Müharibə Polşaya da sıçradı — Rusiyanın planı AÇIQLANDI!

Müharibə Polşaya da sıçradı — Rusiyanın planı AÇIQLANDI!
15.09.2025 14:10 Təhlil

Sentyabrın 9-dan 10-na keçən gecə Rusiya Ukraynanın bir sıra şəhərlərinə kütləvi raket və dron hücumu təşkil edib. Kiyev, Sumı, Poltava, Çerkassı, Jitomir və Vinnitsa hədəfə alınarkən bütün ölkə üzrə hava həyəcan siqnalı işə salınıb. Eyni saatlarda Polşa hava məkanında da narahatedici mənzərə yaranıb. Naməlum obyektlər vurulub, Varşava və Rzeşov hava limanları bağlanıb. Bu isə bir daha göstərir ki, artıq müharibə yalnız Ukraynanın taleyi ilə məhdudlaşmır, NATO ərazisini də sınağa çəkir.


Polşanın xarici işlər naziri Radoslav Sikorski açıq şəkildə bəyan edib ki, bu hücum təsadüfi olmayıb, məqsədli şəkildə həyata keçirilib. Onun sözlərinə görə, Polşaya 19 rus dronu göndərildiyi vaxt Ukraynaya 400-dən çox raket və əlavə 40 dron buraxılıb. Ukrayna tərəfi də bu versiyanı dəstəkləyir və hesab edir ki, Moskva NATO-nun müdafiə qabiliyyətini yoxlamağa çalışır. 

ABŞ Prezidenti Donald Tramp isə “dronlar yanlışlıqla Polşaya keçmiş ola bilər” deyə daha yumşaq mövqe sərgiləyib. 


Hadisələrin fonunda Polşa Prezidenti Karol Navrotski NATO qüvvələrinin ölkə ərazisində yerləşdirilməsinə icazə verən qərarı imzalayıb.

Moskva isə məsuliyyəti boynundan ataraq bildirib ki, dronların uçuş məsafəsi 700 km-dən artıq deyil, Polşa ərazisini hədəf alma planı olmayıb. Hətta Rusiya Müdafiə Nazirliyi birgə araşdırma aparmağı da təklif edib, amma Varşava buna cavab verməyib. Bu, əslində, tərəflər arasında etimadsızlığın daha da dərinləşdiyini göstərir.


Slovakiyanın Baş naziri Robert Fitso da məsələ qarşısında səssiz qalmayıb. O, Polşa sərhədlərini keçən dronlarla bağlı insidentlə əlaqəli araşdırmanın aparılmasının vacibliyini vurğulayıb.


"Qonşu və Aİ və NATO tərəfdaşımız olan suveren Polşanın hava məkanının pozulması ciddi nəticələrə səbəb ola biləcək hadisədir".

Hadisələrə diqqətlə yanaşanda görünür ki, Rusiya ilə Qərb arasındakı gərginlik artıq yalnız Ukrayna ərazisi ilə məhdudlaşmır. Əgər indiyədək Rusiya ilə Qərb arasında münaqişə əsasən Ukrayna əraziləri üzərindən gedirdisə, indi Polşanın timsalında NATO-nun şərq cinahı bilavasitə hədəfə çevrilir. Polşa hava məkanına pilotsuz uçuş aparatlarının daxil olması, Varşava və Rzeşov aeroportlarının bağlanması və NATO-nun müzakirələrə başlaması bu müharibənin yeni mərhələyə keçə biləcəyindən xəbər verir.

Burada əsas sual budur: bu, təsadüfi insidentdir, yoxsa məqsədli şəkildə atılmış addım?

"ABŞ proseslərdən uzaqlaşır"

Məsələ ilə bağlı TodayPress TV-yə danışan politoloq Tofiq Abbasov bu məsələdə Avropanın bir qədər tərəddüd etdiyini bildirib:


"Avropa,  ABŞ-nin reaksiyasını öyrənmək istəkləri idi. ABŞ Prezidenti Donald Tramp isə susqunluq nümayiş etdirdi, faktiki olaraq Rusiyanı günahkar saymadı. Bununla da Avropa anladı ki, nə etsə, öz gücü ilə etməlidir. Son dövrlərdə müşahidə olunur ki, ABŞ ilə Qərbi Avropa arasında münasibətlər bir çox məsələlərdə haçalanır. Eyni vəziyyətə fərqli baxış bucağından yanaşırlar. Bir vaxtlar möhkəm olan birlik və həmrəylik, indi minimuma enib, hətta sıfıra bərabərdir. ABŞ yalnız formal şəkildə reaksiya verərək Qərbi Avropaya proseslərin içində olduğunu göstərməyə çalışır, amma əslində uzaqlaşır. Digər tərəfdən, Rusiyanı rəqib kimi görür, lakin Donald Tramp administrasiyası konkret addım atmağa tələsmir".

