Gürcüstan od püskürdü: Niyə Ermənistan yox, biz?!

Gürcüstan od püskürdü: Niyə Ermənistan yox, biz?!
18.12.2025 14:36 Təhlil

Gürcüstanın baş naziri İrakli Kobaxidze Avropa İttifaqını (Aİ) ikili standartlarda ittiham edib. Onun sözlərinə görə, Avropa İttifaqı Gürcüstandan Rusiyaya qarşı sanksiyalara qoşulmağı açıq şəkildə tələb edir, lakin eyni tələblər Moldova və Ermənistana irəli sürülmür. Kobaxidze bu yanaşmanı ədalətsiz adlandırıb. 

Maraqlıdır, bu açıqlama Avropa İttifaqı (Aİ) – Gürcüstan münasibətlərində hansı tendensiyalardan xəbər verir? 

Sözügedən məsələ ilə bağlı TodayPress TV-yə danışan politoloq Turan Rzayev bildirib ki, yanaşma regionda balanslı siyasətin vacibliyini göstərir:


"İrakli Kobaxidzenin Avropa İttifaqı ilə bağlı yanaşmasını mən haqlı hesab edirəm. Ümumiyyətlə, Kobaxidzedən əvvəlki hakimiyyətlər kəskin şəkildə birtərəfli xarici siyasət xətti yürüdürdülər. Halbuki Cənubi Qafqaz elə bir regiondur ki, burada tək istiqamətli xarici siyasət aparmaq çətindir və xüsusilə də planı, gücü məhdud olan ölkələr üçün balansın qorunması həyati əhəmiyyət daşıyır".

Analitik qeyd edib ki, Avropa İttifaqına (Aİ) kəskin kurs Gürcüstan üçün nəticə vermədi:


"Məsələn, Gürcüstanın bu gün iki aktiv münaqişə ocağı var – Abxaziya və Cənubi Osetiya. Bundan əlavə, passiv fazada olan Acariya məsələsi və hər an alovlana biləcək Cavaxetiya problemi mövcuddur. Belə bir vəziyyətdə Gürcüstanın təkbaşına Avropa İttifaqına kəskin meyillənməsi qaçılmaz olaraq fəsadlar doğurmalı idi və bu fəsadlar artıq özünü göstərdi. Əsas problem ondan ibarətdir ki, Avropa İttifaqı illər ərzində Gürcüstana verdiyi vədləri yerinə yetirmədi. Kobaxidzenin əsas iradlarından biri də məhz budur: nə Abxaziya, nə də Cənubi Osetiya məsələsində Aİ real addımlar atmadı və Gürcüstanla birlikdə balanslı yanaşma formalaşdırmadı".

Ekspert vurğulayıb ki, Gürcüstan neytral və müstəqil xətt tutmağa çalışır:

"Kobaxidzenin hakimiyyətə gəlişindən sonra Gürcüstan nə açıq şəkildə Qərbin tərəfində dayanır, nə də Rusiyaya inteqrasiya edir. Bu yanaşmanı bəziləri səhv kimi təqdim etməyə çalışır, lakin əslində söhbət neytral və balanslı siyasətdən gedir. Kobaxidze ölkə daxilində təsir dairələrini zəiflətməyə, paralel şəkildə həm Qərbin, həm də Rusiyanın daxili proseslərə təsir imkanlarını məhdudlaşdırmağa çalışır. Məqsəd müstəqil xarici siyasət yürütməkdir. Bu baxımdan Gürcüstanın xarici siyasət xətti müəyyən mənada Azərbaycan modelinə yaxınlaşır – tam eyni olmasa da, Gürcüstana uyğun balans siyasəti formalaşdırılır".

