“3+3” platformasında yeni mərhələ: Azərbaycan ev sahibliyinə hazırdır

“3+3” platformasında yeni mərhələ: Azərbaycan ev sahibliyinə hazırdır
09.12.2025 13:33 Təhlil

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Bakıda iranlı həmkarı Abbas Əraqçi ilə birgə mətbuat konfransında Azərbaycanın “3+3” formatlı görüşə ev sahibliyi etməyə hazır olduğunu bəyan edib:


“3+3” formatının yaradılması təşəbbüsü Azərbaycan Prezidenti tərəfindən irəli sürülüb və bu çərçivədə 3 görüş keçirilib. 2024-cü ilin oktyabrında keçirilən görüş zamanı növbəti görüşün Azərbaycanın ev sahibliyində təşkili təklif edilib. Lakin təəssüf ki, belə bir razılıq əldə olunmadı. Ermənistan tərəfi buna razı olmadı. Hazırda isə fərqli mühit mövcuddur. Artıq başqa kanallar vasitəsilə bu görüşlərin təşkili müzakirə olunur”, - deyə o bildirib.

Sözügedən məsələni TodayPress TV-yə şərh edən politoloq Bakir Həsənbəyli bildirib ki, “3+3” əməkdaşlıq platforması Azərbaycanın Qarabağ Zəfərindən sonra Prezident İlham Əliyevlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın təşəbbüsü əsasında formalaşmış yeni regional əməkdaşlıq mexanizmidir:


“3+3” platforması Cənubi Qafqazın üç dövləti ilə Türkiyə, Rusiya və İrandan ibarət altılıq formatıdır. Bu təşəbbüs təkcə siyasi və təhlükəsizlik sahəsində deyil, həm də iqtisadi müstəvidə çox böyük potensial vəd edir. Aparılan hesablamalara görə, bu formata daxil olan ölkələrin ümumi iqtisadiyyatı 3 trilyon dollara yaxındır ki, bu da ABŞ, Çin, Yaponiya və Almaniyadan sonra dünyanın 5-ci ən böyük iqtisadi gücü deməkdir. Platformanın əhalisi 331 milyon nəfərə yaxındır və bu göstəriciyə görə dünya üzrə 3-cü yeri tutur. Ərazi baxımından isə birinci sıradadır”. 

Ekspert qeyd edib ki, bu miqyas altılıq ölkələri arasında qarşılıqlı investisiya, sənaye, aqrar sektor və xidmət sahələrində geniş əməkdaşlıq imkanları yaradır:  

“Regional ticarətin inkişafı iqtisadi artımın sürətlənməsinə ciddi töhfə verə bilər. Ümumiyyətlə, milli iqtisadiyyatların inkişafında böyük həcmli bazarlara çıxışın əhəmiyyəti danılmazdır. XX əsrin ikinci yarısından başlayaraq uğurlu inkişaf yolu keçən ölkələrin təcrübəsi də bunu göstərir. Cənubi Qafqaz ölkələri Avropa İttifaqı və Avrasiya İttifaqı bazarlarına inteqrasiya etməyə çalışsalar da, regional ticarət əlaqələri hələ də zəifdir. Halbuki regional ticarətin genişlənməsi iqtisadi artım üçün mühüm baza yarada bilər”.

B.Həsənbəyli bildirib ki, “3+3” formatı regionun nəqliyyat xəritəsini də dəyişmək gücündədir:


“‘Zəngəzur dəhlizi’ də daxil olmaqla, yeni nəqliyyat arxitekturası formalaşa bilər. Azərbaycan su, hava, avtomobil və dəmir yolu infrastrukturuna görə altılıq inteqrasiyasının mərkəzi elementinə çevrilə bilər. Rusiya ilə İran Şimal–Cənub dəhlizi vasitəsilə Azərbaycandan keçərək birləşir. İran–Gürcüstan əlaqələri isə Cənub–Qərb marşrutu üzərindən yenidən canlana bilər. Türkiyə isə bu dəhliz hesabına Azərbaycan, Rusiya və İranla iqtisadi və logistik əlaqələrini daha da genişləndirə bilər”.

