ABŞ və Ukrayna hərbçiləri Mayamidə ərazi məsələlərini müzakirə edəcək

ABŞ və Ukrayna hərbçiləri Mayamidə ərazi məsələlərini müzakirə edəcək
16.12.2025 11:25

ABŞ və Ukrayna hərbi nümayəndə heyətləri Ukrayna münaqişəsi çərçivəsində ərazi məsələlərini müzakirə etmək üçün Mayami şəhərində görüşəcək.

TodayPress TV xəbər verir ki, “Politico” nəşri amerikalı rəsmilərə istinadən yazır ki, daha əvvəl Berlində keçirilən danışıqlarda ABŞ və Ukrayna tərəfləri bir sıra ərazi məsələlərini müzakirə ediblər. 

Mənbələrin bildirdiyinə görə, müzakirə olunan variantlardan biri Rusiya və Ukraynanın Zaporojye Atom Elektrik Stansiyası (ZAES) üzərində nəzarəti bölüşməsi və hər iki tərəfin stansiyanın istehsal etdiyi enerjinin yarısına çıxış əldə etməsidir.

Nəşrin məlumatına görə, bundan sonra ABŞ tərəfi işçi qrupları formalaşdıracaq və ehtimal ki, bu həftəsonu Mayamidə hərbçilərin iştirakı ilə görüş keçiriləcək. Görüş zamanı xəritələr üzərində iş aparılaraq qalan ərazi məsələlərinin həlli yolları müzakirə olunacaq.

Qeyd edək ki, daha əvvəl ABŞ-nin Ukraynadan təhlükəsizlik zəmanətləri müqabilində – NATO-nun 5-ci maddəsinə bənzər mexanizm çərçivəsində ərazi güzəştləri tələb etdiyi barədə məlumat yayılmışdı. Bildirilirdi ki, bu qərar indi qəbul olunmalıdır, əks halda gələcəkdə Ukrayna üçün şərtlər daha az əlverişli ola bilər.

Qiymət Mahir

TodayPress TV

XƏBƏR LENTİ
18 AVQUST 2026
Belarus sərhədində DƏHŞƏTLİ statistika: 96 miqrant öldü 22:25 Azərbaycana qarşı açıqlamaları ilə tanınan Rusiya rəsmisi istefa verdi! 22:30 70 mindən çox miqrantdan sonra sərhədlərlə bağlı YENİ QƏRAR 22:06 BMT İsrailə “dur” dedi: Suriyaya zərbələrə kəskin reaksiya 21:58 Türkiyədən İsrailə SƏRT REAKSİYA: “Suriyanın ərazi bütövlüyünü pozur!” 21:34 Ayxan Cavadov finala vəsiqə qazandı 21:27 Emin Cavadlı bürünc medal qazandı 21:22 Dəhşətli QƏZA: Maşın vuran piyadaların ikisi də öldü - YENİLƏNDİ 19:52 Tanınmış vəkil dələduzluğa görə həbs edildi 21:05 BƏƏ-də HƏYƏCAN: İrandan iki raket buraxıldı 20:58 Suriya zərbəsinin pərdəarxası: İsrail Türkiyəni hədəf aldı? 20:51 Qara dənizdə gəmi alovlara büründü - 21 nəfər təxliyə edildi 20:37 “Sevgi evi”ndə nələr baş verib? - Sahibi həbs edildi 20:17 İsrail HƏMAS komandirlərini vurdu 20:04 2-3 həftə suyun altından çıxmayacaq: Hindistan 6 yeni sualtı qayıq alır 19:40 Yuşşenko İlham Əliyevə belə təşəkkür etdi 19:31 Suriyada Əsəd rejimindən qalan “miras” tapıldı 19:17 Sürücülərə ŞAD XƏBƏR! Bu yollarda təmir işləri yekunlaşdı 19:07 Axirət günü nə vaxt olacaq? 19:03 19 yaşlı qız bıçaqlandı - Qardaşı təslim oldu 18:56 Yemək bişirmədiyinə görə arvadını vəhşicəsinə döydü - TƏFƏRRÜATLAR 18:50 Müəllimlərin işə qəbulu üzrə nəticələr bəlli oldu - Namizədlərin NƏZƏRİNƏ! 18:41 Tramp İranla “əlaqə” söhbətinə aydınlıq gətirdi 18:34 Rusiyada anbarlar yanarkən, keşiş pivəyə dua etməyə gəldi 18:25 “Qırmızı Körpü”də nə baş verir? Sürücülər gömrükdə qaldı 18:15 Bütün Xəbərlər