Bakıda Əliyevlə görüşən Pakistan generalı İran və Amerikanı ayağına gətirdi

Bakıda Əliyevlə görüşən Pakistan generalı İran və Amerikanı ayağına gətirdi
11.04.2026 18:00 Təhlil

Pakistan ordusunun rəhbəri, feldmarşal Seyid Asim Munir Əhməd Şah son günlər beynəlxalq siyasətin ən çox müzakirə olunan simalarından birinə çevrilib. Buna səbəb onun İran ilə ABŞ arasında yaranmış gərginliyi yumşaltmaq istiqamətində oynadığı roldur. İslamabadda təşkil olunan danışıqlar nəticəsində tərəflər arasında 14 günlük atəşkəsin əldə olunması məhz onun adı ilə bağlanır. ABŞ Prezidenti Donald Tramp tərəfindən “mənim sevimli feldmarşalım” kimi xarakterizə olunması isə Pakistanın regionda yeni diplomatik vasitəçi kimi ön plana çıxdığını göstərir.


Asim Munir kimdir? 

Asim Munir 1968-ci ildə Ravalpindi şəhərində anadan olub. Ailəsi 1947-ci ildə Hindistandan Pakistana köç etmiş pəncablı  müsəlman Seyid nəslinə mənsubdur. Atası Seyid Sarvar Munir Şah məktəb direktoru olmaqla yanaşı, dini fəaliyyətlə də məşğul olub. Munir uşaqlıqdan dini tərbiyə alıb və Quran hafizi kimi yetişib. Həyat yoldaşı Seyidə İrum Asimdir və onların bu evlilikdən üç övladı var.

Onun hərbi yolu 1986-cı ildə Manqla Zabit Hazırlıq Məktəbində təhsil alması ilə başlayıb. Burada o, kursun ən yaxşı məzunu kimi “Şərəf qılıncı” mükafatına layiq görülüb. Xidmətə Sərhəd Qoşunları alayının 23-cü batalyonunda leytenant kimi başlayıb.


Sonrakı illərdə Munir müxtəlif mühüm vəzifələrdə çalışıb: Kəşmir də daxil olmaqla şimal bölgələrində xidmət edib, briqada komandiri olub, Manqla Korpusunun qərargah rəisi kimi fəaliyyət göstərib. Bundan əlavə, Səudiyyə Ərəbistanında hərbi attaşe kimi işləyib və Kvetta şəhərində yerləşən Komanda və Qərargah Kollecində müəllimlik edib.


Munirin hərbi təhsili beynəlxalq səviyyədə formalaşıb. O, Yaponiyada Fuci məktəbində, Malayziyada Silahlı Qüvvələr Kollecində, həmçinin Pakistanın aparıcı hərbi təhsil ocaqlarında oxuyub. Milli Müdafiə Universitetində İctimai siyasət və strateji təhlükəsizlik idarəçiliyi üzrə Magistr dərəcəsi alıb.

Asim Munir kəşfiyyat strukturlarında da mühüm iz qoyub. 2016–2017-ci illərdə Hərbi Kəşfiyyat İdarəsinə (MI), 2018–2019-cu illərdə isə ölkənin ən nüfuzlu qurumlarından biri olan “Inter-Services Intelligence”yə (ISI) rəhbərlik edib. Bu, Pakistan tarixində nadir hal hesab olunur – eyni şəxsin hər iki quruma başçılıq etməsi ilk dəfə baş verib.


2022-ci il noyabrın 29-da, o, Pakistan ordusunun 11-ci Baş Qərargah rəisi təyin olunub. 2025-ci ilin mayında Hindistanla baş vermiş qısa müddətli hərbi qarşıdurma zamanı ölkənin hərbi əməliyyatlarına rəhbərlik edib. Qeyd edək ki, bu münaqişə zamanı müasir texnologiyalardan – raketlərdən, pilotsuz uçuş aparatlarından və kiber hücum vasitələrindən istifadə olunub. 

Müharibədən sonra, yəni 2025-ci il mayın 25-də Munir feldmarşal rütbəsinə yüksəldilib.  O, bu rütbəyə layiq görülən ikinci pakistanlı hərbçi olub. Birincisi Əyyub xan idi.  Həmin ilin dekabrında isə yeni yaradılmış Baş Müdafiə Qüvvələri Rəhbəri (CDF) vəzifəsinə təyin olunaraq ölkənin bütün silahlı qüvvələrinə nəzarəti öz əlində cəmləşdirib. 


Munirin son dövrlərdə ən çox diqqət çəkən fəaliyyəti İran–ABŞ gərginliyinin yumşaldılması istiqamətindədir. 2026-cı ilin aprelində İslamabadda keçirilən danışıqlar nəticəsində əldə edilən atəşkəs Pakistanın diplomatik çəkisini xeyli artırdı. Bu prosesdə həm Vaşinqton, həm də Tehranla paralel əlaqələrin qurulması onun strateji manevr qabiliyyətini ortaya qoyur.

