Trampın ittihamlarına KƏSKİN RƏY: "Məsuliyyət onun üzərindədir"

Trampın ittihamlarına KƏSKİN RƏY: "Məsuliyyət onun üzərindədir"
27.11.2025 17:42 Təhlil

ABŞ Prezidenti Donald Tramp Vaşinqtonda, Ağ Evin yaxınlığında Milli Qvardiyanın iki hərbi qulluqçusunun güllə xəsarəti aldığı atışma xəbərindən  sonra bildirib ki, şübhəli Cozef Baydenin dövründə ölkəyə daxil olub və ABŞ-yə gələn bütün Əfqanıstan vətəndaşlarının yenidən yoxlanılmasına çağırıb. O, miqrasiya siyasətini sərtləşdirməyin vacibliyini vurğulayıb və Baydeni “ABŞ tarixinin ən pis prezidenti” adlandırıb. Tramp hücumu qanunsuz miqrant axınının yaratdığı təhlükənin növbəti göstəricisi kimi qiymətləndirib. 


Maraqlıdır, sözügedən atışma Trampın miqrasiya siyasi xəttini  legitimləşdirmək üçün əsas kimi istifadə oluna bilərmi? ABŞ-nin bu addımı Qərbdə anti-immiqrant tendensiyalarının güclənməsi fonunda daha böyük siyasi dalğa yarada bilərmi?

Məsələ ilə bağlı TodayPress TV-yə danışan politoloq Elçin Xalidbəyli bildirib ki, burda müəyyən  ziddiyyətlər var: 


"Donald Trampın Cozef Baydeni ABŞ tarixinin uğursuz prezidenti kimi təqdim etməsi müəyyən qədər başadüşüləndir. Lakin maraqlıdır ki, Trampın özü də geniş mənada uğurlu prezident hesab olunmur".

Analitik qeyd edib ki, Trampın dövründə ABŞ-də parçalanma və gərginlik daha da dərinləşdi:

"Onun hakimiyyəti dövründə – həm də qısa müddətli hakimiyyəti ərzində – Amerika cəmiyyətində dərin parçalanma prosesi davam edir. Siyasi elitadakı ziddiyyətlər daha da kəskinləşir, dövlət borcu sürətlə artır, ən əsası isə kütləvi etiraz dalğası genişlənir".

Onun fikrincə, cinayət Trampın dövründə baş verdiyi üçün məsuliyyəti Baydenə aid etmək düzgün deyil:

"Doğrudur, cinayət törədən şəxs Bayden administrasiyası zamanı ölkəyə daxil ola bilər. Amma həmin cinayəti Tramp administrasiyası dövründə törədib. Buna görə Baydeni günahlandırmaq məntiqsizdir, çünki yanvarın 24-dən etibarən ölkədə baş verən bütün proseslərə görə məsuliyyət artıq Tramp administrasiyasının üzərindədir".

Onun sözlərinə görə, bu baxımdan Trampın ittihamları nə etik, nə də realist görünür. Sadəcə olaraq, onun digər ölkələrdən gələnlərə qarşı konservativ mövqeyi miqrantlarla bağlı məsələləri qabartmasına səbəb olur.


"Halbuki baş verən analoji hadisələrin kökündə Amerika cəmiyyətindəki parçalanma, əhalinin həyat səviyyəsinin aşağı düşməsi və siyasi-iqtisadi böhranın dərinləşməsi dayanır".

Elçin Xalidbəylinin qənaətincə, hazırda ABŞ-nin daxili vəziyyəti o qədər də əlverişli deyil və buna görə də Tramp administrasiyası bütün baş verənlərə görə tam məsuliyyət daşıyır.

Politoloq hesab edir ki, Trampın sosial-siyasi idarəetməsi bu kimi insidentləri qaçılmaz edir:

"Ölkənin bir çox ştatlarında Tramp administrasiyasının siyasətinə qarşı kütləvi narazılıq mövcuddur. Onun qərarları, xüsusilə də sosial xarakterli addımları cəmiyyətdə ciddi etiraz yaradır və nəticədə ara-sıra belə insidentlərin baş verməsi qaçılmaz olur. Problem nə miqrantların özündə, nə də miqrasiya siyasətindədir. Məsələ Tramp administrasiyasının sosial-siyasi fəaliyyətində, ölkədə həyat səviyyəsinin enməsi fonunda kriminallaşmanın artmasındadır ki, bu da administrasiya üçün ciddi çətinlik yaradır".

Ekspert sonda vurğulayıb ki, bu səbəbdən Prezident Tramp əvvəlki administrasiyanı ittiham etmək əvəzinə, ABŞ-nin  mövcud problemlərinin həlli yolları barədə düşünməlidir.

Jalə Rövşən

TodayPress TV

XƏBƏR LENTİ
15 IYUN 2026
"Sədərək"də qorxulu anlar: Partlayış baş verdi - VİDEO 10:47 Külək əsir, yağış yağır - FAKTİKİ HAVA 10:40 İran nümayəndələri ABŞ ilə saziş üçün Cenevrəyə gedir 10:30 Kiyev alovlara büründü: Tarixi Lavra vuruldu - VİDEO 09:59 Türkiyə səfirliyi Azərbaycanı Milli Qurtuluş Günü münasibətilə təbrik etdi 09:43 Şuşa Bəyannaməsinin imzalanmasından 5 il ötür 09:37 İlham Əliyev: "Azərbaycan etibarlı əməkdaşlıq məkanına çevrilməsi istiqamətində çalışır" 09:30 ABŞ və İran sülh bağladı: Şərtlər nələrdir? - VİDEO 09:05 Bu məişət texnikası "Wi-Fi"nizi "öldürə" bilər: Dərhal uzaqlaşdırın 22:55 Telefonun batareya ömrünü necə artıraq? 22:49 "OpenAI" şirkətinə qarşı təhqiqat başladıldı 22:52 Həşəratlara qənim kəsilən bitkilər - həyətinizə mütləq əkin 22:47 Duzun saxta olduğunu öyrənməyin asan yolu 22:42 Gilas hansı xəstəliklərdən qoruyur? 22:30 Atlantik okeanında təhlükəli anomaliya: Alimlər qlobal fəlakət xəbərdarlığı etdilər 22:27 Alimlər itmiş xəzinəni diriltdilər: Qədim qızılı parça yenidən hazırlandı 22:26 İlham Əliyev Donald Trampı yubileyi münasibətilə təbrik etdi 00:09 Azərbaycanda Milli Qurtuluş Günüdür 00:07 Köçəryan hava limanında qaçmağa çalışarkən belə saxlanıldı - VİDEO 23:57 Braziliyada helikopter qəzası: Tanınmış müğənni və 5 nəfər həlak oldu 22:34 Egey dənizinin qərbində güclü zəlzələ oldu 23:42 Mehriban Əliyeva Milli Qurtuluş Günü ilə bağlı paylaşım etdi 23:18 Məhəmməd Muradlı beynəlxalq şahmat turnirində birinci oldu 21:35 Prezidentdən Milli Qurtuluş Günü ilə bağlı paylaşım 23:14 DÇ-2026: Almaniya Kurasaonu böyük hesabla məğlub edib 23:03 Bütün Xəbərlər