Sərhəddə yeni dinamika: Simonyanın demarkasiya açıqlaması nə vəd edir?

Sərhəddə yeni dinamika: Simonyanın demarkasiya açıqlaması nə vəd edir?
10.12.2025 18:15 Təhlil

Ermənistan parlamentinin sədri Alen Simonyan bildirib ki, yaxın vaxtlarda Ermənistan–Azərbaycan dövlət sərhədinin daha bir hissəsində demarkasiya prosesi aparılacaq. O, söhbətin sərhədin hansı hissəsindən getdiyini açıqlamayıb.  Bəs bu açıqlama sərhəddə real irəliləyişdən xəbər verir?


Sözügedən məsələ ilə bağlı TodayPress TV-yə danışan politoloq Elşad Mirbəşiroğlu bildirib ki, sərhədlərin dəqiqləşdirilməsi sülhün əsas şərtidir: 


"Sözsüz ki, Azərbaycan ilə Ermənistan arasında sərhədlərin delimitasiyası və demarkasiyası məsələsi öz aktuallığını saxlayır. Vətən müharibəsində torpaqlarımız işğaldan azad edildikdən sonra məhz dayanıqlı sülhün əsas şərtlərindən biri kimi sərhədlərin dəqiqləşdirilməsi məsələsi irəli sürülüb".

Ekspert qeyd edib ki, proses vaxt tələb etsə də, tərəflər mütəmadi danışıqlar aparır: 

"Doğrudur, delimitasiya və demarkasiya prosesinin tam başa çatdırılması vaxt tələb edir. Bu proses həm də dəqiqləşdirmə və qarşılıqlı razılaşmalarla müşayiət olunur. Məhz buna görə də müəyyən zaman tələb olunur. Lakin məlumdur ki, tərəflər arasında bu məsələ ilə bağlı sistemli şəkildə görüşlər keçirilir, müzakirələr aparılır və dəqiqləşdirmələr edilir".

Analitik vurğulayıb ki, demarkasiya üzrə ilk addımlar yeni ilin əvvəlində atıla bilər:


"Ermənistan parlamentinin sədri Alen Simonyan yaxın ərazilərdə demarkasiya prosesinin yenidən davam etdirilə biləcəyini bildirib. Ona bu barədə dəqiq sual ünvanlansa da, yalnız ümumi məlumatlara malik olduğunu deyib. Bununla belə, o qeyd edib ki, yeni ilin birinci rübündə bu istiqamətdə artıq praktiki addımlar atıla bilər".

Onun sözlərinə görə, hazırda demarkasiyanın konkret olaraq hansı istiqamətdə aparılacağı dəqiq bilinmir. Çünki vaxtilə mövcud olan inzibati sərhədlər beynəlxalq sərhədlərlə tam üst-üstə düşməyə bilər. Məhz bu səbəbdən prosesin hüquqi və texniki baxımdan dəqiqləşdirilməsi xüsusi əhəmiyyət daşıyır.

Politoloq, vurğulayıb ki, məlum olduğu kimi, 1991-ci ildə həm Azərbaycan, həm də Ermənistan tərəfindən qəbul edilmiş Almatı Bəyannaməsi sərhədlərin müəyyənləşdirilməsi üçün əsas hüquqi baza kimi qəbul olunur və məhz bu sənəd çərçivəsində proses həyata keçirilə bilər.

Şərhçi anklavların təhlükəsizlik baxımından həssas mövzu olduğunu diqqətə çatdırıb:


"Bu proses çərçivəsində Azərbaycanın anklavları məsələsi də gündəmə gələ bilər. Paşinyan da vaxtilə bu məsələnin aktual olduğunu bildirib və bunun təhlükəsizlik baxımından risklər yaratdığını vurğulayıb. Görünür, bu istiqamət Ermənistan üçün də, Azərbaycan üçün də həssas mövzu olaraq qalır".

E.Mirbəşiroğlu sonda əlavə edib ki, detallar qeyri-müəyyən olsa da, demarkasiyanın davamı sülh üçün vacib və müsbət addımdır: 

"Bununla belə, Alen Simonyanın verdiyi açıqlamalardan konkret detallar çıxarmaq hələlik çətindir. Amma ümumi mənzərədə sərhədlərin demarkasiyasının davam etdirilməsinin vacib proses olduğu aydın görünür. Bu, regionda sülhün və təhlükəsizliyin təmin olunmasının əsas mexanizmlərindən biridir və tərəflər arasında dayanıqlı sülhün bərqərar olması üçün həlledici əhəmiyyət daşıyır. Bu baxımdan demarkasiya prosesinin yenidən gündəmə gəlməsi və bununla bağlı anons verilməsi müsbət və vacib addım kimi qiymətləndirilə bilər".  

Jalə Rövşən

TodayPress TV

XƏBƏR LENTİ
30 IYUL 2026
Prezident İlham Əliyev Qırğızıstanda səfərdədir 16:36 “Real”ın gənc müdafiəçisi uzun müddət oynaya bilməyəcək 16:31 Bu ərazilərdə işıq olmayacaq 16:29 Türkiyə millisinin ulduzu “Fənərbağça”nın radarında 16:11 Bəzi yerlərdə küləkli hava müşahidə edilir - FAKTİKİ HAVA 16:03 Ev telefonları artıq işləməyəcək - Xidmət dayandırıldı 15:55 İraqlı nazir Ərdoğanla görüşdə imza böhranı yaratmışdı - Arxasından İran kəşfiyyatı çıxdı 15:54 İtaliya ABŞ rekordunun qarşısını ala bilmədi 15:41 Rusiyada parçalanma başladı: İqtidar içindən sökülür 15:35 “Uilyams” Sayns insidenti ilə bağlı diqqətçəkən açıqlama verdi 15:30 Ukraynada azərbaycanlıların olduğu gəmiyə DRON HÜCUMU EDİLDİ 15:24 Böyük əfv gündəmdə: Rəşad Dağlının adı siyahıdadır 15:20 “Real”ın ulduzu klubdan rekord bonus istəyir 15:17 “Arsenal” Kenan Yıldız üçün İtaliyaya nümayəndə göndərdi 15:13 İlham Əliyev Qırğızıstana səfər edəcək 15:11 SEPAH: 3 ədəd F-35 qırıcısı vurduq - İDDİA 15:00 Çinin İrana 400 raket verəcəyi xəbəri ölkəni silkələdi 15:00 Azərbaycanın Pakistandakı səfiri diplomatik missiyasını başa çatdırır 14:56 Mundialda növbəti uğursuz gün: Qadın güləşçilərimiz uduzdu 14:40 Avqusta hazır olun! - Güclü istilər gəlir 14:28 Rusiya Polşanı vurdu, NATO biabır oldu 14:20 SEPAH: Təcavüzkarı bu gün cəzalandıracağıq 14:06 İyulun son gününün havası açıqlandı 13:57 Kəmaləddin Heydərov xanımı ilə festivalda... - FOTO 13:55 Uşaq idmançıları daşıyan avtobusun qəzası ilə bağlı araşdırma başladı 13:51 Bütün Xəbərlər