Aralıq dənizinin sirli guşəsi Fəthiyə

Aralıq dənizinin sirli guşəsi Fəthiyə
15.09.2025 13:00

Türkiyə coğrafiyası və təbiət quruluşu baxımından dünyanın ən unikal turizm bölgələrindən biri hesab olunur. İqlim şərtlərinin müxtəlifliyi, dəniz, dağ və meşələrin harmoniyası, tarixi irsi və zəngin mətbəxi bu ölkəni istənilən mövsümdə səyahət üçün əlverişli hala gətirir. Son illərdə Ümumdünya Turizm Təşkilatı (UNWTO) da Türkiyənin turizm sahəsində apardığı ardıcıl islahatlar və infrastruktur inkişafını yüksək qiymətləndirir.

TodayPress TV xəbər verir ki, xüsusilə COVID-19 pandemiyasından sonra Türkiyə sürətlə toparlanaraq yenidən turizm liderləri sırasında yer almağa başladı. Bunun əsas səbəbləri arasında turistlər üçün yaradılan təhlükəsiz şərait, xidmət səviyyəsinin artması, tarixi-mədəni abidələrin bərpası və əlverişli qiymət siyasəti ön plandadır.

Bu yazımızda isə Türkiyənin turizm xəritəsində xüsusi yeri olan, həm qədim tarixi, həm də təbii gözəllikləri ilə seçilən Fəthiyə bölgəsini daha ətraflı araşdıracağıq.

Fəthiyə bölgəsi Türkiyənin cənub-qərbində, Aralıq dənizi bölgəsində, Muğla əyalətinə bağlı bir rayondur. Ümumi sahəsi 3059 km² olan bu rayon, Muğla əyalətinin ərazi baxımından ən böyük bölgəsidir. Şərqdə və cənub-şərqdə Antalyanın Korkuteli və Elmalı rayonları, cənub-qərbdə Aralıq dənizi, qərbdə Qapıdağ yarımadası, şimalda isə Dənizli və Burdur əyalətləri ilə həmsərhəddir.

Bölgənin təbiəti dağlar, meşəliklər, yaylalar və dəniz sahilləri ilə zəngindir. Xüsusilə məşhur Ölüdəniz sahilləri dünyanın ən təmiz və sakit sulardan biri kimi tanınır.

Fəthiyənin tarixi qədim Telmessos şəhərinə dayanır. Əldə olunan məlumatlara görə, şəhərin əsası e.ə. V əsrdə qoyulub. İlk dövrlərdə Əhəmənilər İmperiyası, daha sonra isə Delos birliyi, Likiyalılar, Farslar, Makedoniyalılar, Selevkilər, Lagoslar, Roma, Bizans, Səlcuqlular, Menteşeoğulları və nəhayət Osmanlı imperiyası bu torpaqlar üzərində hökmranlıq etmişdir.

Telmessos əfsanəsi və Apollonun şəhəri

Şəhərin adı ilə bağlı məşhur əfsanəyə görə, Finikiya kralı Agenorun qızına vurulan Tanrı Apollon köpək cildinə girərək ona yaxınlaşır və bu birliyin nəticəsində Telmessos adlı oğul dünyaya gəlir. Apollon oğlunun şərəfinə qurduğu şəhərə Telmessos adını verir. Bu əfsanə Telmessosun qədim dövrdə mədəni və dini mərkəz olduğunu da göstərir.

VIII əsrdə şəhər Bizans imperatoru II Anastasinin şərəfinə Anatasiapolis adlandırılır. 1261-ci ildə Rum Səlcuqlu dövlətinin süqutundan sonra bölgə Menteşeoğulları bəyliyinin əlinə keçir. 1424-cü ildə isə Osmanlılar bu torpaqları öz ərazilərinə qatırlar və şəhərin adı Meğri olaraq dəyişdirilir (Rum dilində "uzaq diyar").

1914-cü ildə Türkiyənin ilk hərbi pilotlarından olan Fəthi bəyin şəhid olması ilə əlaqədar şəhərin adı Fəthiyə olaraq dəyişdirilir. Bu gün bu ad həm şəhərin tarixi qəhrəmanlıq simvoluna çevrilib, həm də milli yaddaşda dərin iz buraxıb.

Amitas məzarı və Telmessos amfiteatrı

Fəthiyənin simvollarından biri olan Amitas məzarı, şəhəri əhatə edən təpələrin birində yerləşir. Bu monumental məzar IV əsrdə Telmessosun kralı Amitasın şərəfinə tikilmişdir. Yaxınlıqda yerləşən Telmessos amfiteatrı isə Roma dövrünə aiddir və 5000 nəfərlik tutuma malikdir. Bizans dövründə bu amfiteatr arena kimi istifadə olunmuşdur.

Fəthiyə qalası və Rodos cəngavərləri

Fəthiyədə yerləşən qala qalıqları Əziz John Cəngavərləri tərəfindən inşa olunmuş, daha sonra XV əsrdə Rodos cəngavərləri tərəfindən bərpa edilmişdir. Qala şəhərin müdafiəsi ilə yanaşı, həm də dini və hərbi mərkəz funksiyası daşıyırdı.

