Davosdan mesaj: Azərbaycan bu risklərdən sığortanıb!

Davosdan mesaj: Azərbaycan bu risklərdən sığortanıb!
21.01.2026 22:19 Təhlil

Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzvlüyü ilə bağlı yaranan vəziyyətə aydınlıq gətirib. 


Prezident  Davos Ümumdünya İqtisadi Forumunun illik toplantısı çərçivəsində “Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi” mövzusunda keçirilən panel iclasda çıxışında bildirib ki, Ümumdünya Ticarət Təşkilatı da dağılma mərhələsindədir: 

“Yeri gəlmişkən, Azərbaycan 30 il ərzində dəvət olunmasına baxmayaraq, Ümumdünya Ticarət Təşkilatına qoşulmayıb. Çünki biz iqtisadi suverenliyimizi, siyasi suverenliyimizi qorumaq istəyirik. Eyni zamanda çoxsaylı tərəfdaşlarla yaxşı münasibətlər saxlamağa çalışırıq".

Mövzu ilə bağlı TodayPress TV-yə danışan politoloq Çingiz Şahbazi bildirib ki, İlham Əliyevin Davosda səsləndirdiyi fikirlər mövcud qlobal proseslər fonunda dərin siyasi və iqtisadi məna daşıyır və bu çıxış emosional yanaşma deyil, reallığa əsaslanan strateji qiymətləndirmə kimi qəbul olunmalıdır: 


“Dünyada qlobal ticarət sisteminin böhran yaşadığı bir dövrdə Azərbaycanın uzunmüddətli siyasi və iqtisadi kursunu məhz reallıq üzərində qurması təsadüfi deyil. Bu kontekstdə cənab Prezidentin ÜTT ilə bağlı səsləndirdiyi mövqe ciddi siyasi siqnaldır və kifayət qədər təcrübəyə malik lider tərəfindən verilmiş rasional qiymətdir”.

Politoloqun sözlərinə görə, Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzv olmaması ölkənin qlobal sistemdən kənarda qalması anlamına gəlmir: 

“Əksinə, təşkilatın zəiflədiyi və funksionallığını itirdiyi bir mərhələdə Azərbaycan özünü mümkün risklərdən sığortalamış oldu. Bu qərarı strateji uzaqgörənlik və praqmatik realizm kimi qiymətləndirmək daha doğrudur”.

Ç.Şahbazi qeyd edib ki, İlham Əliyevin Davosda verdiyi bəyanat mövcud qlobal iqtisadi nizamın böhranına ünvanlanan açıq mesajdır: 

“Bu çıxış eyni zamanda Azərbaycanın son 30 illik siyasi və iqtisadi xəttinin nə qədər əsaslı və düşünülmüş olduğunu göstərən mühüm siyasi siqnaldır”.

Ekspertin fikrincə, ÜTT artıq əvvəlki funksiyasını itirib:

“2019-cu ildən etibarən təşkilat faktiki olaraq iflic vəziyyətinə salınıb. Apellyasiya mexanizmi işləməz hala gətirilib və ÜTT böyük güclərin — Çin, ABŞ və Avropa İttifaqı təsir alətinə çevrilib. Bu aktorlar selektiv yanaşma sərgiləyir, sanksiyalar və ticarət müharibələri vasitəsilə qlobal ticarəti beynəlxalq hüquqdan daha çox güc amili ilə tənzimləməyə çalışırlar”.

Politoloq vurğulayıb ki, bu səbəbdən ÜTT formal olaraq mövcud olsa da, “oyunun qaydalarını müəyyən edən” institut rolunu itirib:

“Bu reallıqlar fonunda cənab Prezidentin mövqeyi qlobal sistemə realist baxışın ifadəsidir. Azərbaycan ÜTT-yə üzv olmadığı üçün illər ərzində müəyyən beynəlxalq təzyiqlərlə üzləşsə də, bu gün geriyə baxdıqda həmin qərarın strateji uzaqgörənlik olduğu aydın görünür. Məhz bu uzaqgörən yanaşma Azərbaycanın mövcud qlobal problemlərdən qorunmasına imkan verib. ÜTT-yə üzv olmamaq Azərbaycanın iqtisadi suverenliyini qorumasına və manevr imkanlarını genişləndirməsinə şərait yaradıb. Bu, ölkəni beynəlxalq asılılıqdan uzaqlaşdırıb və funksional əməkdaşlıq modelinə üstünlük verməsinə imkan verib. Bu yanaşma təsadüfi deyil, mərhələli və praqmatik strateji seçimdir”.  

Sonda Çingiz Şahbazi bildirib ki, hərçənd ÜTT-yə üzv olan ölkələrin bəzi beynəlxalq bazarlara çıxışı daha asan olur, lakin mövcud qlobal şəraitdə bu üstünlüklər əvvəlki effektivliyini itirib: 

“Bu baxımdan Azərbaycanın ÜTT-yə üzv olmamasını strateji uzaqgörənlik kimi qiymətləndirmək tam əsaslıdır”.

Qiymət Mahir

XƏBƏR LENTİ
15 IYUN 2026
Putin "Allahın Evi"ni vurdu - Qarşı tərəfdən cavab gecikmədi... 14:11 Baş nazir Əli Əsədov Ümummilli lideri ziyarət etdi 13:47 "Odlar Yurdu" Honq Konqu fəth etməyə gedir! 13:37 Ərdoğan Azərbaycanı təbrik etdi 13:27 Tokiodan İranla bağlı qəfil həmlə: Bağlı qapılar arxasında nələr baş verir? 13:19 Tehran hərəkətə keçdi: Əraqçidən Ankara, Bağdad və Qahirəyə təcili zəng! 13:04 Məşhur futbolçu Fransa Prezidenti olacaq? 12:54 Sabah hava necə olacaq? - AÇIQLANDI 12:39 Təlim uçuşu faciə ilə bitdi: təyyarə yerə çırpıldı - İki pilot həlak oldu - VİDEO 12:32 Ərdoğandan İran-ABŞ razılaşmasına reaksiya 12:08 Azərbaycan XİN: ABŞ ilə İran arasında əldə olunmuş razılaşmaya reaksiya verdi 12:10 Bu yollar təmir edilir - SİYAHI 11:40 Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndəriləcək 11:33 Netanyahudan xəbərdarlıq: "Livandakı əməliyyatlar davam edəcək" 11:29 Geyci Topuriyanı məğlub etdi - VİDEO 11:20 "Sədərək"də qorxulu anlar: Partlayış baş verdi - VİDEO 10:47 Külək əsir, yağış yağır - FAKTİKİ HAVA 10:40 İran nümayəndələri ABŞ ilə saziş üçün Cenevrəyə gedir 10:30 Kiyev alovlara büründü: Tarixi Lavra vuruldu - VİDEO 09:59 Türkiyə səfirliyi Azərbaycanı Milli Qurtuluş Günü münasibətilə təbrik etdi 09:43 Şuşa Bəyannaməsinin imzalanmasından 5 il ötür 09:37 İlham Əliyev: "Azərbaycan etibarlı əməkdaşlıq məkanına çevrilməsi istiqamətində çalışır" 09:30 ABŞ və İran sülh bağladı: Şərtlər nələrdir? - VİDEO 09:05 Bu məişət texnikası "Wi-Fi"nizi "öldürə" bilər: Dərhal uzaqlaşdırın 22:55 Telefonun batareya ömrünü necə artıraq? 22:49 Bütün Xəbərlər