Ermənilərin Sevr "sevdası" oyandı: Tarix nə deyir?

Ermənilərin Sevr "sevdası" oyandı: Tarix nə deyir?
16.10.2025 15:15 Təhlil

Erməni KİV-də əks olunun məlumatlara görə, Ermənistan və Azərbaycan arasında sülh sazişi Sevrdə imzalana bilər.

Bu şəhər Fransanın paytaxtı Parisin cənub-qərbində yerləşir. 


Öncədən ehtimallar arasında Sevrin adı çəkilmirdi. Bəs bu məlumat indi niyə ortaya atıldı? 

Ermənilərin 1920-ci il tarixli Sevr müqaviləsi sevgisi məlumdur. Ümumiyyətlə, Sevrin tarixdəki əhəmiyyəti nədir? Sülh müqaviləsinin orda imzalanacağı iddiası nəyə işarə edir? 

Mövzu ilə bağlı TodayPress TV-yə danışan tarix elmlər namizədi, dosent Akif Nağı Sevr müqaviləsini Avropa üçün utancverici hadisə adlandırıb:


“Həmin dövrdə başda Böyük Britaniya olmaqla, Antanta dövlətləri Osmanlını yer üzündən silməyə çalışırdılar. 1453-cü ildə Konstantinopol fəth edilərək İstanbula çevrildikdən sonra Antanta ölkələri daim Osmanlıya qarşı düşmənçilik siyasəti yürüdüblər. 1920-ci ildə Sevr müqaviləsi imzalanarkən Antanta dövlətləri ABŞ-nin razılığı ilə Osmanlı torpaqlarını öz aralarında bölüşdürmüşdülər. Türkiyə üçün yalnız kiçik bir hissə — Ankara ilə Sivas arasındakı ərazi saxlanılmışdı. Qalan bütün torpaqlar Antantanın nəzarəti altına keçirdi. Bu planı həyata keçirmək məqsədilə onlar 1920-ci ilin avqustunda Sevr müqaviləsini imzaladılar. Müqavilə çərçivəsində Türkiyənin altı vilayəti hesabına Ermənistan adlı dövlət yaratmaq planlaşdırılmışdı, halbuki həmin ərazilərdə ermənilərin sayı çox az idi. Buna baxmayaraq, məqsəd Osmanlıya qarşı ermənilərin əsassız iddialarını gerçəkləşdirmək idi. Osmanlı tərəfi də məcburiyyət qarşısında bu sənədə imza atmışdı və hər şey Avropanın planına uyğun gedirdi”.

Tarixçi bu proseslərdə Türkiyə Respublikasının qurucusu və ilk prezidenti Mustafa Kamal Atatürkün rolundan bəhs edib:


“Bu prosesdə Antantada Atatürk amilini nəzərə almamışdılar. Mustafa Kamal Atatürk hələ 1919-cu ildən hədəfini elan etmişdi: Ankara mərkəz olmaqla, Türkiyənin bütün əraziləri işğaldan azad edilməli idi. O zaman Atatürkü yetərincə ciddi qəbul etmirdilər və bu səbəbdən planlarını rahatlıqla həyata keçirmək niyyətində idilər. Ancaq Atatürk ardıcıl hərbi əməliyyatlar həyata keçirdi və 1920-ci ilin payızında onun rəhbərliyi ilə aparılan əməliyyatlar nəticəsində Ermənistan Cənubi Qafqazda cəmi kiçik bir ərazi ilə kifayətləndi. 1920-ci ilin noyabrında Ermənistan ordusu tam məğlub edildi və dekabrın 2-də kapitulyasiya aktını imzaladı. Müqavilənin şərtlərinə görə, Ermənistanın ərazisi 9 min kvadrat kilometr nəzərdə tutuldu və Türkiyənin bütün tələbləri qəbul olundu. İrəvan və onun ətrafı Ermənistanın ixtiyarında saxlanıldı”.

