“Rusiya Azərbaycandan asılıdır” – Politoloq elə danışdı ki...

“Rusiya Azərbaycandan asılıdır” – Politoloq elə danışdı ki...
28.08.2025 18:05 Təhlil

"Kremlin ətrafında formalaşan bəzi dairələrin söylədikləri əhəmiyyət daşımır. Mövcud geosiyasi reallıqda Rusiya Azərbaycandan asılıdır". 

Politoloq Yusif Bağırzadə bunu TodayPress TV-yə danışarkən bildirib.

Onun sözlərinə görə, Prezident İlham Əliyevin yerli və beynəlxalq media orqanlarına verdiyi hər bir müsahibə və açıqlama dünya ictimaiyyətində müsbət mənada geniş rezonans doğurur. Çünki cənab Prezident hər zaman beynəlxalq hüquqa əsaslanan, tarixi faktlara söykənən fikirlər səsləndirir. Bu dəfə də “Əl-Ərəbiyyə” telekanalına verdiyi geniş müsahibədə Azərbaycanın dövlət müstəqilliyi ilə bağlı baş verən tarixi hadisələri ardıcıl şəkildə diqqətə çatdırıb.

“1918-1920-ci illərdə baş verən hadisələr, bolşeviklərin Azərbaycanı işğal etməsi, eləcə də 1921-ci ildə Zəngəzur dəhlizinin qeyri-qanuni şəkildə Ermənistana verilməsi sənədlərlə sübuta yetirilmiş tarixi faktlardır. Həmin dövrdə Azərbaycanın ərazi bütövlüyünə qarşı açıq şəkildə pozuntular olub. Belovej razılaşmasının imzalandığı 1990-cı illərin əvvəllərində isə artıq SSRİ-nin qeyri-legitim qurum olduğu bir daha təsdiqləndi. Azərbaycan bu müstəqilliyi xalqının qanı və şəhidlərin fədakarlığı ilə əldə edib.  

Prezident İlham Əliyevin isə bu tarixi faktları səsləndirməsi həm də Rusiyaya bir mesajdır. İstər Çar Rusiyası dövründə, istərsə də Sovet İttifaqı zamanında Azərbaycan torpaqları qeyri-qanuni formada ya Rusiyaya, ya da Ermənistana verilib. Azərbaycanın iki yerə bölünməsinin əsas səbəbkarı da məhz Kremldir. Bunu inkar etmək mümkün deyil”.

Analitik vurğulayıb ki, Zəngəzur dəhlizinin 1921-ci ildə Ermənistana verilməsi də sənədlərlə sübuta yetirilmiş tarixi faktdır. Rusiya-Azərbaycan münasibətləri isə gün keçdikcə gərginləşir. Xüsusilə də Azərbaycanın təyyarəsinin vurulması və mülki vətəndaşlara ziyan dəyməsi faktlarına görə, Rusiya əvvəllər bizim ödədiyimiz kimi təzminat ödəməlidir.

"2023-cü ilin dekabrında rəsmi Tehranla Moskva arasında imzalanan böyük iqtisadi strateji müttəfiqlik sazişindən sonra Rusiya qazının İrana çatdırılması Azərbaycan vasitəsilə həyata keçirilib. Həmçinin, Şimal-Cənub nəqliyyat dəhlizində Azərbaycan həlledici rol oynayır. Buna görə də Rusiyanın Azərbaycandan üzr istəməsi zəruridir. Bu həm hüquqi, həm də siyasi reallıqdır", - deyə Y.Bağırzadə fikrini yekunlaşdırıb.

Qeyd edək ki, Prezident İlham Əliyevin “Əl-Ərəbiyyə” telekanalına müsahibəsində səsləndirdiyi “1920-ci ilin aprelində rus ordusu Azərbaycana daxil olub onu işğal etdi” fikri Rusiya ictimai-siyasi mühitində geniş müzakirələrə səbəb olub. 

Hələ ötən ay ölkə başçısının III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşündə ukraynalı jurnalist Dmitri Qordonun sualına cavab olaraq “işğalla heç zaman barışmayın” deməsi də Rusiya mediasında geniş yayılmış, bir sıra dairələr tərəfindən etirazla qarşılanmışdı. 

Azərbaycan Prezidentinin ardıcıl və açıq mesajları Rusiyanın siyasi və media elitasını ciddi silkələməyə davam edir.

Aysel Mətləb

FOTOLAR

“Rusiya Azərbaycandan asılıdır” – Politoloq elə danışdı ki... — 1
XƏBƏR LENTİ
16 IYUN 2026
"İkinci mərhələ daha çətin olacaq" - Çin XİN rəhbəri xəbərdarlıq etdi 18:46 "Qarabağ"ın UEFA Avropa Liqasındakı rəqibi bəlli oldu 19:11 Ceyhun Bayramov Türk İnvestisiya Fondunun prezidenti ilə görüşdü 18:58 “Qafqaz Qartalı - 2026” təliminin açılış mərasimi keçirildi 18:40 Böyük Britaniya və Aİ arasında ikinci sammit - Tarix açıqlandı 18:36 "Sabah"ın Çempionlar Liqasındakı rəqibi bəlli oldu 18:17 Tarixi imzanın yeri məlum oldu - İsveçrədən rəsmi açıqlama 18:11 Azərbaycan QHT-ləri ABŞ Nümayəndələr Palatasına məktub ünvanladı 17:58 Zelenski Putinin təklifini rədd etdi - görüş ancaq bu şərtlərlə olacaq 17:57 ACR: Modulyarlığın zirvəsi və qəbul olunmayan gələcək 17:47 Paşinyan: "Bütün diqqətimiz Azərbaycandadır" 17:41 Milli Məclisin növbəti iclasının gündəliyinə 14 məsələ daxil edildi 17:33 DİM: Xaricdə təhsil almış 16 nəfərin peşəsi tanınıb 17:15 Bəzi rayonlara dolu düşəcək, külək güclənəcək - XƏBƏRDARLIQ 17:07 Bakıda bu qurumların iş saatı DƏYİŞDİRİLİR: Payızdan yeni iş rejimi 16:55 İki körpəsini öldürən ana: “Ərim qız uşağı istəmirdi” 16:45 Əli Əsədov Özbəkistan Prezidenti ilə görüşdü 16:37 Sürücünü radarlar arasında da izləyən qurğu Azərbaycana gətirilir - İDDİA 16:25 Prezident Niderlandın Baş naziri ilə telefon danışığı apardı 16:13 Fransa Seneqalla, Argentina Əlcəzairlə qarşılaşacaq 16:07 Pensiyalar rayonlarda bu tarixdə ödəniləcək 15:52 Rusiya imperiyasının çöküşü başlandı: Ermənistan belə hörmətsizlik etdi 15:51 AZAL bu istiqamətdə ilk uçuşunu həyata keçirdi 15:39 Aylar sonra ilk dəfə - Zelenski və Tramp görüşdü 15:35 Medina “Qarabağ”dan getdi 15:30 Bütün Xəbərlər