Ermənilərin qənimi, Bakı kriminalının unudulmuş əfsanəsi: Qoçu Tərlan - Zaur Əliyev yazır...

Ermənilərin qənimi, Bakı kriminalının unudulmuş əfsanəsi: Qoçu Tərlan - Zaur Əliyev yazır...
03.06.2026 16:35 Təhlil

Bakının köhnə məhəllələrində — Dağlı məhəlləsində, İçərişəhərdə və Sovetski ərazilərində yaşayan yaşlı insanlardan eşitdiyim bir şəhər əfsanəsi var. Ermənilərə şəhərdə göz açmağa imkan verməyən Tərlan Yusif oğlu barədə Sergey Yeseninin Bakı xatirələri kitabında da qeyd olduğu deyilir.

Hadisələr 1887–1890-cı illərdə Bakıda baş verib. Şəhərin Qasımbəyov küçəsində (indiki Cəfər Cabbarlı küçəsi) 25 yaşlı Tərlan adlı gənc yaşayırdı. Beş ilini həbsdə keçirən bu gənc, qubernatorun küçədə uşaqların üzərinə fayton sürdüyünə görə ona silahlı hücum etmiş, həbs edilərək 5 il azadlıqdan məhrum olunmuşdu.

Azadlığa çıxdıqdan sonra Tərlan Bakını ermənilərdən azad etmək qərarına gəlir və ətrafına döyüşmək və silah işlətmək bacarığı olan gəncləri toplayır. Tərlan və dəstəsi Bakı küçələrində erməniləri axtarıb tapır və onları fərq qoymadan öldürürdülər. Ermənilərə dəstək vermək istəyən gürcü kriminal aləminin üzvləri də hədəfə alınırdı.

Tərlan ucaboy idi, uzun bığ saxlayırdı. Ayağında xrom çəkmələr, əynində ağ jilet, cibində isə zəncirli qızıl cib saatı olurdu. Başında qara qaragül papağı, qoynunda isə "Mauzer" tapançası gəzdirirdi. Şokolad qoxulu maxorka çəkər, əlində isə iri bir təsbeh fırladardı.

XIX əsrin sonlarında Bakıda, Çar küçəsində fayton təkərlərinin təmiri üzrə baş usta olan 55 yaşlı erməni Aram Polyan yaşayırdı. Aramın yalnız ermənilərdən ibarət fəhlə qrupu vardı.

Aram və dostları işdən sonra tez-tez Qız qalasının yanındakı "Dadlı" meyxanasında (kabakda) şam edirdilər. Tərlan da öz dəstəsi ilə bir neçə dəfə oraya baş çəkmişdi.

Tərlan Aramdan xərac tələb edir, Aram isə ona pul ödəməkdən imtina edirdi. Uzun-uzadı mübahisələrdən sonra Aramın cəsədi Zavokzalnı küçəsində tapıldı. Aramın başından güllə vurulmuşdu. Bir qədər aralıda isə boğazı kəsilmiş 20 yaşlı Surenin meyiti uzanmışdı. Bu, Aram Polyanın yaxın qohumu idi.

Ən amansız səhnə isə Tərlanın dəstəsi ilə Karen Barseqyanın oğru çevrəsi arasındakı qanlı dava oldu. 29 yaşlı erməni Karen, bundan əvvəl inkassatoru öldürdüyünə görə 8 il Sibir katorqasında cəza çəkmişdi. O, Bakının tanınmış saat ustası Qurgen Barseqyanın oğlu idi.

Karen var-dövlət içində böyümüşdü. Atasının pulu çox olduğundan o, tez bir zamanda ətrafına yaxşı həyat axtarışında olan erməni gənclərini toplamışdı. Onlar Karenin sözündən rəsmən çıxmırdılar.

Dinc durmayan və şöhrətpərəst Karen öz erməni müftəxorları ilə birlikdə yalnız yəhudilərin işlədiyi zərgərlik emalatxanalarından xərac alırdı. Karenin öz bandası ilə qızıl ustalarının üzərinə etdiyi bu yürüşlər təxminən iki il — 1897-ci ildən 1899-cu ilə qədər davam etdi. Yəhudilər Karenə sakitcə pul ödəyir, o isə kef içində yaşayırdı. Hər üç aydan bir Karen yaxın dostu Qariklə birlikdə Soçi, Kislovodsk və Pyatiqorska istirahətə gedirdi.

Tezliklə bu barədə Tərlan xəbər tutur. Daha doğrusu, tanınmış yəhudilər özlərini çox ağ aparan Karenin ermənilərindən ona şikayət edirlər. Tərlan bu "erməni bölməsinin" cəzasını vermək qərarına gəlir.

