Avropa ölkələrindən turist axını 20 %-ə yaxın artdı

Avropa ölkələrindən turist axını 20 %-ə yaxın artdı
07.03.2026 18:15

Bu ilin yanvar ayında Azərbaycana Avropa ölkələrindən 12 894 turist səfər edib.

TodayPress TV xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 19,8 % çoxdur.

O cümlədən, hesabat dövründə Şərqi Avropa ölkələrindən Azərbaycana 6 075 turist gəlib. Bu da 1 il əvvələ nisbətən 1,1 % çoxdur.

Şərqi Avropa ölkələri arasında ən çox turist Ukraynadan gəlib - 2 400 nəfər. Bu, illik müqayisədə 1,6 % azdır.

Bundan əlavə, Belarusdan 1 250 nəfər (-9%), Polşadan 536 nəfər (+32,7 %), Moldovadan 295 nəfər (+1,7 %), Macarıstandan 238 nəfər (+61,9 %), Litvadan 205 nəfər (+27,3 %), Çexiyadan 197 nəfər (-7,5 %), Rumıniyadan 192 nəfər (-24,1 %), Serbiyadan 129 nəfər (-0,8 %), Slovakiyadan 123 nəfər (+46,4 %), Estoniyadan 121 nəfər (+34,4), Xorvatiyadan 94 nəfər (+95,8 %), Latviyadan 92 nəfər (+19,5 %), Bolqarıstandan 81 nəfər (-35,2 %), Kiprdən 30 nəfər (+87,5 %), Bosniya və Hersoqovinadan 25 nəfər (-49 %), Sloveniyadan 24 nəfər (-22,6 %), Monteneqrodan 20 nəfər (-45,9 %), Albaniyadan 16 nəfər (-11,1 %), Şimali Makedoniyadan isə 7 nəfər (+70,8 %) turist gəlib.

Ay ərzində Qərbi Avropa ölkələrindən isə Azərbaycana 6 819 nəfər turist gəlib. Bu da ötən ilin eyni dövrünə nisbətən 43,5 % çoxdur.

Qərbi Avropa ölkələri arasında ən çox turist 2 185 nəfər olmaqla Almaniyadan gəlib. Bu, 1 il əvvəllə müqayisədə 2,8 dəfə çoxdur.

Bundan əlavə, Böyük Britaniyadan 1 382 nəfər (+17,2 %), İtaliyadan 1 010 nəfər (+27,2 %), Fransadan 493 nəfər (+ 27,7 %), İspaniyadan 315 nəfər (-16 %), Belçikadan 243 nəfər (+69,9 %), Niderlanddan 233 nəfər (-13,7 %), %), Portuqaliyadan 158 nəfər (eyni qalıb), İsveçdən 127 nəfər (+32,3 %), Yunanıstandan 113 nəfər (+ 6,6 %), İsveçrədən 112 nəfər (+8,7 %), Avstriyadan 108 nəfər (+1,9 %), İrlandiyadan 88 nəfər (+25,7 %), Danimarkadan 78 nəfər (+59,2 %), Norveçdən 70 nəfər (+25 %), Maltadan 39 nəfər (2,4 dəfə çox), Lüksemburqdan 25 nəfər (eyni qalıb), Finlandiyadan 22 nəfər (-38,9 %), İslandiyadan 16 nəfər (5,3 dəfə çox), Andorradan 2 nəfər (-50 % ) turist gəlib.

Yanvarda Azərbaycana 181 637 əcnəbi vətəndaş səfər edib ki, bu da ötən ilin eyni dövrünə nisbətən 8 984 nəfər və yaxud 5 % çoxdur.

TodayPress TV

XƏBƏR LENTİ
20 AVQUST 2026
Gələcək üçün təhlükə siqnalı: Azərbaycanda əhalinin artımı sürətlə zəifləyir 12:22 Ferstappenin gələcəyi bəlli oldu: “Red Bull”la uzunmüddətli müqavilə! 12:24 Astronomiya aləmində sensasiya: 12,5 milyard illik gizli sistem üzə çıxdı! 12:21 NATO Belarus sərhədinə yaxınlaşır: Litvada 40 milyon avroluq düşərgə 11:59 Azərbaycan XİN Mərkəzi Afrika Respublikasına başsağlığı verdi 11:58 Trampın gizlətdiyi böyük plan ortaya çıxdı: Hər gecə 10 milyon barel neft necə daşınır? 11:52 İşdən qanunsuz çıxarılan 63 nəfər əvvəlki işlərinə bərpa etdirildi 11:35 Mərc qalmaqalından sonra Bizliyə ağır ailə ittihamları! 11:31 ABŞ ordusundan GTA VI sürprizi: Əsgərlərə məzuniyyət veriləcək 11:26 İrəvanda böyük kilsə çevrilişi: "Vətəndaş sazişi" planı elan etdi 11:05 “Qarabağ”ın Avropa macərasında növbəti böyük imtahan! 10:55 İsraildə Qərbi Nil virusundan ilk ölüm faktı qeydə alındı 10:44 “Bu, səyahətin sonudur!” Kultard Zandfortun “Formula-1” taleyindən danışdı 10:28 "Ağ Ev öz borclarını gizlədir!" – Əraqçi bütün kartları açdı! 10:24 Darvin Nunyesin transferində son anda gözlənilməz dəyişiklik! 10:17 “Barselona”da Levandovski boşluğu: yeni hücumçu axtarışı başladı 09:55 Rusiya Ermənistana Azərbaycandan keçməklə yeni tədarük göndərəcək 09:52 Uindhorstdan “Filadelfiya”ya xəbərdarlıq: Lebronla mövsüm asan olmayacaq! 09:41 Azərbaycan neftinin qiyməti 95 dolları keçdi 09:46 Deniz Undav ölüm təhlükəsi ilə üz-üzə qaldığı anları danışdı 09:34 DTX-dən xüsusi əməliyyat: 17 il beynəlxalq axtarışda olan şəxs Azərbaycana gətirildi 09:31 Mourinyu “Real”ın qapısını Yamalın üzünə bağladı: “Mənimkilər ən yaxşıdır” 09:20 Kiyevə növbəti hücum: Ölən və yaralananlar var - VİDEO 09:13 Azərbaycanlı gimnast Avropa çempionatının finalında! 09:01 ABŞ ordusu zərbə dronları batalyonunu ləğv edir 08:59 Bütün Xəbərlər