“Tramp klassik “pis polis – yaxşı polis” taktikasını davam etdirir...”

“Tramp klassik “pis polis – yaxşı polis” taktikasını davam etdirir...”
19.06.2025 15:56 Təhlil

“ABŞ prezidenti Donald Trampın G7-dəki çıxışları və Rusiyanı geri qaytarmaq cəhdləri sadəcə piar məqsədli oyundur”.

Politoloq Tofiq Abbasov bunu TodayPress TV-yə danışarkən deyib. 

Onun sözlərinə görə, Trampın Rusiya ilə bağlı verdiyi açıqlamalar və “Böyük Yeddiliyə” (G7) dair səsləndirdiyi fikirlər əsasən siyasi manipulyasiya hesab olunmalıdır.  

"Tramp klassik “pis polis – yaxşı polis” taktikasını tətbiq edir və hazırda G7-nin daxilində “yaxşı polis” rolunu oynamağa çalışır. Bu isə yalnız ictimai rəyi yönləndirmək və psixoloji üstünlük əldə etmək məqsədinə xidmət edir. Ancaq G7-də Rusiya ilə bağlı ümumi rəğbətsizlik hökm sürür və heç bir üzv ölkənin Kremlin siyasətinə müsbət münasibəti yoxdur. Rusiya guya G7-yə geri qaytarılacaq. Bəs o zaman Rusiya ölkəsini "işğalçı" adlandıran dövlətlərlə necə eyni masada oturacaq? Birləşmiş Ştatların bir sözündən sonra hamı Rusiya ilə dost olacaq? Əlbəttə ki, yox”, - deyə o bildirib. 

Analitik, həmçinin Trampın davranışlarında davamlı ziddiyyətlər və qeyri-ciddiliyin hökm sürdüyünü də dilə gətirib. Belə ki, Tramp reallıqdan uzaq, nəticəsiz və təmtəraqlı açıqlamalar verməklə özünü gündəmdə saxlayır, lakin bu ritorikanın arxasında effektiv siyasi nəticə yoxdur. ABŞ daxilində də onun reytinqi getdikcə aşağı düşür və bu, qeyri-adi idarəçilik tərzinin nəticəsidir.

"Trampın dövlət siyasəti hələ də formalaşmayıb, əsasən eksperimentlər və sınaqlar üzərində qurulub. Bu gün Tramp güclü deyil, əksinə, yararsız siyasətin təmsilçisinə çevrilib. Belə olan halda Rusiyanın G7-yə qaytarılması ehtimalı real görünmür, xüsusən də Ukrayna müharibəsi bitənə qədər".

Politoloqun fikrincə, hazırda Avropanın aparıcı paytaxtları – Paris, London və Berlin Rusiyanı zəiflətmək üçün səylərini birləşdiriblər və bu şəraitdə Trampın Rusiya ilə “mehribanlıq” mesajları inandırıcı görünmür. Tramp bu oyunla yalnız özünə nəsə qazandırmağa çalışır, amma Rusiyanın buradan real mənfəət əldə edəcəyinə inanmaq sadəlövhlük olar.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp mətbuat konfransı zamanı çıxış edərək Rusiyanın G8-dən çıxarılmasını səhv addım adlandırıb. O bildirib ki, Rusiya G8-də olsaydı, hərbi əməliyyatlara başlamazdı. 

Töhfə Səməd

FOTOLAR

“Tramp klassik “pis polis – yaxşı polis” taktikasını davam etdirir...” — 1
XƏBƏR LENTİ
15 IYUN 2026
Zakir Həsənov Azərbaycan Ordusunun şəxsi heyətini təbrik etdi 15:51 Vuçiç Gürcüstanda rəsmi səfərdədir 15:43 Filippində güclü zəlzələ oldu 15:30 Aİ-dən Rusiyaya bu sanksiyaları tətbiq etdi 15:23 Narişkindən Ermənistana xəbərdarlıq: Qərbə arxalanmaq ölkədə problemlər yarada bilər 15:11 Azərbaycanlı futbolçu Kipr klubuna keçdi 15:05 Tramp doğum günündə tribunada yatdı - VİDEO 15:01 Lukaşenko və Putin yaxın vaxtlarda görüşəcək 14:50 Kobaxidze İran-ABŞ razılaşmasına reaksiya verdi 14:44 Putin "Allahın Evi"ni vurdu - Qarşı tərəfdən cavab gecikmədi... 14:11 Baş nazir Əli Əsədov Ümummilli lideri ziyarət etdi 13:47 "Odlar Yurdu" Honq Konqu fəth etməyə gedir! 13:37 Ərdoğan Azərbaycanı təbrik etdi 13:27 Tokiodan İranla bağlı qəfil həmlə: Bağlı qapılar arxasında nələr baş verir? 13:19 Tehran hərəkətə keçdi: Əraqçidən Ankara, Bağdad və Qahirəyə təcili zəng! 13:04 Məşhur futbolçu Fransa Prezidenti olacaq? 12:54 Sabah hava necə olacaq? - AÇIQLANDI 12:39 Təlim uçuşu faciə ilə bitdi: təyyarə yerə çırpıldı - İki pilot həlak oldu - VİDEO 12:32 Ərdoğandan İran-ABŞ razılaşmasına reaksiya 12:08 Azərbaycan XİN: ABŞ ilə İran arasında əldə olunmuş razılaşmaya reaksiya verdi 12:10 Bu yollar təmir edilir - SİYAHI 11:40 Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndəriləcək 11:33 Netanyahudan xəbərdarlıq: "Livandakı əməliyyatlar davam edəcək" 11:29 Geyci Topuriyanı məğlub etdi - VİDEO 11:20 "Sədərək"də qorxulu anlar: Partlayış baş verdi - VİDEO 10:47 Bütün Xəbərlər