Digər tarixi abidələr

Telmessos qəbir daşları – üzərində qədim döyüşçü yazıları olan abidələr

1791-ci il Osmanlı hamamı – 14 qübbəli, 6 kəmərli inşaat

Fəthiyə Köhnə Məscidi

2001-ci ildə ucaldılmış Şəhidlər Abidəsi

Fəthiyə Muzeyi: Mədəni mirasın aynası

Fəthiyə şəhərinin mərkəzində yerləşən bu muzey Likiya, Əhəmənilər, Ellinizm, Roma və Bizans dövrünə aid arxeoloji və etnoqrafik eksponatlarla zəngindir. Burada nümayiş olunan “Dastar” tikiş dəzgahı və yerli əhalinin əl işləri, bölgənin folklor və sənətkarlıq tarixini yaşadır.

Açıq hava sərgi hissəsində qəbir məzarları, daş bloklar və İzraza abidəsi kimi nadir tapıntılar sərgilənir.

Turizm infrastrukturu və müasir cazibə mərkəzləri

Fəthiyə həm dəniz turizmi, həm də tarixi və ekoloji turizmin inkişaf etdiyi bir məkandır. Bölgədəki məşhur sahillər:

Ölüdəniz – Dünyanın ən sakit və təmiz sulardan biri

Çalış çimərliyi

Kabak koyu – sıx meşə ilə əhatələnmiş sahil

Həmçinin paragliding, su idmanı, dağ yürüşləri, antik şəhər turları və jeep safari kimi fəaliyyətlər turistlərə təqdim olunur.

TodayPress TV

FOTOLAR

Aralıq dənizinin sirli guşəsi Fəthiyə — 1
Aralıq dənizinin sirli guşəsi Fəthiyə — 2
Aralıq dənizinin sirli guşəsi Fəthiyə — 3
Aralıq dənizinin sirli guşəsi Fəthiyə — 4
Aralıq dənizinin sirli guşəsi Fəthiyə — 5
XƏBƏR LENTİ
20 AVQUST 2026
Gələcək üçün təhlükə siqnalı: Azərbaycanda əhalinin artımı sürətlə zəifləyir 12:22 Ferstappenin gələcəyi bəlli oldu: “Red Bull”la uzunmüddətli müqavilə! 12:24 Astronomiya aləmində sensasiya: 12,5 milyard illik gizli sistem üzə çıxdı! 12:21 NATO Belarus sərhədinə yaxınlaşır: Litvada 40 milyon avroluq düşərgə 11:59 Azərbaycan XİN Mərkəzi Afrika Respublikasına başsağlığı verdi 11:58 Trampın gizlətdiyi böyük plan ortaya çıxdı: Hər gecə 10 milyon barel neft necə daşınır? 11:52 İşdən qanunsuz çıxarılan 63 nəfər əvvəlki işlərinə bərpa etdirildi 11:35 Mərc qalmaqalından sonra Bizliyə ağır ailə ittihamları! 11:31 ABŞ ordusundan GTA VI sürprizi: Əsgərlərə məzuniyyət veriləcək 11:26 İrəvanda böyük kilsə çevrilişi: "Vətəndaş sazişi" planı elan etdi 11:05 “Qarabağ”ın Avropa macərasında növbəti böyük imtahan! 10:55 İsraildə Qərbi Nil virusundan ilk ölüm faktı qeydə alındı 10:44 “Bu, səyahətin sonudur!” Kultard Zandfortun “Formula-1” taleyindən danışdı 10:28 "Ağ Ev öz borclarını gizlədir!" – Əraqçi bütün kartları açdı! 10:24 Darvin Nunyesin transferində son anda gözlənilməz dəyişiklik! 10:17 “Barselona”da Levandovski boşluğu: yeni hücumçu axtarışı başladı 09:55 Rusiya Ermənistana Azərbaycandan keçməklə yeni tədarük göndərəcək 09:52 Uindhorstdan “Filadelfiya”ya xəbərdarlıq: Lebronla mövsüm asan olmayacaq! 09:41 Azərbaycan neftinin qiyməti 95 dolları keçdi 09:46 Deniz Undav ölüm təhlükəsi ilə üz-üzə qaldığı anları danışdı 09:34 DTX-dən xüsusi əməliyyat: 17 il beynəlxalq axtarışda olan şəxs Azərbaycana gətirildi 09:31 Mourinyu “Real”ın qapısını Yamalın üzünə bağladı: “Mənimkilər ən yaxşıdır” 09:20 Kiyevə növbəti hücum: Ölən və yaralananlar var - VİDEO 09:13 Azərbaycanlı gimnast Avropa çempionatının finalında! 09:01 ABŞ ordusu zərbə dronları batalyonunu ləğv edir 08:59 Bütün Xəbərlər