Ekspertin sözlərinə görə, qloballaşmanın zəifləyi̇b regional siyasətin gücləndiyi dövrdə “3+3” platforması bütün tərəflərin maraqlarına cavab verən əməkdaşlıq formatıdır: 

“Qarabağ probleminin həllindən sonra regionda yaranmış yeni reallıq bu format üçün geniş imkanlar açıb. Məncə, növbəti toplantının hansısa ölkədə keçirilməsi real vəziyyəti nəzərə alsaq, problem yaratmamalıdır. Artıq Azərbaycan–Ermənistan münasibətləri sülh müqaviləsinin imzalanması ərəfəsindədir. Bir neçə gün əvvəl Ermənistan Baş nazirinin müavini azərbaycanlı həmkarı ilə Qəbələdə görüş keçirdi. Bu baxımdan tədbirin Azərbaycanda keçirilməsi üçün heç bir maneə yoxdur”.

Bakir Həsənbəylinin sözlərinə görə, sülh sazişinin imzalanmasından əvvəl liderlərin qarşılıqlı səfərləri ilə bağlı müəyyən müzakirələrə ehtiyac qalacaq: 

“Bu səfərlərin reallaşması, yəqin ki, sülh müqaviləsinin imzalanmasından sonra mümkün olacaq. Hazırda bunun üçün siyasi zəmin formalaşır və prosesin irəli getməsi regionun gələcəyi üçün mühüm əhəmiyyət daşıyır”.

Qiymət Mahir

TodayPress TV

XƏBƏR LENTİ
30 IYUL 2026
Kərim Kərimovun yaşadığı binaya xatirə lövhəsi vurulacaq 16:57 Eddi Hau göz yaşları ilə “Nyukasl”a vida etdi 16:48 Rusiya çözüldü: Ukrayna boş yerləri tapdı 16:36 Prezident İlham Əliyev Qırğızıstanda səfərdədir 16:36 “Real”ın gənc müdafiəçisi uzun müddət oynaya bilməyəcək 16:31 Bu ərazilərdə işıq olmayacaq 16:29 Türkiyə millisinin ulduzu “Fənərbağça”nın radarında 16:11 Bəzi yerlərdə küləkli hava müşahidə edilir - FAKTİKİ HAVA 16:03 Ev telefonları artıq işləməyəcək - Xidmət dayandırıldı 15:55 İraqlı nazir Ərdoğanla görüşdə imza böhranı yaratmışdı - Arxasından İran kəşfiyyatı çıxdı 15:54 İtaliya ABŞ rekordunun qarşısını ala bilmədi 15:41 Rusiyada parçalanma başladı: İqtidar içindən sökülür 15:35 “Uilyams” Sayns insidenti ilə bağlı diqqətçəkən açıqlama verdi 15:30 Ukraynada azərbaycanlıların olduğu gəmiyə DRON HÜCUMU EDİLDİ 15:24 Böyük əfv gündəmdə: Rəşad Dağlının adı siyahıdadır 15:20 “Real”ın ulduzu klubdan rekord bonus istəyir 15:17 “Arsenal” Kenan Yıldız üçün İtaliyaya nümayəndə göndərdi 15:13 İlham Əliyev Qırğızıstana səfər edəcək 15:11 SEPAH: 3 ədəd F-35 qırıcısı vurduq - İDDİA 15:00 Çinin İrana 400 raket verəcəyi xəbəri ölkəni silkələdi 15:00 Azərbaycanın Pakistandakı səfiri diplomatik missiyasını başa çatdırır 14:56 Mundialda növbəti uğursuz gün: Qadın güləşçilərimiz uduzdu 14:40 Avqusta hazır olun! - Güclü istilər gəlir 14:28 Rusiya Polşanı vurdu, NATO biabır oldu 14:20 SEPAH: Təcavüzkarı bu gün cəzalandıracağıq 14:06 Bütün Xəbərlər