ABŞ-nin "qırmızı xətti": İranın “nüvə oyunu” gərginləşir…

ABŞ-nin "qırmızı xətti": İranın “nüvə oyunu” gərginləşir…
02.07.2025 16:23 Təhlil

İranın nüvə potensialının artması ABŞ və müttəfiqləri üçün “qırmızı xətt” sayılır”.

Politoloq Tural İsmayılov bunu TodayPress TV-yə açıqlamasında deyib.

O qeyd edib ki, İran-ABŞ münasibətlərinin gərginləşməsi son illərdə, xüsusilə İranın nüvə proqramı ətrafında ciddiləşərək regional və qlobal təhlükəsizlik üçün ciddi risklər yaradır:

“1979-cu il İslam İnqilabından sonra iki ölkə arasında etimadın olmaması və qarşılıqlı düşmənçilik siyasəti münasibətləri daim gərgin saxlayıb. İranın uranı 60%-ə qədər zənginləşdirməsi və qabaqcıl sentrifuqalar istifadə etməsi nüvə silahı potensialını artırır ki, bu da ABŞ və müttəfiqləri üçün “qırmızı xətt” sayılır. ABŞ-nin 2018-ci ildə nüvə sazişindən çıxması və sanksiyaların sərtləşdirilməsi İranın iqtisadiyyatını zəiflətsə də, Tehranın nüvə ambisiyalarını gücləndirib. İsrailin 2025-ci ilin iyununda İrana zərbələri və ABŞ-nin bu hücumlarda iştirakı gərginliyi pik həddə çatdırıb”. 

Ekspert hesab edir ki, İranın nüvə silahı əldə etməsi qısamüddətli perspektivdə çətin görünür:

“Zənginləşdirilmiş urandan döyüş başlığına keçid 18-24 ay tələb edir. Əgər İran nüvə silahı əldə etsə, bu, hücum edənlər üçün çəkindirici amil ola bilər, lakin eyni zamanda regionda silahlanma yarışını sürətləndirər. ABŞ-nin hərbi müdaxilə siyasəti İranın daxili rejimini zəiflətməyə yönəlsə də, Tehran tam təslim olmaqdan imtina edir və “ön müdafiə” strategiyasını davam etdirir. İranın nüvə silahına sahib olması ABŞ və İsrail üçün strateji təhlükə yaratsa da, Tehran üçün bu, rejimin sağ qalmasını təmin edən “toxunulmazlıq” qarantiyası kimi görünür. Lakin nüvə silahının istifadəsi İran üçün fəlakətli nəticələrə, o cümlədən qlobal təcridə və hərbi cavaba səbəb ola bilər. ABŞ-nin daxilində hərbi müdaxiləyə qarşı müxalifət, xüsusilə “Öncə Amerika” tərəfdarlarının təzyiqləri Trampın hərbi eskalasiyadan çəkinməsinə səbəb ola bilər. Diplomatik danışıqların bərpa olunması hazırda çətin görünür. İran-ABŞ qarşıdurması yeni müharibəyə çevrilə, lakin bu, daha çox lokal zərbələr və proksi müharibələri şəklində ola bilər. Nəticədə, İranın nüvə silahı əldə etməsi çəkindirici amil olsa da, regionda və dünyada daha geniş eskalasiya riskini artırır”.

Qeyd edək ki, “Böyük yeddilik” kimi tanınan dünyanın 7 sənayeləşmiş ölkəsinin xarici işlər nazirləri ötən gün verdikləri birgə bəyanatda İsrail və İran arasında atəşkəsi dəstəklədiklərini bildiriblər. Eyni zamanda İranın nüvə proqramı ilə bağlı razılığa gəlmək üçün danışıqların bərpa olunmasını istəyiblər. ABŞ lideri Donald Tramp isə davamlı olaraq İranın nüvə silahı əldə etmək hüququna malik olmadığını israr edir və İran daxilində uranın zənginləşdirməsini tamamilə dayandırmağa çağırır. 

Qiymət Mahir

FOTOLAR

ABŞ-nin "qırmızı xətti": İranın “nüvə oyunu” gərginləşir… — 1
XƏBƏR LENTİ
15 IYUN 2026
Yəmən sahillərində tankerə atəş açıldı 21:56 İrana pul verilməyib, İsrail Livanda qalacaq! - ABŞ rəsmisi AÇIQLADI 21:44 ABŞ hərbçiləri Ermənistana gəlir - "Eagle Partner" təlimləri keçiriləcək 21:28 ABŞ-nin bir cümləsi bütün hesabları qarışdırdı: İran niyə fərqli danışır? - YENİLƏNİB 21:26 Azərbaycan Ordusunda Milli Qurtuluş Günü qeyd olundu 21:14 Azərbaycanın namizədi BMT-nin İnsan Hüquqları Komitəsinin üzvlüyünə seçildi 21:10 Tehran ABŞ ilə sazişə hazırlaşır: İmzadan sonra nə baş verəcək? 20:57 "Həm Putin, həm də Zelenski Ukraynada sülhə açıqdır" - Tramp 20:39 Vens anlaşma imzalandığını təsdiqlədi 20:22 DÇ-2026: İspaniya-Kabo Verde oyunu başladı 20:09 ABŞ və İran anlaşma memorandumunu imzaladı? - Detallar açıqlanacaq.. 20:00 İslamabad razılaşmasının detalları açıqlandı 19:43 ABŞ qalib gəlmədi, İran məğlub olmadı: Əsl qalib kimdir? 19:39 Aİ Rusiyanın sanksiyalarına qarşı Ermənistana dəstək planı hazırlayır 19:10 Ukrayna dronlarına ağır zərbə riski: Rusiya ordusu "Starlink"ə qarşı yeni üsul öyrəndi 19:04 Oman ABŞ-İran tarixi sülh razılaşmasını rəsmən alqışladı 18:46 İsrailin sabiq baş naziri: "Netanyahu müharibəni uduzdu" 18:39 Pezeşkian elan etdi: ABŞ və İran arasında müharibə bu tarixdə bitir 18:33 "Sanksiyalar ləğv edilməyəcək!" - Fon der Lyayen İrana şərt qoydu 18:19 Azərbaycan boksçuları Dünya Kubokuna qələbə ilə başladı 18:09 Surət Hüseynov Gəncədən hücum edərkən Bakıya qədər heç bir rayonun icra başçısı qabağına çıxa bilmədi - Qurtuluş gününün şifrələri 17:53 Axtarışda olan 83 nəfər tutuldu 17:44 Yollarda görünüş bu məsafəyədək məhdudlaşacaq 17:30 Ərdoğan Azərbaycanı Milli Qurtuluş Günü münasibətilə təbrik etdi 17:16 İtkin düşən 8 nəfər tapıldı 17:11 Bütün Xəbərlər