İrandan Trampa ZƏNG: “Danışmaq istəyirik!”

İrandan Trampa ZƏNG: “Danışmaq istəyirik!”
12.01.2026 16:29 Təhlil

ABŞ Prezidenti Donald Tramp Tehranın nüvə proqramı ilə bağlı danışıqlar aparmaq üçün İran nümayəndələri ilə görüş keçirməyə hazır olduğunu bildirib.

O qeyd edib ki, yanvarın 10-da İran tərəfindən "nüvə məsələləri" ilə bağlı telefon əlaqəsi qurulub və danışıqlar təşkil olunması istiqamətində addımlar atılır. 

"Onlar danışıqlar istəyirlər. Görüş təşkil olunmaq üzrədir, amma baş verənlərə görə görüşdən əvvəl hərəkətə keçmək lazım gələ bilər" – deyə Tramp vurğulayıb.

Prezident, həmçinin əlavə edib ki, Vaşinqton İran müxalifət qüvvələri ilə də əlaqə saxlayır və vəziyyəti yaxından izləyir.

Maraqlıdır, bu zəng niyə məhz indi –  İranda qarışıqlıq olan vaxtda baş tutdu?

Sözügedən prosesləri TodayPress TV-yə şərh edən politoloq Çingiz Şahbazi bildirib ki, ABŞ Prezidenti Donald Trampın İranla bağlı son addımları və danışıqlar təklifi təsadüfi xarakter daşımır və bu, həm diplomatik mexanizmlərin yenidən işə salınması, həm də ABŞ-nin regiondakı mövqeyinin gücləndirilməsi məqsədi daşıyan strateji yanaşmanın tərkib hissəsidir:


“Donald Trampın zəngi və ümumilikdə ABŞ-nin İranla bağlı mövqeyi ilk növbədə nüvə məsələsində diplomatik mexanizmlərin yenidən aktivləşdirilməsinə hesablanıb. Paralel olaraq bu addım ABŞ-nin regionda mövqelərini möhkəmləndirmək niyyətindən xəbər verir”.

Politoloq qeyd edib ki, ABŞ-dən gələn bu təkliflər eyni zamanda İranda baş verən daxili proseslər fonunda qiymətləndirilməlidir:

“İranda daxili etirazların genişlənməsi və hakimiyyətin etirazçılara qarşı zorakılıq siyasəti fonunda Vaşinqtonun bu cür təkliflərlə çıxış etməsi nəzarət mexanizmi kimi də dəyərləndirilə bilər. Bu, ABŞ-nin siyasi və təzyiq strategiyasının tərkib hissəsidir”.

Ekspertin sözlərinə görə, Trampın atdığı bu addım həm diplomatik manevr, həm də İran daxilində gərginliyin artdığı bir mərhələdə strategiya dəyişikliyi cəhdi kimi görünür:

“Hazırkı mərhələdə ABŞ-nin İranla bağlı konkret planı və ya daxili dəyişikliklərlə bağlı rəsmi açıqlaması yoxdur. Lakin “görüşdən əvvəl hərəkətə keçmək lazım gələ bilər” ifadəsi onu göstərir ki, yaxın günlərdə İrana qarşı müəyyən müdaxilə variantları istisna edilmir”.

Ç.Şahbazi vurğulayıb ki, mümkün addımlar İran rejiminin zorakılıq siyasətini dayandırmaq məqsədi daşıya, eyni zamanda nüvə proqramı ilə bağlı təzyiqlərin artırılması planı kimi çıxış edə bilər:


“Bu, həm siyasi təzyiq mexanizmi, həm də nüvə proqramı ilə bağlı mesaj xarakteri daşıyan addım ola bilər. Trampın İranla bağlı açıqlamaları açıq diplomatik siqnal olmaqla yanaşı, strateji xəbərdarlıq mahiyyəti də daşıyır. Bu bəyanatlar İran molla rejiminə qarşı həyata keçirilən zorakılıqlara dair ciddi xəbərdarlıqdır və eyni zamanda ABŞ-nin regional siyasətinin xətlərini göstərən strateji mesaj kimi qiymətləndirilə bilər”.

Siyasətçi əlavə edib ki, Tramp hökuməti İranın nüvə proqramı və regional davranışlarına görə maksimum təzyiq siyasətini davam etdirir:

“Məlumdur ki, İranda 400 kiloqram zənginləşdirilmiş uran mövcuddur və bu göstərici nüvə silahının hazırlanması üçün 60 faiz səviyyəsinə çatdırılıb. İranın nüvə silahına malik olmaması ABŞ üçün əsas prioritetlərdən biridir. Bu səbəbdən Vaşinqtonun İran məsələsində bütün istiqamətlər üzrə səylərini genişləndirməsi ehtimalı yüksəkdir”.

Qiymət Mahir

TodayPress TV

XƏBƏR LENTİ
15 IYUN 2026
Kiyev alovlara büründü: Tarixi Lavra vuruldu - VİDEO 09:59 Türkiyə səfirliyi Azərbaycanı Milli Qurtuluş Günü münasibətilə təbrik etdi 09:43 Şuşa Bəyannaməsinin imzalanmasından 5 il ötür 09:37 İlham Əliyev: "Azərbaycan etibarlı əməkdaşlıq məkanına çevrilməsi istiqamətində çalışır" 09:30 ABŞ və İran sülh bağladı: Şərtlər nələrdir? - VİDEO 09:05 Bu məişət texnikası "Wi-Fi"nizi "öldürə" bilər: Dərhal uzaqlaşdırın 22:55 Telefonun batareya ömrünü necə artıraq? 22:49 "OpenAI" şirkətinə qarşı təhqiqat başladıldı 22:52 Həşəratlara qənim kəsilən bitkilər - həyətinizə mütləq əkin 22:47 Duzun saxta olduğunu öyrənməyin asan yolu 22:42 Gilas hansı xəstəliklərdən qoruyur? 22:30 Atlantik okeanında təhlükəli anomaliya: Alimlər qlobal fəlakət xəbərdarlığı etdilər 22:27 Alimlər itmiş xəzinəni diriltdilər: Qədim qızılı parça yenidən hazırlandı 22:26 İlham Əliyev Donald Trampı yubileyi münasibətilə təbrik etdi 00:09 Azərbaycanda Milli Qurtuluş Günüdür 00:07 Köçəryan hava limanında qaçmağa çalışarkən belə saxlanıldı - VİDEO 23:57 Braziliyada helikopter qəzası: Tanınmış müğənni və 5 nəfər həlak oldu 22:34 Egey dənizinin qərbində güclü zəlzələ oldu 23:42 Mehriban Əliyeva Milli Qurtuluş Günü ilə bağlı paylaşım etdi 23:18 Məhəmməd Muradlı beynəlxalq şahmat turnirində birinci oldu 21:35 Prezidentdən Milli Qurtuluş Günü ilə bağlı paylaşım 23:14 DÇ-2026: Almaniya Kurasaonu böyük hesabla məğlub edib 23:03 Aşağı bal yığanların DİQQƏTİNƏ - Vacib xəbər var 23:01 Vatikanın yüksək səviyyəli rəsmilərinin Azərbaycana səfəri başlayır 21:16 Arda Turan Ukraynada ilin məşqçisi seçildi 18:33 Bütün Xəbərlər