Vaşinqtonun PLANI üzə çıxdı: Körfəz ölkələri niyə "QURBAN" verilir?

Vaşinqtonun PLANI üzə çıxdı: Körfəz ölkələri niyə "QURBAN" verilir?
04.03.2026 17:00 Təhlil

Amerika Birləşmiş Ştatları bir neçə Körfəz ölkəsinə İranın davam edən hücumlarından müdafiə olunmaq üçün silah və sursat verməkdən imtina edib. Bu barədə "Middle East Eye" məlumat yayıb.

Mənbənin sözlərinə görə, İran hücumlarından zərər görən bir Körfəz dövləti ABŞ və İsrailin İrana endirdiyi zərbələrdən sonra tükənən silah ehtiyatlarının bərpası üçün Vaşinqtona müraciət edib. Lakin bu istək qəbul olunmayıb.

Bəs ABŞ-nin bunda məqsədi nədir?

Mövzunu Politoloq Asif  Nərimanlı TodayPress TV-yə şərh edib. 


O qeyd edib ki, əgər informasiya doğrudursa, bu iki əsas səbəbdən qaynaqlana bilər:

"Birinci səbəb ondan ibarət ola bilər ki, müharibə davam etdiyi müddətdə Amerika öz hərbi ehtiyatlarını digər ölkələrlə bölüşmək istəmir. Çünki qarşıdakı ən azı üç-dörd həftə ərzində müharibənin davam edəcəyi ehtimal olunur və hadisələrin inkişafını tam şəkildə proqnozlaşdırmaq çətindir. Görünür, Amerika daha ehtiyatlı davranmağa çalışır. Müharibənin daha da uzanması ehtimalı nəzərə alınaraq, öz hərbi arsenalını başqalarına vermək istəmir və ehtiyatlarını qorumağa üstünlük verir”. 

Analitik ikinci səbəb kimi Amerikanın Körfəz ölkələrindən birinə silah vermədiyi halda, İran təhlükəsinin həmin ölkələr üzərində artmasında müəyyən strateji maraq güdə biləcəyini göstərib:  


"Əgər İranın hücumları davam edərsə və region ölkələri daha çox təzyiq və təhlükə ilə üzləşərsə, bu, ilk növbədə region dövlətlərində İrana qarşı narazılığın və qəzəbin artmasına səbəb ola bilər. İndiyə qədər müharibənin dayandırılmasına çalışan bəzi ölkələr belə bir şəraitdə münaqişənin tərəfinə çevrilə bilərlər. Bu isə Amerikaya İrana qarşı regional səviyyədə koalisiya formalaşdırmaq üçün əlavə imkan yarada bilər".

Ekspert vurğulayıb ki, əgər İranın hücumları nəticəsində Körfəz və digər region ölkələri daha çox zərər görərsə, həm həmin ölkələrin siyasi rəhbərliyi, həm də cəmiyyət səviyyəsində İrana qarşı tədbirlərin görülməsi tələbi güclənəcək. Belə bir situasiya formalaşarsa, Amerika istədiyi istiqamətdə – yəni regional müstəvidə İrana qarşı koalisiyanın yaradılması istiqamətində – daha rahat hərəkət edə bilər.


"Bu proses sonrakı mərhələdə, xüsusilə quru əməliyyatları zamanı həmin koalisiya qüvvələrindən istifadə olunması ilə nəticələnə bilər. Hazırda Amerika hava əməliyyatları çərçivəsində əsas hədəfləri vurur və prosesə nəzarət edir. Lakin rejimin tam devrilməsi quru əməliyyatları olmadan çətin görünür. Burada əsas sual ondan ibarətdir ki, bu quru əməliyyatlarını hansı qüvvələr həyata keçirəcək? Amerika öz qoşunlarını birbaşa bölgəyə yeritmək istəmir. İsrailin də bu prosesə genişmiqyaslı şəkildə qoşulacağı inandırıcı görünmür. Bununla belə, alternativ qüvvələrin cəlb edilməsi ehtimalı mövcuddur. Bu qüvvələr həm İran daxilində müəyyən qruplar, həm də regiondakı müxtəlif silahlı birləşmələr ola bilər. Variantlardan biri də region ölkələrinin iştirakı ilə İrana qarşı müəyyən koalisiyanın formalaşdırılması və əməliyyatların bu qüvvələr vasitəsilə həyata keçirilməsidir. Lakin bunun üçün əvvəlcə müvafiq siyasi və ictimai zəmin formalaşdırılmalıdır", - ekspert fikrini sonlandırıb. 

Jalə Rövşən

TodayPress TV

XƏBƏR LENTİ
30 IYUL 2026
Ferstappen “Red Bull” ətrafındakı söz-söhbətlərə son qoydu 17:30 Reşforddan duyğusal vida: “Hər anından zövq aldım” 17:09 Sinsinnati azarkeşlərinin gözlədiyi xəbər rəsmiləşdi 17:01 SON DƏQİQƏ: Xomeyni limanı üzərində insident 17:01 Kərim Kərimovun yaşadığı binaya xatirə lövhəsi vurulacaq 16:57 Eddi Hau göz yaşları ilə “Nyukasl”a vida etdi 16:48 Rusiya çözüldü: Ukrayna boş yerləri tapdı 16:36 Prezident İlham Əliyev Qırğızıstanda səfərdədir 16:36 “Real”ın gənc müdafiəçisi uzun müddət oynaya bilməyəcək 16:31 Bu ərazilərdə işıq olmayacaq 16:29 Türkiyə millisinin ulduzu “Fənərbağça”nın radarında 16:11 Bəzi yerlərdə küləkli hava müşahidə edilir - FAKTİKİ HAVA 16:03 Ev telefonları artıq işləməyəcək - Xidmət dayandırıldı 15:55 İraqlı nazir Ərdoğanla görüşdə imza böhranı yaratmışdı - Arxasından İran kəşfiyyatı çıxdı 15:54 İtaliya ABŞ rekordunun qarşısını ala bilmədi 15:41 Rusiyada parçalanma başladı: İqtidar içindən sökülür 15:35 “Uilyams” Sayns insidenti ilə bağlı diqqətçəkən açıqlama verdi 15:30 Ukraynada azərbaycanlıların olduğu gəmiyə DRON HÜCUMU EDİLDİ 15:24 Böyük əfv gündəmdə: Rəşad Dağlının adı siyahıdadır 15:20 “Real”ın ulduzu klubdan rekord bonus istəyir 15:17 “Arsenal” Kenan Yıldız üçün İtaliyaya nümayəndə göndərdi 15:13 İlham Əliyev Qırğızıstana səfər edəcək 15:11 SEPAH: 3 ədəd F-35 qırıcısı vurduq - İDDİA 15:00 Çinin İrana 400 raket verəcəyi xəbəri ölkəni silkələdi 15:00 Azərbaycanın Pakistandakı səfiri diplomatik missiyasını başa çatdırır 14:56 Bütün Xəbərlər