Prezidentin dünyaya mesajı: SÜLH ÜÇÜN GÜC

Prezidentin dünyaya mesajı: SÜLH ÜÇÜN GÜC
06.01.2026 17:48 Təhlil

Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 5-də yerli televiziya kanallarına verdiyi müsahibədə müasir dünyada müharibə və sülh anlayışlarına dair prinsipial mövqeyini bir daha ifadə edib. 

  

Dövlət başçısı vurğulayıb ki, müharibə bir ölkə və ya insan üçün baş verə biləcək ən ağır ssenaridir və yeganə optimal yol sülhdür. Bununla belə, Prezident İlham Əliyevin fikrincə, davamlı sülh yalnız güclü dövlət və möhkəm təhlükəsizlik təminatları əsasında mümkündür:

“Ümidvaram ki, bu gün hələ də döyüşən tərəflər anlayacaqlar ki, müharibə bir ölkə və yaxud insanın başına gələcək ən pis şeydir. Mən bunu tam məsuliyyətlə deyirəm. Bu, ən pis sayılmalıdır. Ən yaxşı isə, sülhdür. Amma sülhün olması üçün güclü olmalısan, beləliklə, bu istiqamətdə fəaliyyətimizi davam etdirəcəyik”.

Prezidentin müsahibədə toxunduğu mövzuları TodayPress TV-yə şərh edən politoloq Elçin Xalidbəyli Azərbaycan Prezidenti İlham Əliyevin mövcud qlobal reallıqları olduqca dəqiq ifadə etdiyini bildirib:


“Bu gün dünyada nə ədalət, nə də hüquq anlayışı real məzmun daşıyır. Bu anlayışlar daha çox imitasiya və manipulyasiya alətinə çevrilib. Reallıq isə ondan ibarətdir ki, qlobal məkanda əsas rol oynayan faktor güc və müttəfiqlikdir. Güclü olanlar bütün proseslərdə öz maraqlarını və hüquqlarını qorumağı bacarır və haqlı sayılırlar. Zəif olanlar isə haqlı olsalar belə, haqsız vəziyyətə salınırlar”.

Politoloqun sözlərinə görə, Azərbaycan bu mərhələdən artıq keçib və uzun illər ərzində ölkəmizə qarşı müxtəlif təzyiq və qərəzli kampaniyalar aparılıb:

“Lakin Azərbaycan iqtisadiyyatını inkişaf etdirib güclü ordu qurduqdan sonra vəziyyət köklü şəkildə dəyişdi. Ölkəmiz hərbi, siyasi və iqtisadi gücünün hesabına öz ərazi bütövlüyünü bərpa etdi və ən əsası, sülhə nail oldu”.

E.Xalidbəyli vurğulayıb ki, bu gün Azərbaycanın malik olduğu sabitlik və sülh birbaşa dövlətin gücü ilə bağlıdır:

“Bu gücün dayağı Azərbaycan dövlətinin bütün sahələr üzrə — hərbi, siyasi və iqtisadi istiqamətlərdə formalaşdırdığı potensialdır. Məhz bu güc sayəsində Azərbaycan öz təhlükəsizlik maraqlarını təmin etməyi bacarır”.

Ekspertin fikrincə, mövcud reallıqlarda yalnız qlobal məkanda deyil, eyni zamanda Cənubi Qafqaz regionunda da proseslər məhz güc faktoru üzərində formalaşır:


“Azərbaycan öz mövqelərini qətiyyətlə qoruyur. Rəsmi Bakı həm ölkə daxilində, həm də bütövlükdə Cənubi Qafqazda proseslərin nəzarətdə saxlanılmasının, kənar müdaxilələrin qırmızı xətləri keçməməsinin təminatçısı rolunda çıxış edir”.

Politoloq bildirib ki, hazırda rəsmi Bakı Cənubi Qafqazın əsas siyasi iradə mərkəzidir:

“Geopolitik, geostrateji və geoiqtisadi proseslər güclü Azərbaycan dövlətinin siyasi iradəsinin təsiri altında inkişaf edir. Bu isə Azərbaycanın gələcək inkişaf perspektivlərinə olan inamı daha da gücləndirir”.

Qiymət Mahir

TodayPress TV

XƏBƏR LENTİ
30 IYUL 2026
Ferstappen “Red Bull” ətrafındakı söz-söhbətlərə son qoydu 17:30 Reşforddan duyğusal vida: “Hər anından zövq aldım” 17:09 Sinsinnati azarkeşlərinin gözlədiyi xəbər rəsmiləşdi 17:01 SON DƏQİQƏ: Xomeyni limanı üzərində insident 17:01 Kərim Kərimovun yaşadığı binaya xatirə lövhəsi vurulacaq 16:57 Eddi Hau göz yaşları ilə “Nyukasl”a vida etdi 16:48 Rusiya çözüldü: Ukrayna boş yerləri tapdı 16:36 Prezident İlham Əliyev Qırğızıstanda səfərdədir 16:36 “Real”ın gənc müdafiəçisi uzun müddət oynaya bilməyəcək 16:31 Bu ərazilərdə işıq olmayacaq 16:29 Türkiyə millisinin ulduzu “Fənərbağça”nın radarında 16:11 Bəzi yerlərdə küləkli hava müşahidə edilir - FAKTİKİ HAVA 16:03 Ev telefonları artıq işləməyəcək - Xidmət dayandırıldı 15:55 İraqlı nazir Ərdoğanla görüşdə imza böhranı yaratmışdı - Arxasından İran kəşfiyyatı çıxdı 15:54 İtaliya ABŞ rekordunun qarşısını ala bilmədi 15:41 Rusiyada parçalanma başladı: İqtidar içindən sökülür 15:35 “Uilyams” Sayns insidenti ilə bağlı diqqətçəkən açıqlama verdi 15:30 Ukraynada azərbaycanlıların olduğu gəmiyə DRON HÜCUMU EDİLDİ 15:24 Böyük əfv gündəmdə: Rəşad Dağlının adı siyahıdadır 15:20 “Real”ın ulduzu klubdan rekord bonus istəyir 15:17 “Arsenal” Kenan Yıldız üçün İtaliyaya nümayəndə göndərdi 15:13 İlham Əliyev Qırğızıstana səfər edəcək 15:11 SEPAH: 3 ədəd F-35 qırıcısı vurduq - İDDİA 15:00 Çinin İrana 400 raket verəcəyi xəbəri ölkəni silkələdi 15:00 Azərbaycanın Pakistandakı səfiri diplomatik missiyasını başa çatdırır 14:56 Bütün Xəbərlər