Həmid Herisçi Urmiyadan DANIŞDI: “Babalarımız biganə qalmadılar, biz də..."

Həmid Herisçi Urmiyadan DANIŞDI: “Babalarımız biganə qalmadılar, biz də..."
09.09.2025 18:00 Təhlil

İsrail illərlə davam edən quraqlığın və su səviyyəsinin enməsinin qarşısını almaq üçün Aralıq dənizindən duzsuzlaşdırılmış suyu Təbəriyyə gölünə ötürməyi planlaşdırır. Bu, dünyada öz növündə ilk layihə hesab olunur.

TodayPress TV xəbər verir ki, İsrailin şimal-şərqində, Colan təpələri ilə Qalileya arasındakı ərazidə yerləşən bu göl ölkənin əsas şirin su anbarıdır. 

Rəsmi şəxslər gölün səviyyəsinin enməsini geri çevirməyi hədəfləyirlər. Çünki bir neçə illik quraqlıq gölü təhlükəli dərəcədə “qara xətt”ə yaxınlaşdırıb. Bu səviyyədə sudan istifadə ekoloji cəhətdən zərərli olur və geri dönməz fəsadlara yol aça bilər.

Cənubi Azərbaycan ərazisində yerləşən Urmiya gölü isə tamamilə qurudu. Suyunun çox duzlu olmasına baxmayaraq, ümumi sahəsi 6 min kvadratkilometrə yaxın olan Urmiya gölü ətraf ərazilərin iqlim və ekologiyasında böyük əhəmiyyət daşıyırdı. 

Tehran administrasiyası gölün bərpası üçün 6 milyard dollar büdcəli böyük ekoloji layihəyə başladığını bildirsə də, ölkədə davam edən quraqlıq səbəbindən istənilən nəticə əldə olunmayıb.

Bəs Urmiyanın taleyi bu gün regionun tarixi yaddaşına necə təsir edir?

Məsələ ilə bağlı TodayPress TV-yə danışan yazıçı-jurnalist Həmid Herisçi bu sualın cavabının tanınmış alim, rus şairəsi Anna Axmatovanın oğlu Lev Qumilyovun zəngin irsində olduğunu bildirib:

"O, biosferanın və ekologiyanın tarixə birbaşa təsiri haqqında mühüm nəzəriyyənin müəllifi kimi tanınıb. Qumilyov yazırdı ki, tarixi proseslərin təkanverici qüvvəsi təbiətin quruması ilə bağlıdır. Orta Asiyada, Turan çöllərində baş verən quruma prosesi hunların, səlcuqların köç dalğalarına təkan verdi. Nəticədə türklər Yaxın Şərqə, Avropaya köç edib saysız-hesabsız dövlətlərini qurdular. Yəni təbiətin – göllərin qabarma və çəkilmə dövrləri ilə tarixi proseslər bir sinxronluq təşkil edib. Biz türklər həmişə bu ekoloji natarazlıqlara öz çəki daşlarımızı əlavə etmiş, Avrasiya ərazilərində həmin tarazlığı bərpa etmişik.”

H.Herisçinin sözlərinə görə, bu gün də eyni proseslər müşahidə olunur:

"Urmiya gölünün quruması və Xəzərin geri çəkilməsi eyni məxrəcə söykənir. Babalarımız bu tarixi proseslərə biganə qalmadılar, biz də bu prosesləri idarə etmək və tarazlığı qorumaq gücündə olmalıyıq".

Qiymət Mahir

TodayPress TV

XƏBƏR LENTİ
03 AVQUST 2026
“Sumqayıt” hazırlıq oyununda “İmişli”yə məğlub oldu 21:30 Azərbaycanlıların da olduğu gəmi VURULDU - TƏCİLİ 21:21 ABŞ-nin keçmiş diplomatından XƏBƏRDARLIQ: "Dünya bu boğazdan asılıdır" 21:07 Rusiyanın müvəqqəti işlər vəkili İsveç XİN-ə çağırıldı 20:51 İstanbulda torpaq sürüşməsi - Dağıntılar altında qalanlar var 20:42 Dənizdə bədbəxt hadisə: 15 yaşlı yeniyetmə BATDI 20:27 Hakan Fidan britaniyalı həmkarı ilə regional böhranları müzakirə etdi 20:21 Lənkəranda açıq ərazidə yanğın baş verdi - VİDEO 20:12 Ya saziş, ya da tam kapitulyasiya... - Trampdan növbəti ultimatum 20:06 ABŞ Hörmüz boğazından 1000-dən çox gəminin keçidinə dəstək verdi 19:56 Sürücülərin NƏZƏRİNƏ! - Paytaxtın 12 rayonunda genişmiqyaslı təmir 19:51 "Tehran cavab zərbəsindən qorxur" - Netanyahu 19:39 Kiyevə "Patriot" tədarükü ləngiyir - NATO nümayəndəsi açıqladı 19:31 Zakir Həsənov hərbi attaşelərlə görüş keçirdi 19:20 Müharibə Təl-Əvivə neçəyə başa gəlir? - İsrail ordusundan REKORD xərc 19:14 "Turan Tovuz" Türkiyə toplanışında növbəti qələbəsini əldə etdi 19:06 Ödəniş kartları olanların DİQQƏTİNƏ!: Fırıldaqçılıq hallarının son göstəriciləri açıqlandı 18:59 İran bəzəkli sözlər deyir, Amerika isə bombalamağa davam edir 18:47 Zelenski Putinlə görüşməyə HAZIRDIR? - Podolyak elan etdi 18:40 Ərdoğan 2028-ci ildə yenidən namizəd olacaq? - RƏSMİ 18:28 Yardımlı Azərbaycan gimnastika çempionatına ev sahibliyi edəcək 18:23 "Hər dəfə yeni rəhbərə uyğunlaşırıq" - Fransada siyasi böhran işçiləri sarsıtdı 18:13 Rusiya hərbi təyyarələri Baltik səmasında - Litva detalları açıqladı 18:02 Ceyhun Bayramov Estoniyanın yeni səfirini qəbul etdi 17:57 Kamran Əsədov ev dustaqlığına buraxılmadı 17:46 Bütün Xəbərlər