Akif Nağının sözlərinə görə, görünür, ermənilər hələ də Sevr sevdasından əl çəkməyiblər. Üstəlik, müqavilənin imzalandığı şəhərin Fransada yerləşməsi də təsadüfi deyil — Fransa tarix boyu onlara dəstək göstərib. Ermənistan mediasında Sevr barədə məlumatların yenidən gündəmə gətirilməsi və sülh müqaviləsinin imzalanması üçün məkan göstərilməsi də təsadüf deyil, müəyyən mesaj xarakteri daşıyır:


“Onlar Türkiyə ilə Azərbaycanı bir görürlər. 1920-ci ildəki ədalətsiz müqavilə Türkiyəyə qarşı imzalanmışdı. Həmin dövr ermənilər üçün məğlubiyyətlə bitmişdi. Ola bilər ki, indi onlar həmin uğursuzluqdan çıxmaq üçün Azərbaycanla sülh müqaviləsini özləri üçün yeni mərhələ kimi görürlər. Əslində, bu, onların xilas yolu ola bilər. Azərbaycan hazırda sülh naminə güzəştlər edir, təşəbbüslər göstərir. Ermənistandakı bəzi qüvvələr isə hələ də siyasi oyunlarla məşğuldurlar. Reallığı düzgün qiymətləndirməsələr, itkiləri böyük olacaq. Əgər avantüralarından əl çəkib bölgə reallıqlarına uyğunlaşa bilməsələr, bu halda Qafqazdan çəkilmək məcburiyyətində qalacaqlar”, – deyə ekspert diqqətə çatdırıb.

Qiymət Mahir

TodayPress TV

XƏBƏR LENTİ
15 IYUN 2026
Ərdoğan Azərbaycanı Milli Qurtuluş Günü münasibətilə təbrik etdi 17:16 İtkin düşən 8 nəfər tapıldı 17:11 İran: Hörmüz boğazından keçid üçün rüsum tutulmayacaq 16:59 Müdafiə naziri Pakistan tərəfinə başsağlığı verdi 16:48 Azəriqaz işçilərinin maaşından tutulan pullar Qarabağ turunda “kartof və toyuq qanadı”na getdi? 16:44 Səfir: Azərbaycan Prezidentinin Almaniyaya səfərinə ümid edirik 16:36 Zelenski Putinə görüşməyi təklif etdiyini açıqladı 16:25 İspaniya Kabo Verde ilə, Belçika isə Misirlə qarşılaşacaq 16:12 Almaniya səfiri: Azərbaycanla münasibətlər ardıcıl olaraq inkişaf edir 16:01 Zakir Həsənov Azərbaycan Ordusunun şəxsi heyətini təbrik etdi 15:51 Vuçiç Gürcüstanda rəsmi səfərdədir 15:43 Filippində güclü zəlzələ oldu 15:30 Aİ-dən Rusiyaya bu sanksiyaları tətbiq etdi 15:23 Narişkindən Ermənistana xəbərdarlıq: Qərbə arxalanmaq ölkədə problemlər yarada bilər 15:11 Azərbaycanlı futbolçu Kipr klubuna keçdi 15:05 Tramp doğum günündə tribunada yatdı - VİDEO 15:01 Lukaşenko və Putin yaxın vaxtlarda görüşəcək 14:50 Kobaxidze İran-ABŞ razılaşmasına reaksiya verdi 14:44 Putin "Allahın Evi"ni vurdu - Qarşı tərəfdən cavab gecikmədi... 14:11 Baş nazir Əli Əsədov Ümummilli lideri ziyarət etdi 13:47 "Odlar Yurdu" Honq Konqu fəth etməyə gedir! 13:37 Ərdoğan Azərbaycanı təbrik etdi 13:27 Tokiodan İranla bağlı qəfil həmlə: Bağlı qapılar arxasında nələr baş verir? 13:19 Tehran hərəkətə keçdi: Əraqçidən Ankara, Bağdad və Qahirəyə təcili zəng! 13:04 Məşhur futbolçu Fransa Prezidenti olacaq? 12:54 Bütün Xəbərlər