O, həmçinin qeyd edib ki, Kobaxidzenin ehtiyatlı mövqeyi riskləri azaldır:

"Ümumilikdə, Kobaxidzenin Avropa İttifaqı ilə bağlı səsləndirdiyi fikirlər reallığa uyğundur. Aİ uzun müddətdir Gürcüstanı Rusiyaya qarşı mübarizəyə cəlb etməyə çalışır. Lakin bu yanaşma Rusiyadan iqtisadi və sosial baxımdan asılı olan bir ölkə üçün risklidir. Gürcüstan iqtisadiyyatında Rusiya faktoru, MDB məkanı ilə əlaqələr, miqrasiya və ticarət münasibətləri mühüm rol oynayır. Bu əlaqələri kəskin şəkildə kəsmək ölkəni daha dərin münaqişələrə sürükləyə bilər. Bu baxımdan Kobaxidzenin mövqeyini düzgün hesab edirəm".

Turan Rzayev sonda bildirib ki, Gürcüstan balansı qorumağa məcburdur:

"Aİ–Gürcüstan münasibətlərinin gələcəyi isə daha çox Avropa İttifaqının mövqeyindən asılı olacaq. Gürcüstan öz milli maraqlarına uyğun siyasət yürüdür. Əgər bu siyasət Aİ-nin maraqları ilə üst-üstə düşmürsə, bu, rəsmi Tbilisinin səhv seçim etdiyini göstərmir. Müəyyən məsələlər həll olunana qədər Rusiya ilə münasibətləri balansda saxlamaq Gürcüstan üçün məcburi və həyati zərurətdir. Bu yanaşma ölkənin mövcud geosiyasi vəziyyətində alternativsiz görünür".

 Jalə Rövşən

TodayPress TV

XƏBƏR LENTİ
30 IYUL 2026
ABŞ-İran gərginliyində yeni mərhələ: Admiral Trampa İrana qarşı geniş hava əməliyyatı təklif etdi 11:44 Azərbaycanın daxili dövlət borcunun yeni tərkibi açıqlandı 11:13 Abşeronda ağır qəza - İki futbolçu öldü 11:17 Rusiyanın geri aldığı rus əsirləri yenidən Ukraynanın "qucağına" qaçır 11:13 İlham Əliyev Mərakeş Kralını təbrik etdi 11:05 Elon Mask artıq dilənmək istəmədiyini etiraf etdi 10:59 Con Stounzun İtaliya macərası rəsmən başlayır 10:51 Azərbaycan neftinin qiyməti kəskin bahalaşdı 10:48 Tarixi ideya: 1000 sponsorlu forma klubu ayaqda saxladı 10:41 “Mançester Siti”dən 100 milyonluq transfer planı 10:29 Əmtəə birjasında təbii qazın dəyəri artdı 10:20 Kürd mərkəzi üç siyasətçidən DTX-yə şikayət etdi 10:07 Rusiya raketləri Polşaya düşdü – qırıcılar havaya qaldırıldı - VİDEO 10:04 Avropada həlledici gün: “Zirə” qisas, “Neftçi” möcüzə axtarır! 10:02 Rusiya raketləri Polşa sərhədinə yaxınlaşdı - Lublində sirenlər səsləndi 09:51 “Yuventus” Kolo Muanini uzunmüddətli müqavilə ilə bağlamağa hazırlaşır 09:31 ABŞ-ın gecə hücumu: İranın bu şəhərləri vuruldu - VİDEO 09:29 Rodri transferində həlledici gün: “Real” milyonları gözə aldı 09:21 Braziliya millisinin uğursuzluğuna Ançelottidən izah 09:10 Coş Riçardson basketbolla vidalaşdı: “Hər şeyimi verdim” 09:06 Ukraynaya gecə hücumu: Kiyev, Lvov və Poltavada itkilər var - VİDEO 08:59 ABŞ SEPAH-ın hərbi obyektlərini vurdu - VİDEO 08:51 Rusiyada "Wildberries"in anbarı yenidən vuruldu - VİDEO 08:09 Rusiya ordusu Ukraynaya hava zərbələri endirib 08:02 “Qarabağ” üçün taleyüklü gecə: Hədəf növbəti mərhələdir! 08:42 Bütün Xəbərlər