Doha üçün prioritet İranla qarşıdurmadan yayınmaqdır – RƏY

Doha üçün prioritet İranla qarşıdurmadan yayınmaqdır – RƏY
13.03.2026 14:55 Təhlil

“Qətərin İranla bağlı hazırkı mövqeyi onun uzun illər formalaşdırdığı neytral diplomatiya strategiyası ilə uyğun gəlir”. 

Politoloq Rəşad Bayramov bunu TodayPress TV-yə danışarkən bildirib.   


Analitikin sözlərinə görə, Qətər həm regional, həm də beynəlxalq siyasətdə nüfuzunu qorumaq və genişləndirmək üçün zorakı hərbi əməliyyatlardan çəkinməyə üstünlük verən ölkədir.

Bununla belə, İranın Qətərə raket zərbələri endirməsi yeni təhlükəsizlik reallığı yaradır və Doha üçün strateji qərarların yenidən nəzərdən keçirilməsinə səbəb olur.

Siyasi şərhçi qeyd edib ki, hərbi zərbə qərarı bir neçə aspektdən qiymətləndirilməlidir:  


"İlk növbədə Qətərin hərbi imkanları və bu imkanların İranla mümkün qarşıdurmada nə dərəcədə effektiv ola biləcəyi nəzərə alınmalıdır. Qətər kiçik dövlət olsa da, ABŞ və digər Qərb ölkələri ilə hərbi əməkdaşlıq nəticəsində müasir silah sistemlərinə çıxışı var. Lakin bu, İranın regional hərbi gücü və raket arsenalı ilə müqayisədə balansın Qətər tərəfdən ciddi şəkildə dəyişəcəyi anlamına gəlmir".  

R.Bayramov əlavə edib ki, Qətərin birbaşa hərbi əməliyyata başlaması regionda genişmiqyaslı eskalasiya riskini artıra bilər və bu, Doha üçün ciddi təhlükələr yaradar. Ekspert, həmçinin diplomatik və iqtisadi amillərin də mühüm rol oynadığını bildirib. Onun sözlərinə görə, Qətər İrana qarşı açıq hərbi addım atarsa, bu yalnız Tehranla münasibətləri pozmaqla kifayətlənməz, həm də Körfəz regionunda digər dövlətlərlə balans siyasətini çətinləşdirər. 


“Qətərin əsas strategiyası vasitəçilik və neytrallıq üzərində qurulub. ABŞ və İran arasında dialoqun saxlanması, eləcə də enerji və ticarət əlaqələrinin qorunması Qətər üçün prioritetdir”.

Politoloq, həmçinin beynəlxalq hüquq və regiondakı təhlükəsizlik kontekstinin də nəzərə alınmalı olduğunu bildirib. Onun fikrincə, Qətərin hərbi hücuma keçməsi beynəlxalq ictimaiyyət tərəfindən ciddi tənqidə səbəb ola və ölkənin neytrallıq imicinə zərbə vura bilər. Bunun əksinə, diplomatik və sülh yönümlü yanaşma həm İranla, həm də ABŞ və digər regional aktorlarla münasibətlərin davamlılığını təmin edə bilər.  


R. Bayramov hesab edir ki, hazırkı şəraitdə Qətərin İrana qarşı hərbi zərbə endirməsi ehtimalı çox aşağıdır. Onun fikrincə, Doha üçün əsas prioritet İranla qarşıdurmadan yayınmaq və eyni zamanda regional və qlobal diplomatik imkanları qorumaqdır:

“Qətər ehtimal olunan hücumlara qarşı daha çox müdafiə tədbirləri və diplomatik kanallar vasitəsilə cavab verməyə üstünlük verəcək. Zorakı hərbi addımlar əvəzinə sülh və dialoq vasitəsilə regional sabitliyin qorunması ölkənin uzunmüddətli təhlükəsizliyi və nüfuzu üçün daha məntiqli görünür”.   

Aysel Mətləb

TodayPress TV

XƏBƏR LENTİ
30 IYUL 2026
“Real”ın gənc müdafiəçisi uzun müddət oynaya bilməyəcək 16:31 Bu ərazilərdə işıq olmayacaq 16:29 Türkiyə millisinin ulduzu “Fənərbağça”nın radarında 16:11 Bəzi yerlərdə küləkli hava müşahidə edilir - FAKTİKİ HAVA 16:03 Ev telefonları artıq işləməyəcək - Xidmət dayandırıldı 15:55 İraqlı nazir Ərdoğanla görüşdə imza böhranı yaratmışdı - Arxasından İran kəşfiyyatı çıxdı 15:54 İtaliya ABŞ rekordunun qarşısını ala bilmədi 15:41 Rusiyada parçalanma başladı: İqtidar içindən sökülür 15:35 “Uilyams” Sayns insidenti ilə bağlı diqqətçəkən açıqlama verdi 15:30 Ukraynada azərbaycanlıların olduğu gəmiyə DRON HÜCUMU EDİLDİ 15:24 Böyük əfv gündəmdə: Rəşad Dağlının adı siyahıdadır 15:20 “Real”ın ulduzu klubdan rekord bonus istəyir 15:17 “Arsenal” Kenan Yıldız üçün İtaliyaya nümayəndə göndərdi 15:13 İlham Əliyev Qırğızıstana səfər edəcək 15:11 SEPAH: 3 ədəd F-35 qırıcısı vurduq - İDDİA 15:00 Çinin İrana 400 raket verəcəyi xəbəri ölkəni silkələdi 15:00 Azərbaycanın Pakistandakı səfiri diplomatik missiyasını başa çatdırır 14:56 Mundialda növbəti uğursuz gün: Qadın güləşçilərimiz uduzdu 14:40 Avqusta hazır olun! - Güclü istilər gəlir 14:28 Rusiya Polşanı vurdu, NATO biabır oldu 14:20 SEPAH: Təcavüzkarı bu gün cəzalandıracağıq 14:06 İyulun son gününün havası açıqlandı 13:57 Kəmaləddin Heydərov xanımı ilə festivalda... - FOTO 13:55 Uşaq idmançıları daşıyan avtobusun qəzası ilə bağlı araşdırma başladı 13:51 “Real” ulduzunu buraxmadı: Bellinqemin gedişinə veto 13:49 Bütün Xəbərlər