"Qərbdə Rusiya xofu var"

Ekspert Rusiyanın Polşanın hava məkanını pozmasını olduqca təhlükəli hadisə hesab edir. Onun sözlərinə görə, bunu təsadüf hesab etmək olmaz və mütləq reaksiya verilməlidir. 

"İlk növbədə araşdırılmalıdır ki, hücum hansı zərurətdən irəli gəlib. Günahkar Moskva, ya Minskdir? Yoxsa bu, hər ikisinin ortaq qərarıdır? Hər halda Qərbi Avropa, Avropa İttifaqı, hətta NATO-nun Şərq cinahı bu situasiyada bir qədər natamam göründü. İstisna deyil ki, Rusiya könüllü şəkildə belə addım atıb ki, NATO-nun müdafiə qabiliyyətini sınaqdan keçirsin: belə bir hücum qarşısında hansı reaksiya veriləcək, NATO-nun nizamnaməsinin 4-cü bəndi işə salınacaqmı, ya yox? Hər halda Qərbdə Rusiya xofu var və bunu heç kim inkar edə bilməz", - deyə T.Abbasov əlavə edib.


"Baş verənlər təmkinlə şərh edilir, çünki..."

Siyasətçi onu da əlavə edib ki, Ukrayna ilə Rusiya arasında üç il yarımdan çox davam edən müharibə ərzində Qərb Rusiyanın zəif nöqtələrini tapmağa çalışsa da, buna nail ola bilməyib:

"Rusiyada silahlar kütləvi şəkildə istehsal olunur. Ona görə də bütün tərəflər Rusiyanın Polşanın hava məkanını pozması faktından dərs çıxarmalıdır. NATO-nun baş katibi Mark Rütte bəyan etdi ki, bununla barışmayacaqlar, lakin hələlik NATO-nun 4-cü bəndinin işə salınması gündəmdə deyil. Böyük ehtimalla da olmayacaq, çünki bu addım qlobal müharibə riskini reallığa çevirə bilər. Elə buna görə də siyasi liderlər baş verənləri təmkinlə şərh edirlər".

Qiymət Mahir

XƏBƏR LENTİ
16 IYUN 2026
Kimlər Paşinyanın nişangahındadır? - Konstitusiya dəyişikliyi planı açıqlandı 10:36 "Sabah" Patrik Orfe Mbinanın transfer hüquqlarına yiyələndi 10:30 Miopiya nə üçün yaranır? Görmə qüsurunun əlamətləri və korreksiya yolları 10:20 "Sabah"ın UEFA-da rəqibi bu gün bəlli olacaq 10:15 Əl və ayaq dərisində quruluq: Əsas səbəblər və effektiv nəmləndirmə üsulları 10:15 Azərbaycanda media sahəsində vahid qurum yaradılacaq 10:08 Sürücülərin nəzərinə! İcbari sığorta haqları artıq yeni qaydalarla hesablanacaq 10:06 Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA 10:01 "Coca-Cola" içməyin orqanizmə mümkün müsbət və mənfi təsirləri 09:52 "Qarabağ"ın Avropa Liqada rəqibi bəlli olur 09:53 Rusiyanın "can damarı" alova büründü 09:42 Lansodens nə zaman istifadə olunur? - Təyinatı, təsiri və qəbul qaydaları 09:35 Sarkoidoz haqqında bilməli olduqlarınız: Diaqnozdan müalicəyə qədər 09:28 Neft ucuzlaşmağa davam edir 09:27 Moskva hədəfdə: Ukrayna dronları paytaxta hücum etdi - VİDEO 09:03 DÇ-2026: İran - Yeni Zelandiya matçında bərabərlik 08:45 ABŞ-də faciə: Strateji bombardmançı qəzaya uğradı, 8 nəfər həlak oldu - VİDEO 08:40 Tramp inkar etdi: “ABŞ İrana 300 milyon dollar verməyəcək” 08:29 Rusiyada neft bazasına dron hücumu, güclü yanğın baş verdi - VİDEO 08:22 İrlandiyada ən böyük vikinq yaşayış məskəni aşkarlandı 01:11 ABŞ-nin neft ehtiyatı son 43 ilin ən aşağı səviyyəsinə düşdü 00:54 Hörmüzdə gəmiçilik pulsuz olacaq? - ABŞ lideri bəyan etdi 00:21 Lukaşenko: "Tramp müharibəni tamamilə dayandıra bilər" 00:59 "Turan Tovuz" avrokuboklardan kənarlaşdırıldı - RƏSMİ 01:05 Bubista İspaniyanı necə dayandırdıqlarından danışdı: "Fədakarlıq etdik!" 00:49 Bütün Xəbərlər