Qurban Qurbanov: “Azarkeşlər ÇL-in Liqa mərhələsini görməyi haqq edirdilər”

Qurban Qurbanov: “Azarkeşlər ÇL-in Liqa mərhələsini görməyi haqq edirdilər”
29.08.2025 09:10 UEFA

“Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov əsas mərhələdə qarşılaşacağımız komandaların hamısının çox ciddi rəqiblər olduğunu bidirib.

TodayPress TV xəbər verir ki, o, UEFA Çempionlar Liqasının Liqa mərhələsinin püşkatmasını dəyərləndirərkən deyib:

“Rəqiblərimiz öz ölkələrinin köklü, tarixi olan klublarıdır. “Liverpul”, “Çelsi”, “Ayaks”, “Napoli”, həmçinin digərləri “Benfika”, “Ayntraxt”, “Kopenhagen” və “Atletik” hamının yaxşı tanıdığı güclü komandalardır. Çalışacağıq ki, bu matçlara yaxşı hazırlaşaq. Çünki bu turnir tam başqa bir səviyyədir. Çempionlar Liqasındakı həyəcan bir neçə dəfə artıq olur. Burada həm güc, həm sürət, həm oyunun gedişatı tam fərqlidir. Çox böyük məsuliyyət olduğunu başa düşürük. Yaxşı mübarizə aparmağa, azarkeşlərimizi sevindirməyə çalışacağıq. Bizim azarkeşlər Çempionlar Liqasının Liqa mərhələsini görməyi haqq edirdilər. Onlar üçün çox sevinirəm ki, bu mövsüm Çempionlar Liqasının minimum 4 görüşünü Bakıda canlı izləyəcəklər”.

Qeyd edək ki, "Qarabağ" Liqa mərhələsində “Çelsi” (İngiltərə), “Ayntraxt” (Almaniya), “Ayaks” (Niderland) və “Kopenhagen”lə (Danimarka) evdə, “Liverpul” (İngiltərə), “Benfika” (Portuqaliya), “Napoli” (İtaliya) və “Atletik”lə (İspaniya) səfərdə qarşılaşacaq.

Namiq HUN

XƏBƏR LENTİ
06 AVQUST 2026
Ən faydalı şokolad növü açıqlandı - Bu növ iltihabı azalda bilər 15:31 Pulu müharibələrə və İsrailə yox vətəndaşlarımıza xərcləməliyik - Sanders 15:18 “Qarabağ”ın səsinə Lublin stadionu şahid olacaq! 15:14 “Formula-1” ulduzlarının gecə macərası üzə çıxdı! 14:54 Prezidentin yeni təyinat verdiyi Fəxrəddin İsmayılov kimdir ? 14:53 Elman Abdullayev UNESCO-dan geri çağırıldı, yerinə təyinat oldu 14:29 Azərbaycanın Avropa Şurası yanında daimi nümayəndəsi geri çağırıldı 14:26 Qəzzada 112 insan 1000 gündən sonra dəfn edildi - VİDEO 14:17 Rassell “Formula-1”dəki sərt reallığı açıqladı! 14:09 Azərbaycanın UNESCO yanında daimi nümayəndəsi geri çağırıldı, yenisi təyin olundu - FOTOLAR 14:04 Kannavaro millidəki gizli problemi üzə çıxardı! 13:51 Böyük Britaniya Rusiyaya qarşı sanksiyaları genişləndirdi 13:43 Azərbaycanlı futbol funksioneri növbəti dəfə UEFA-nın seçimi oldu! 13:29 AZCON-a "Azərkosmos"la bağlı yeni səlahiyyətlər verildi 13:26 Bəxtiyar Aslanbəyli “Şöhrət” ordeni ilə təltif edildi 13:24 “Qalatasaray”ı şoka salan komissiya tələbi! 13:13 Azərbaycanda kağızsız hökumətə keçid tarixi açıqlandı 13:12 Narazılıqdan sonra “Maklaren” yeni şöbə yaratdı! 13:11 Arutyunyan və digərlərinin məhkəməsində qərar... 12:51 Nigar Fərhadın həbs olunan əri kimdir, nə işlə məşğuldur? 12:43 Sibiha Azərbaycana başsağlığı verdi 12:32 Azərbaycan nefti ucuzlaşmaqda davam edir 12:13 Ceyhun Bayramov və Andrey Sibiqa Kiyevdə danışıqlar aparırlar 12:04 Regional kanallar çökdü, NHL hərəkətə keçdi! 11:48 Ceyhun Bayramov Ukrayna PUA-larının sərgisi ilə tanış oldu 11:37 Bütün Xəbərlər