28 gün sonra dağıntılar altından sağ çıxdılar - VİDEO

28 gün sonra dağıntılar altından  sağ çıxdılar - VİDEO
25.07.2026 10:30

Venesuelada baş verən güclü zəlzələdən 28 gün sonra dağıntılar altından üç nəfər sağ xilas edilib.

TodayPress TV xəbər verir ki, bu barədə Venesuela mediası məlumat yayıb.

Belə ki, Venesuelada baş verən dağıdıcı zəlzələlərdən sonra 28 gün dağıntılar altında qalmış üç nəfər - kişi, qadın və gənc qız sağ xilas edilib.

Onlar gözlənilmədən qida, su ehtiyatı tapdıqları bir otaqda ilişib qalıblar və bu da onlara dağılmış binanın altında təxminən bir ay yaşamağa imkan verib.

İnsanlar xilas edildikdən sonra dərhal tibbi və psixoloji yardım alıblar.

Qeyd edək ki, iyunun 24-də Venesuelanın şimalında 7,2 və 7,5 bal gücündə iki güclü zəlzələ baş verib. Zəlzələlər nəticəsində ölənlərin sayı artmaqda davam edir. İyulun 24-nə  olan məlumata görə, xilasetmə qrupları dağıntılar altından təxminən 5500 cəsəd çıxarıb.

Səlahiyyətlilər 10 mindən çox insanın itkin düşdüyünü bildiriblər ki, bu da ölənlərin sayının daha da arta biləcəyini göstərir.

Jalə Rövşən 

XƏBƏR LENTİ
25 IYUL 2026
ABŞ ərəb ölkəsinə nüvə silahı verir? – "İbrahim razılaşmaları" şərti tarixə qovuşa bilər 11:57 "Parti kur, oy verelim..." – Özəlin "Yeni Partiya"sına ilk dəstək bu ölkədən gəldi 11:40 Qatar 53 yaşlı kişini vurdu, tanınmaz hala saldı 11:15 Bakı İstintaq Təcridxanasının keçmiş rəisi öldü - FOTO 11:24 Ukrayna dronları Rusiyanın "Wildberries" anbarını vurdu 11:06 BDYPİ sürücülərə müraciət etdi 10:54 Avropadakı vətən xaini “söyüş blogerləri”ni kim maliyyələşdirir? 10:34 Azərbaycan neftinin son qiyməti açıqlandı 10:24 28 gün sonra dağıntılar altından sağ çıxdılar - VİDEO 10:14 Tramp gələcək ABŞ prezidentinin kim olacağı ilə bağlı mesaj verdi 10:05 İspaniya çempion olduğuna görə ABŞ-yə milyonlarla dollar vergi ödəyəcək 09:55 Kriptovalyuta bazarında son vəziyyət 09:49 Dünya bazarında neftin qiyməti ucuzlaşdı 09:44 Rusiyanın gecəsi kabusa döndü: Bir neçə şəhər eyni anda vuruldu - VİDEO VƏ FOTOLAR 09:39 Yəməndə ARAMCO obyektləri vuruldu 09:30 Zelenski Makronla narkotik qəbul edib? - Özü açıqlama verdi 01:05 Bilet, otel, xərc yoxdur: Evdə tətilin bədənə və beyinə təsiri 00:17 İyulun sonunda həyatları dəyişəcək 6 bürc 00:05 Qədim Yunanıstanda noutbuk olub? Alimlər iddiaya cavab verdi 23:32 Ukrayna milyonlarla işçi axtarır – Ən çox tələb olunan peşələr bunlardır 23:19 500 milyard mobil telefon istehsalına bəs edəcək ehtiyat tapıldı 22:55 Əməkdar artisti sancan ilan öldü - Aktyorun vəziyyəti AÇIQLANDI 23:53 Netanyahu: “İsrail kiçik ölkə olsa da, qlobal gücdür” 01:00 Səudiyyə Ərəbistanından Yəmənə zərbə - Hücum GÖRÜNTÜLƏRİ 00:26 Səudiyyə gəmisinə hücum edildi - TƏCİLİ 00:10 Bütün Xəbərlər