Qeyd etmək yerinə düşər ki, Feldmarşal Munir Azərbaycan və Türkiyə ilə əlaqələrin inkişafına xüsusi önəm verir. 2025-ci ildə baş vermiş Hindistan–Pakistan qarşıdurması zamanı hər iki ölkə İslamabada açıq siyasi dəstək nümayiş etdirib. Həmçinin Munirin Bakıya səfəri çərçivəsində İlham Əliyev ilə görüşü zamanı müdafiə, enerji və ticarət sahələrində əməkdaşlıq genişləndirilib.


Bu əməkdaşlığın ən diqqətçəkən nümunələrindən biri Azərbaycanın Pakistan istehsalı olan “JF-17 Thunder Block III” tipli qırıcı təyyarələr almasıdır. Bu müqavilə regionda hərbi-texniki əməkdaşlığın yeni mərhələyə keçdiyini göstərir.


Türkiyə ilə münasibətlər isə daha geniş və strateji xarakter daşıyır. Munir mütəmadi olaraq Rəcəb Tayyip Ərdoğan və Türkiyə hərbi rəhbərliyi ilə görüşlər keçirir. İki ölkə arasında hərbi sənaye sahəsində əməkdaşlıq – təlim təyyarələrinin tədarükü, donanma üçün korvetlərin inşası və müdafiə texnologiyalarının inkişafı – sürətlə genişlənir.

Feldmarşal Asim Munir yalnız Pakistan ordusunun rəhbəri kimi deyil, həm də ölkənin ən təsirli siyasi və strateji fiqurlarından biri kimi çıxış edir. Onun həm hərbi, həm də diplomatik sahədəki fəaliyyəti Pakistanın beynəlxalq mövqeyini gücləndirir. İran–ABŞ arasında körpü rolunu oynaması və Azərbaycan–Türkiyə ilə formalaşan üçtərəfli əməkdaşlıq isə onun regional siyasətdəki çəkisini daha da artırır.  


Region sürətlə dəyişir və görünən odur ki, bu dəyişikliklərin mərkəzində dayanan əsas fiqurlardan biri məhz Asim Munirdir.

Jalə Rövşən

XƏBƏR LENTİ
15 IYUN 2026
"Sədərək"də qorxulu anlar: Partlayış baş verdi - VİDEO 10:47 Külək əsir, yağış yağır - FAKTİKİ HAVA 10:40 İran nümayəndələri ABŞ ilə saziş üçün Cenevrəyə gedir 10:30 Kiyev alovlara büründü: Tarixi Lavra vuruldu - VİDEO 09:59 Türkiyə səfirliyi Azərbaycanı Milli Qurtuluş Günü münasibətilə təbrik etdi 09:43 Şuşa Bəyannaməsinin imzalanmasından 5 il ötür 09:37 İlham Əliyev: "Azərbaycan etibarlı əməkdaşlıq məkanına çevrilməsi istiqamətində çalışır" 09:30 ABŞ və İran sülh bağladı: Şərtlər nələrdir? - VİDEO 09:05 Bu məişət texnikası "Wi-Fi"nizi "öldürə" bilər: Dərhal uzaqlaşdırın 22:55 Telefonun batareya ömrünü necə artıraq? 22:49 "OpenAI" şirkətinə qarşı təhqiqat başladıldı 22:52 Həşəratlara qənim kəsilən bitkilər - həyətinizə mütləq əkin 22:47 Duzun saxta olduğunu öyrənməyin asan yolu 22:42 Gilas hansı xəstəliklərdən qoruyur? 22:30 Atlantik okeanında təhlükəli anomaliya: Alimlər qlobal fəlakət xəbərdarlığı etdilər 22:27 Alimlər itmiş xəzinəni diriltdilər: Qədim qızılı parça yenidən hazırlandı 22:26 İlham Əliyev Donald Trampı yubileyi münasibətilə təbrik etdi 00:09 Azərbaycanda Milli Qurtuluş Günüdür 00:07 Köçəryan hava limanında qaçmağa çalışarkən belə saxlanıldı - VİDEO 23:57 Braziliyada helikopter qəzası: Tanınmış müğənni və 5 nəfər həlak oldu 22:34 Egey dənizinin qərbində güclü zəlzələ oldu 23:42 Mehriban Əliyeva Milli Qurtuluş Günü ilə bağlı paylaşım etdi 23:18 Məhəmməd Muradlı beynəlxalq şahmat turnirində birinci oldu 21:35 Prezidentdən Milli Qurtuluş Günü ilə bağlı paylaşım 23:14 DÇ-2026: Almaniya Kurasaonu böyük hesabla məğlub edib 23:03 Bütün Xəbərlər