələri barədə hələlik əlavə məlumat açıqlanmayıb.

Xatırladaq ki, ABŞ və İran iyunun 17-də hərbi əməliyyatların dayandırılması ilə bağlı müvəqqəti memorandum imzalamışdı. Lakin iyulun 8-də gərginliyin yenidən artmasından sonra Ağ Ev atəşkəsin artıq qüvvədə olmadığını bəyan edib.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
13 IYUL 2026
Prezident: Azərbaycan-ABŞ münasibətləri hazırda pik səviyyədədir 10:05 İlham Əliyev: "907-ci düzəliş" ermənipərəst senatorlar tərəfindən irəli sürülmüşdü 10:03 Qonşularımızla əlaqələrimiz əladır - İlham Əliyev 09:55 Prezident: Azərbaycan və Türkiyə qədər bir-birinə yaxın olan başqa iki dövlət tanımırıq 09:49 Azərbaycan Avropa Şurasından tam çıxmağı nəzərdən keçirir 09:44 Qərbi Türkiyə qorxusu bürüdü - qaranlıq ssenaridə işıq üzünə çıxanlar... 09:39 Dövlət başçısı Azərbaycanın nəqliyyat dəhlizi kimi əhəmiyyətini açıqladı 09:39 Prezident IV Şuşa Qlobal Media Forumunun məqsədindən danışdı 09:32 Füzulidə minalanmış ərazidəki yanğına əlavə qüvvə cəlb edildi - YENİLƏNDİ 23:31 Con Bolton: "İrana qarşı mübarizə üçün kürdlər silahlandırılmalıdır" 09:13 İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşəcək - CANLI 08:58 Alimlərdən xəbərdarlıq: Amazon meşələri karbon udma qabiliyyətini itirə bilər 08:33 Bakıda bəzi ərazilər işıqsız qalacaq 08:27 IV Şuşa Qlobal Media Forumu öz işinə başlayır 08:22 ABŞ yenidən İrana zərbə endirdi – Hörmüz boğazında vəziyyət gərginləşir 08:19 Yusif Dursunov qızıl medal qazandı 01:49 Diabet özünü əvvəlcə bu əlamətlərlə göstərir - Mütəxəssislər açıqladı 00:07 Yatmazdan əvvəl bu çayı için - Daha rahat və dərin yatacaqsınız 23:56 Su içməyi unudanlar üçün 5 asan üsul 23:46 Sümüklərinizi polad kimi edəcək 7 tərəvəz 23:42 AQTA yas mərasimindəki zəhərlənmə ilə bağlı AÇIQLAMA VERDİ 00:22 Bakıda partlayış baş verdi - Yaralılar var - VİDEO 23:37 Hikmət Hacıyev Şuşada media nümayəndələri ilə görüşdü 23:18 İranın cənubundakı strateji ada vuruldu - TƏCİLİ 22:52 Moskvadan İrəvana birbaşa avtobus reysləri başladı 22:38 Bütün Xəbərlər