17 may 1899-cu ildə Bayıl qapılarının yanındakı sahildə Tərlanla Karenin bandası arasında döyüş baş verdi. Nəticədə 9 nəfər öldü, 18 nəfər isə müxtəlif dərəcəli xəsarətlər aldı. Karen gözündən dəyən güllə ilə öldürüldü, Tərlan və bir neçə dostu isə polis gələnə qədər qaçıb gizlənə bildilər. Səkilərdə, yolun hərəkət hissəsində və kənarlarda kəsilmiş barmaqlar, soyulmuş dərilər, beyin qalıqları, bir neçə qanlı qulaq və bütöv bir qan dənizi var idi.

Yusif oğlu Tərlan 1903-cü ildə Xrebtovaya küçəsində öldürüldü. O, "Göbələk" (çar polislərinin Bakı qoçularını bu cür spesifik ləqəblərlə çağırması o dövrün şəhər folklorunda tez-tez rast gəlinən hal idi) ləqəbini almış qorodovoy Kasyanovun gülləsindən həlak oldu.

Bütün Qafqazın kriminal aləmi Bakı küçələrinin bu amansız, cəsur atamanını son mənzilə yola salaraq dəfn etdi. Ölümündən bir il əvvəl Tərlan Suraxanıdakı qırğınların birində gözünü itirmişdi, lakin həkimə belə müraciət etməmişdi. Çıxarılmış gözünün üzərinə qara sarğı bağlayaraq pirat kimi gəzirdi. Onu müayinə etmək və dərman yazmaq istəyən həkimlərin xidmətindən qəti şəkildə imtina etmişdi.

Tərlanın yaxın dostu Mirtofiq onun məzarı üstündə belə demişdi:

"Tərlan deyirdi ki, ömrünü uzatmaq məqsədilə həkimlərə müraciət edən insanları başa düşmürəm. Səni sağaltsınlar və sən də bu rəzil dünyada yaşamağa davam edəsən deyə həkimə pul ödəmək ən alçaq işdir. Həyat onu qorumağa dəyməz".

Jalə Rövşən

XƏBƏR LENTİ
15 IYUN 2026
Bu məişət texnikası "Wi-Fi"nizi "öldürə" bilər: Dərhal uzaqlaşdırın 22:55 Telefonun batareya ömrünü necə artıraq? 22:49 "OpenAI" şirkətinə qarşı təhqiqat başladıldı 22:52 Həşəratlara qənim kəsilən bitkilər - həyətinizə mütləq əkin 22:47 Duzun saxta olduğunu öyrənməyin asan yolu 22:42 Gilas hansı xəstəliklərdən qoruyur? 22:30 Atlantik okeanında təhlükəli anomaliya: Alimlər qlobal fəlakət xəbərdarlığı etdilər 22:27 Alimlər itmiş xəzinəni diriltdilər: Qədim qızılı parça yenidən hazırlandı 22:26 İlham Əliyev Donald Trampı yubileyi münasibətilə təbrik etdi 00:09 Azərbaycanda Milli Qurtuluş Günüdür 00:07 Köçəryan hava limanında qaçmağa çalışarkən belə saxlanıldı - VİDEO 23:57 Braziliyada helikopter qəzası: Tanınmış müğənni və 5 nəfər həlak oldu 22:34 Egey dənizinin qərbində güclü zəlzələ oldu 23:42 Mehriban Əliyeva Milli Qurtuluş Günü ilə bağlı paylaşım etdi 23:18 Məhəmməd Muradlı beynəlxalq şahmat turnirində birinci oldu 21:35 Prezidentdən Milli Qurtuluş Günü ilə bağlı paylaşım 23:14 DÇ-2026: Almaniya Kurasaonu böyük hesabla məğlub edib 23:03 Aşağı bal yığanların DİQQƏTİNƏ - Vacib xəbər var 23:01 Vatikanın yüksək səviyyəli rəsmilərinin Azərbaycana səfəri başlayır 21:16 Arda Turan Ukraynada ilin məşqçisi seçildi 18:33 SON DƏQİQƏ: İran Ali Təhlükəsizlik və Müdafiə şurasının hazırda iclası keçirilir 22:44 TƏCİLİ: İran hava məkanın bağladı -FOTO 22:38 Argentina hökumətindən görünməmiş qərar: 13 min azarkeş hədəfdə 20:32 Ermənistanda ŞOK: Köçəryanın hava limanında qarşısı kəsilib 22:17 Avropa Liqası: Qadın voleybolçulardan ibarət millimiz İspaniyaya məğlub oldu 22:09 Bütün Xəbərlər