Ukrayna terminalları vurduqca Rus televiziyasında təqvim 1917 - ci ili göstərir

Ukrayna terminalları vurduqca Rus televiziyasında təqvim 1917 - ci ili göstərir
16.07.2026 11:13 Təhlil

Ukraynanın son aylarda Rusiyanın neft emalı zavodlarına, yanacaq bazalarına və hərbi-logistika infrastrukturuna endirdiyi zərbələrin  "uğar"ı ölkənin daxilində də hiss olunmağa başlayıb.

Yanacaq istehsalında yaranan fasilələr, bəzi bölgələrdə çatışmazlıq və dövlət büdcəsinə artan təzyiq Rusiyanın informasiya məkanında da öz əksini tapır. Dövlət televiziyalarında  açıq fikirlər səslənməyə başlayıb. 

Kremlin əsas təbliğat platformalarında "1917-ci il təkrarlana bilər", "1991-ci ilin səhvləri yenidən yaşanmamalıdır" kimi ifadələrin daha çox işlədilməsi təsadüfi deyil. Hakimiyyətə yaxın ekspertlər və aparıcılar açıq şəkildə bildirirlər ki, Rusiya bu müharibədə uduzsa, ölkənin gələcəyi təhlükə altına düşəcək.

Bu ritorikanın əsas məqsədi cəmiyyəti qorxutmaqdan daha çox səfərbər etməkdir. Kreml yaxşı anlayır ki, uzun sürən müharibələrdə ən vacib amillərdən biri  ordunun döyüş qabiliyyəti ilə yanaşı həm də cəmiyyətin dözümlülüyüdür. İnsanlar iqtisadi çətinlikləri, yanacaq problemini və gündəlik həyatdakı narahatlıqları müharibənin qaçılmaz nəticəsi kimi qəbul etdikcə, hakimiyyət daxildə sabitliyi qorumağa çalışır.

1917 və 1991-ci illərin xatırladılması da məhz buna xidmət edir. Birinci halda Rusiya imperiyası müharibə, iqtisadi böhran və daxili narazılıq fonunda dağıldı. 1991-ci ildə isə bildiyimiz kimi  SSRİ uzunmüddətli iqtisadi problemlər və siyasi böhran nəticəsində süqut etdi. Kreml bu tarixi nümunələri göstərərək cəmiyyətə eyni ssenarinin təkrarlanmaması üçün müharibənin qalibiyyətlə başa çatmasının vacibliyini təlqin edir.  

Ukrayna son aylarda cəbhədən uzaqda yerləşən strateji obyektləri hədəfə almaqla müharibənin təsirini Rusiyanın daxilinə daşımağa nail olub. Neft emalı zavodları, yanacaq anbarları və logistika mərkəzlərinə zərbələr  ordunun təminatını çətinləşdirir,  iqtisadiyyata əlavə yük yaradır. Bu da Kremlin informasiya siyasətində qalxan mövqeyinə keçməsini sürətləndirir.

Ancaq hazırkı vəziyyəti birbaşa 1917 və ya 1991-ci illə müqayisə etmək düzgün olmaz. Rusiyada dövlət idarəetməsi, təhlükəsizlik sistemi və informasiya nəzarəti həmin dövrlərdən xeyli fərqlənir. Buna görə də televiziya ekranlarında səslənən xəbərdarlıqları  ictimai rəyi formalaşdırmağa hesablanmış addım  kimi qiymətləndirmək lazımdır.

Jalə Rövşən 

XƏBƏR LENTİ
17 IYUL 2026
Çəkiniz eyni qalacaq, amma bədəniniz dəyişəcək - Sirri AÇIQLANDI 01:17 UEFA Avropa Liqası: "Qarabağ" "Vestri"ni məğlub etdi - YENİLƏNDİ 00:05 ABŞ zərbəsindən sonra Kehuristan körpüsü bu hala düşdü - FOTO 01:34 İranda körpüyə endirilən zərbə nəticəsində ölənlər var 01:30 TƏCİLİ: Bəndər-Abbasda körpü və dəmir yolu hədəfə alındı - VİDEO 01:11 İran bu görüntülərlə Trampa qarşı sui-qəsd çağırışı etdi - VİDEO 00:53 İranın daha bir şəhərində partlayış səsi eşidildi 00:45 Trampın başına 10 milyon dollar qoyuldu 00:40 İranda körpü vuruldu - VİDEO 00:32 İranşəhrə hücumun GÖRÜNTÜLƏRİ 00:25 Tramp və Netanyahu İran küçələrini “bəzədi” - FOTO 23:56 İranın liman şəhərlərinə zərbələr endirilir - VİDEO 00:01 İranda partlayış səsləri eşidildi - TƏCİLİ 23:48 İranda bombardmandan sonra elektrik enerjisi kəsildi 23:45 Zelenski Hakan Fidanı belə mükafatlandırdı - VİDEO 23:33 “Qarabağ”ın oyunu canlı yayımlanacaq? - AÇIQLANDI 23:11 Tramp Türkiyədən niyə razı qaldı? Ağ Ev səbəbini açıqladı 22:53 ABŞ İrana yeni hücum dalğasına başladı 22:48 Hörmüz boğazındakı son vəziyyət açıqlandı 22:35 Etirazlar Zelenskini buna məcbur etdi - Gülləkeçirməz şüşə arxasına keçdi 22:20 İran geri addım atır? - ABŞ-dən İDDİA 22:04 UEFA Konfrans Liqası: “Zirə”“Torpedo”nu məğlub etdi - VİDEO 20:14 Hamı Klimenkonu gözləyirdi, amma Zelenski elə birini seçdi ki… 21:06 Tərtərdə dəhşətli qəza - Ölənlər var 21:32 “Əgər “Hizbullah”a toxunsanız, raketlər işə düşəcək” - XƏBƏRDARLIQ 21:20 Bütün Xəbərlər