Politoloq: “Körfəz ölkələri Azərbaycanın strateji iqtisadi tərəfdaşlarıdır”

Politoloq: “Körfəz ölkələri Azərbaycanın strateji iqtisadi tərəfdaşlarıdır”
28.08.2025 18:22 Təhlil

“Körfəz ölkələri əsasən yatırım və investisiya yönümlü siyasət yürüdür və Azərbaycanı qiymətli bazar olaraq qiymətləndirirlər. Bu ölkələrlə mövcud birgə investisiya mexanizmləri Azərbaycanın iqtisadi maraqları ilə üst-üstə düşür. Əməkdaşlıq təkcə ticarət sahəsi ilə məhdudlaşmır, digər iqtisadi sektorlar üzrə də geniş inkişaf potensialı mövcuddur”. 

Politoloq Kazım Kazımov bunu TodayPress TV-yə açıqlamasında bildirib.

Onun sözlərinə görə, Körfəz ölkələrinin qlobal bazarda tutduğu mövqe, xüsusilə də neft qiymətləri fonunda formalaşan iqtisadi imkanları, bu ölkələrin Azərbaycan üçün strateji investor statusunu daha da möhkəmləndirir.

Analitik diqqətə çatdırıb ki, Azərbaycan Prezidenti İlham Əliyevin “Əl-Ərəbiyyə” telekanalına verdiyi son müsahibə həm ölkəmizin regional siyasətə baxışını, həm də Ermənistanla münasibətlərin mahiyyətini bir daha ortaya qoyub. Dövlət başçısı bu çıxışında Körfəz ölkələri ilə münasibətlərin xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. Bir daha xatırladılıb ki, Azərbaycan-Körfəz əlaqələrinin əsası müstəqilliyimizin ilk illərində qoyulub:

“1990-cı illərdə Azərbaycan böyük siyasi və iqtisadi çətinliklərlə üzləşdiyi dövrdə Körfəz ölkələri bizə həm maliyyə, həm də diplomatik dəstək göstərmişdilər. Bu baxımdan Səudiyyə Ərəbistanının rolu xüsusilə diqqətəlayiqdir”. 

Ekspert bildirib ki, hazırda Qətər, Səudiyyə Ərəbistanı, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri və digər Körfəz ölkələri ilə Azərbaycan arasında yüksək səviyyəli əməkdaşlıq münasibətləri mövcuddur. K.Kazımov bunu Azərbaycanın çoxşaxəli və balanslaşdırılmış xarici siyasət kursunun nəticəsi kimi dəyərləndirib:

“Körfəz ölkələri təkcə iqtisadi deyil, siyasi baxımdan da İslam dünyasında mühüm təsirə malikdirlər. Azərbaycan da İslam dünyasının önəmli üzvü olaraq bu əlaqələrdən həm diplomatik, həm də iqtisadi baxımdan ciddi fayda əldə edir. Bu əməkdaşlıq hər iki tərəf üçün strateji əhəmiyyət daşıyır”. 

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev “Əl-Ərəbiyyə” telekanalına müsahibəsində Körfəz ölkələri ilə əməkdaşlığın xarici siyasətimizin başlıca prioritetlərindən biri olduğunu bildirib.

Aysel Mətləb

FOTOLAR

Politoloq: “Körfəz ölkələri Azərbaycanın strateji iqtisadi tərəfdaşlarıdır” — 1
XƏBƏR LENTİ
31 IYUL 2026
Nepal millisi nüfuzlu turnirdən kənarda qala bilər 09:58 Prezident Sadır Japarovu Azərbaycana dövlət səfərinə dəvət etdi 09:58 Azərbaycan və Qırğızıstan arasında sənədlərin mübadiləsi olub - YENİLƏNDİ 09:12 Azərbaycan və Qırğızıstan yeni iş yerləri açacaq 09:49 Azərbaycan Prezidenti yeni hədəflər göstərdi 09:45 NBA-da qalmaqal: Yeni müqavilədən sonra məhkəməyə müraciət etdi 09:30 Azərbaycanın gənc pəhləvanları dünya çempionatında növbəti sınağa çıxır 09:40 Azərbaycan və Qırğızıstan prezidentləri mətbuata bəyanatlarla çıxış edirlər 09:39 İran ABŞ-nin Küveytdəki hərbi bazasını vurdu -VİDEO 09:35 Lamin Yamalın ekstravaqant görünüşünün sirri açıqlandı 09:27 Futbolda yeni qarşıdurma: UEFA-nın dünya çempionatı planı üzə çıxdı 09:24 Qırğızıstan Prezidenti Heydər Əliyev ordeni ilə təltif edilib 09:17 Sadır Japarov İlham Əliyevi Qırğızıstanın ali dövlət mükafatı – "Manas" ordeni ilə təltif edib 09:16 “Brent” neftinin qiyməti açıqlandı 09:10 Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında Müqavilə imzalanıb 09:05 Çolpon-Ata və Şuşa şəhərləri qardaşlaşıb 09:02 Qırğızıstan Prezidenti: Qırğızıstan və Azərbaycan bir-birinin simasında etibarlı dost qazanıblar 09:00 Danlanan basketbolçu NBA Yay Liqasının MVP-si oldu və “Qolden Steyt”ə keçdi 08:56 Rusiyaya PUA hücumu: Neft zavodları və iri logistika mərkəzləri vuruldu -VİDEO 08:52 İraoladan İsak mesajı: “Mövsümün əsas simalarından biri olacaq” 08:45 Dünya futbolunda gərginlik: FIFA-dan mühüm bəyanat 08:42 Azərbaycan Prezidenti: Qırğızıstan–Azərbaycan İnkişaf Fondunun uğurla fəaliyyət göstərməsi məni sevindirir 08:28 Prezident İlham Əliyev: "Manas" adını daşıyan məktəb qardaşlığımızın növbəti rəmzidir 08:27 Azərbaycan Prezidenti: Qırğızıstanın uğurlarına dostlarınız və qardaşlarınız olaraq hər zaman sevinirik 08:24 Çolpon-Ata şəhərində prezidentlərin iştirakı ilə Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının 3-cü iclası keçirilir 08:23 Bütün Xəbərlər