Moskva-Bakı-İrəvan: Azərbaycan icazə verdi

Moskva-Bakı-İrəvan: Azərbaycan icazə verdi
27.10.2025 14:09 Təhlil

Azərbaycan Rusiyadan Ermənistana malların tranzitinə öz dəmir yolları vasitəsilə icazə verməyə razılıq verib. 

Bu barədə Rusiya Baş nazirinin müavini Aleksey Overçuk Kuala-Lumpurda ASEAN tədbiri zamanı bildirib. 

Onun sözlərinə görə, artıq “Rusiya Dəmir Yolları” regional tərəfdaşlarla təşkilati məsələləri müzakirə edir və yeni logistika marşrutu hazırlanır.

“Rusiyanın Ermənistanla sərhədi olmadığına görə bir çox yüklər Gürcüstan vasitəsilə daşınır”

Mövzu ilə bağlı TodayPress TV -yə danışan siyasi şərhçi Vüqar Əhmədov bildirib ki, regionda yeni əməkdaşlıq imkanları formalaşır: 

"Təbii ki, bu prosesdə, yəni Cənubi Qafqazda qarşılıqlı etimad və əməkdaşlığın formalaşmasında əsas addım atan ölkə olan Azərbaycan, regional tranzit, nəqliyyat və iqtisadi tərəfdaşlıqla bağlı bölgədə maraqları kəsişən bütün ölkələrlə sağlam əlaqələrə söykənən münasibətlər formalaşdırır. Ötən həftə Qazaxıstandan taxılın Azərbaycan vasitəsilə Ermənistana aparılması üçün tranzit rüsumlarının aradan qaldırılması və Azərbaycanın Rusiyadan gələn malların Ermənistana tranzitinə razılıq verməsi regionda yeni iqtisadi kommunikasiyaların açılması baxımından çox mühüm addım sayıla bilər. Məlumdur ki, Rusiyanın Ermənistanla sərhədi olmadığına görə bir çox yüklər Gürcüstan vasitəsilə daşınır, bu isə qış aylarında yollarda ciddi problemlərə yol açır. Bu razılaşmadan sonra Azərbaycan vasitəsilə Ermənistana dəmir yolu daşımaları hər iki tərəf üçün ticarət əlaqələrinin daha da asanlaşmasına gətirib çıxaracaqdır".

“Azərbaycan regional nəqliyyat qovşaqlarının ən əlverişli mövqelərindən birində yerləşir”

Analitik qeyd edib ki, bu proses Azərbaycanı regionun əsas nəqliyyat qovşağına çevirərək onun geoiqtisadi rolunu daha da gücləndirir: 

"Zəngəzur dəhlizinin istifadəyə verilməsindən sonra Rusiya da fəal şəkildə tranzit olaraq bu yolun imkanlarından istifadə edə biləcək və yüklərini həm Ermənistana, həm İrana, həm də Türkiyəyə nəql edəcəkdir. Azərbaycan regional nəqliyyat qovşaqlarının ən əlverişli mövqelərindən birində yerləşir və təbii ki, regional ticarət-iqtisadi əlaqələrin inkişafına töhfə verir. Burada Şərq-Qərb nəqliyyat dəhlizi ilə yanaşı, Şimal-Cənub nəqliyyat və tranzit imkanları da nəzərdən keçirilir".

“Bundan bütün region ölkələri fayda götürəcək”

Ekspertin sözlərinə görə bu  regionda sabitlik və əməkdaşlığı möhkəmləndirəcək:

"Azərbaycan üçün ən vacib məsələ bütün regional nəqliyyat bağlantılarının açılması və işlək olmasıdır. Şübhəsiz ki, bundan bütün region ölkələri fayda götürəcək və mümkün olan maneələr və blokadalar aradan qaldırılacaq. Bu cür konstruktiv addımların atılması və bölgə ölkələri arasında iqtisadi-ticarət əlaqələrinin inkişafına verilən töhfə yeni yolların və dəhlizlərin açılmasına, qarşılıqlı etimad və sülh quruculuğuna da öz müsbət təsirini göstərir".

“Cənubi Qafqaz bir sülh, əməkdaşlıq və regional qovşaq rolunu oynayır”

O, həmçinin əlavə edib ki, Azərbaycan mühüm strateji qovşaq rolunu gücləndirir: 

"Bu gün Azərbaycan həm Şərqdən Qərbə, həm də Şimal-Cənub nəqliyyat bağlantılarının qurulmasında aparıcı ölkəyə çevrilməkdədir və ölkəmizin geostrateji mövqeyi buna imkan verir. Şimal qonşumuzun Cənubi Qafqaza təsir imkanlarına gəldikdə isə düşünürəm ki, artıq Rusiyanın bölgədə mövcudluğu nəyisə qəbul etdirməkdən daha çox sağlam əməkdaşlıq ruhuna uyğun şəkildə formalaşır. Şimal qonşumuz da anlayır ki, Cənubi Qafqaz bir sülh, əməkdaşlıq və regional qovşaq rolunu oynayır və Rusiyanın da bu prosesdə fəal rol almaq niyyətində olduğu görünür".

Jalə Rövşən 

FOTOLAR

Moskva-Bakı-İrəvan: Azərbaycan icazə verdi — 1
XƏBƏR LENTİ
01 AVQUST 2026
Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Prezidentin Qırğızıstana səfəri başa çatdı 19:37 Bəraət istəyən separatçılar cavab gözləyir - Məhkəmə qərarını hazırlayır 19:34 Paşinyan hökuməti “dağılır” - Bakı ilə sülh prosesini aparan komanda dəyişəcək? 19:19 Sərxoş sükan arxasına keçdi, narkotik istifadə etdi - Amma deportasiya olunmadı, çünki… 19:08 Sahibə Qafarovadan Cənubi Afrikaya niyə getdi? - Vacib səfər 19:02 Bütün Xəbərlər