ABŞ–Rusiya görüşü Ukrayna münaqişəsinin həllində dönüş nöqtəsi ola bilər

ABŞ–Rusiya görüşü Ukrayna münaqişəsinin həllində dönüş nöqtəsi ola bilər
10.08.2025 21:00

"15 avqustda Alyaskada baş tutacaq ABŞ və Rusiya prezidentlərinin görüşü Ukraynada sülhün təmin olunması istiqamətində mühüm dönüş nöqtəsinə çevrilə bilər".

TodayPress TV xəbər verir ki, bunu Slovakiya Prezidenti Peter Pelleqrini deyib. 

“Bu, Ukraynada sülhə aparan həll yolunun axtarışında əlamətdar addımdır. ABŞ-Rusiya sammiti döyüşlərin dayandırılması üzrə danışıqlarda dönüş anı ola bilər. Məqsəd atəşkəs elan edilməsi, ardından isə müharibənin başa çatdırılması və Ukraynanın müharibədən sonrakı quruluşu ilə bağlı danışıqlara başlamaqdır”, – deyə Pelleqrini "TASR" informasiya agentliyinə bildirib.

Slovakiya lideri hesab edir ki, Rusiya və Ukrayna arasında danışıqlar maksimum intensivliklə, ABŞ və Avropa İttifaqının vasitəçiliyi və iştirakı ilə aparılmalıdır. “Avropanın təhlükəsizliyi hazırda təhdid altındadır. Qitədə sülhün təmin olunması işinə Rusiya da daxil olmaqla bütün ölkələr qatılmalıdır”, – deyə o vurğulayıb.

Pelleqrininin fikrincə, Ukrayna münaqişəsinin tərəflərinin zəruri kompromisə nail olması çətin olacaq. Onun sözlərinə görə, ABŞ-Rusiya sammiti beynəlxalq gərginliyin azalması üçün əsas yarada bilər.

Töhfə Səməd

XƏBƏR LENTİ
05 AVQUST 2026
Türk əsilli Amerika tədqiqatçısı Talebin Vardanyanla bağlı mövqeyinə etiraz etdi 11:59 Rusiyanın Kiyevə dəhşətli gecə hücumu: Ölən və yaralananların sayı artdı - VİDEO - YENİLƏNDİ 09:08 Bir şaiyə onları dənizə tökdü - Seutada nə baş verir ? 11:35 Həmiltonun yüksəlişinin sirri məlum oldu 11:25 Dürantın “Filadelfiya” fikrinin pərdəarxası açıqlandı 11:18 Azərbaycan nefti 5 dollardan çox ucuzlaşdı 11:16 Gənc boksçularımız beynəlxalq sınağa çıxır 11:09 Ferstappen xoşbəxtliyinin əsas səbəbini açıqladı 11:06 4 il həbs cəzası alan Hüseyn Həsənovdan GÖZLƏNİLMƏZ ADDIM: Vəkili DANIŞDI 10:48 O'Nil: “Təkəbbürüm mənə çox baha başa gəldi” 10:39 "Yalvarıram, məni geri göndərməyin..." – İspan əsgəri mərakeşli uşağın göz yaşlarına tab gətirmədi - VİDEO 10:28 Filippin sahillərində güclü zəlzələ oldu 10:28 Rusiyanın hücumları nəticəsində azərbaycanlıların əmlakı zərər gördü - FOTO 10:03 Zədə Alkarası növbəti böyük turnirdən də məhrum etdi 09:50 Transfer yarışında dönüş: “Liverpul” Mbaye uğrunda önə çıxdı 09:40 Kompleks hücum: Ukraynanın ən böyük anbarları və logistika mərkəzləri dağıdıldı - VİDEO 09:38 Hikmət Hacıyev: "Türkiyənin iştirak etmədiyi heç bir masada Azərbaycan olmayacaq" 09:33 NBA azarkeşlərinin səbirsizliklə gözlədiyi tarix açıqlandı 09:30 FIFA qaydaları “Şəfa”nı yarışdan kənarda qoydu 09:14 “Mənim oyuncaqlarım” – Ronaldodan maraqlı paylaşım 09:00 Vinisiusdan iddialı mesaj: Mövsümə tam hazır olacağıq! 08:58 İndoneziyanı güclü zəlzələ silkələdi 08:55 Messi yanğın bölgəsinə etdiyi ianə ilə gündəm oldu! 08:40 Rusiyada "Wildberries"ə dron hücumu: Anbar tamamilə yandı - VİDEO 08:31 “Sabah”dan inamlı açıqlama: Məqsəd yalnız qələbədir! 08:38 Bütün Xəbərlər