İtaliya və Çinlə tərəfdaşlıq Azərbaycana nə vəd edir? - ŞƏRH

İtaliya və Çinlə tərəfdaşlıq Azərbaycana nə vəd edir?  -  ŞƏRH
26.06.2025 12:05 Təhlil

“Azərbaycan öz xarici siyasətində böyük güclərin maraqları ilə milli və dövlət maraqlarını tarazlayır. Bu siyasət Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir və beynəlxalq aləmdə yüksək qiymətləndirilir. Avropa, Çin və digər güclərlə qurulan tərəfdaşlıq, Azərbaycanın regional sabitlikdə və beynəlxalq münasibətlərdə mühüm aktor kimi rolunu gücləndirir”.

Politoloq Azad Məsiyev bunu TodayPress TV-yə açıqlamasında deyib. 

Onun sözlərinə görə, Azərbaycan uzun illərdir ki, xarici siyasətində balanslaşdırılmış və çoxvektorlu yanaşma sərgiləyir. Bu siyasətin əsasında həm Qoşulmama Hərəkatına üzvlük, həm də qlobal və regional güclərlə əməkdaşlıq dayanır. 

“Rəsmi Bakı eyni zamanda şimal və cənub, şərq və qərblə münasibətlərində siyasi və iqtisadi maraqlarını uzlaşdırmağa çalışır. Nəticədə regionda sabitlik və çoxtərəfli əməkdaşlıq üçün əlverişli mühit formalaşır və böyük güclər Azərbaycanın geosiyasi çəkisinə maraq göstərirlər”.

Analitik Avropa ilə qurulan güclü əməkdaşlıq məsələlərinə də toxunub. O bildirib ki, Azərbaycan Avropa ilə, xüsusilə enerji təhlükəsizliyi sahəsində mühüm əməkdaşlıq həyata keçirir. Bu kontekstdə İtaliya Azərbaycanın əsas strateji tərəfdaşlarından biridir. 

“Avropa İttifaqında bəzən Azərbaycana qarşı qərəzli mövqelər müşahidə olunsa da, Bakı ikitərəfli əlaqələri gücləndirməklə bu balansı qorumağa çalışır. Fransa kimi bəzi dövlətlərin qərəzli yanaşmalarına qarşı Azərbaycan İtaliya ilə iqtisadi və siyasi münasibətləri dərinləşdirərək Aİ daxilində öz mövqeyini gücləndirir. Bununla yanaşı, Azərbaycanın xarici siyasətində Çinlə strateji tərəfdaşlıq da mühüm yer tutur. Çin, dünya iqtisadiyyatının aparıcı güclərindən biri kimi, Orta Dəhliz layihəsinə xüsusi önəm verir. Rusiya və İran üzərindən keçən Şimal və Cənub marşrutlarında yaranan problemlər fonunda, Orta Dəhliz ən etibarlı və səmərəli alternativ kimi qiymətləndirilir. Çin bu marşrutun təhlükəsizliyinə xüsusi önəm verir və Azərbaycan bu baxımdan əsas ölkələrdən biri sayılır”.

Politoloqun qənaətincə, Azərbaycan Prezidenti İlham Əliyevin Çinə səfəri, Çin sərmayələrinin ölkəyə, xüsusilə işğaldan azad olunmuş Şərqi Zəngəzura yönəlməsi baxımından önəm daşıyır. Eyni zamanda Çin BMT Təhlükəsizlik Şurasının daimi üzvü kimi Azərbaycanın beynəlxalq platformalarda dəstəklənməsi baxımından mühüm strateji müttəfiqdir.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev Mingəçevirdəki “8 Noyabr” Elektrik Stansiyasının açılış mərasimindəki çıxışı zamanı bir sıra mühüm məsələlərə toxunub. Onlardan biri də xarici əməkdaşlıqdır. "Həm İtaliya, həm də Çin Azərbaycanın strateji tərəfdaşlarıdır", - deyə ölkə başçısı bildirib. 

Töhfə Səməd

FOTOLAR

İtaliya və Çinlə tərəfdaşlıq Azərbaycana nə vəd edir?  -  ŞƏRH — 1
XƏBƏR LENTİ
01 AVQUST 2026
Həyat yoldaşını öldürdü, sonra polisə gedib etiraf etdi - TƏFƏRRÜATLAR 00:08 Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Prezidentin Qırğızıstana səfəri başa çatdı 19:37 Bəraət istəyən separatçılar cavab gözləyir - Məhkəmə qərarını hazırlayır 19:34 Bütün Xəbərlər