“Avropa ABŞ-dən yardım istəyir” – politoloqdan AÇIQLAMA

“Avropa ABŞ-dən yardım istəyir” – politoloqdan AÇIQLAMA
08.09.2025 17:34 Təhlil

“Avropa liderlərinin ABŞ-yə səfəri bir daha göstərir ki, Avropa ABŞ-dən asılı vəziyyətdədir”. 

Politoloq Zeynal Əmrəliyev bunu TodayPress TV-yə açıqlamasında bildirib. 

Onun fikrincə, Avropa liderlərinin yenidən ABŞ-yə səfəri Avropanın öz təhlükəsizlik təminatında ciddi problemlərinin olduğunu göstərir. Yəni Avropa öz təhlükəsizliyini təkbaşına təmin edə bilmir və buna görə də Rusiya təhdidi qarşısında ABŞ-yə sığınmaq istəyir. Onun sözlərinə görə, burada Avropanın əsas liderləri iştirak edə bilərlər.

“Son zamanlar Rusiyanın Avropanı təhdid etməsi ilə bağlı bir sıra fikirlər səslənir və müəyyən gözləntilər mövcuddur. Hətta Almaniya, Rusiya ilə bağlı müharibəyə hazırlıq barəsində qərar qəbul edib. Lakin Rusiya tərəfindən Avropa ölkələrinə genişmiqyaslı hücum ehtimalı inandırıcı deyil. Düzdür, Rusiya Baltikyanı ölkələr, Finlandiya və Polşa istiqamətlərindən müəyyən təhlükələr yaradır. Lakin bu, yaxın gələcəkdə genişmiqyaslı hücum üçün əsas vermir”, - deyə analitik vurğulayıb.

Siyasi şərhçi hesab edir ki, Avropa öz təhlükəsizliyini gücləndirməyə məcburdur və bunu həm NATO ilə əməkdaşlığın dərinləşdirilməsi, həm də ABŞ ilə əməkdaşlıq səviyyəsinin artırılması yolu ilə həll etməyi planlaşdırır. 

“Sözügedən səfərdə ABŞ-nin Avropanın təhlükəsizliyinə daha ciddi yanaşması və daha çox hərbi dəstək göstərməsi gözlənilir. Hazırda Avropa ABŞ-dən yardım istəyir. Bu isə Avropa Birliyinin dünya siyasətində nə qədər zəif, asılı və xarici təsirlərə açıq vəziyyətdə olduğunu aydın şəkildə ortaya qoyur”, - deyə Z.Əmrəliyev fikrini yekunlaşdırıb.

Qeyd edək ki, Avropa liderləri yaxın günlərdə Vaşinqtona səfər edəcək.

Aysel Mətləb

TodayPress TV

FOTOLAR

“Avropa ABŞ-dən yardım istəyir” – politoloqdan AÇIQLAMA — 1
XƏBƏR LENTİ
15 IYUN 2026
Vuçiç Gürcüstanda rəsmi səfərdədir 15:43 Filippində güclü zəlzələ oldu 15:30 Aİ-dən Rusiyaya bu sanksiyaları tətbiq etdi 15:23 Narişkindən Ermənistana xəbərdarlıq: Qərbə arxalanmaq ölkədə problemlər yarada bilər 15:11 Azərbaycanlı futbolçu Kipr klubuna keçdi 15:05 Tramp doğum günündə tribunada yatdı - VİDEO 15:01 Lukaşenko və Putin yaxın vaxtlarda görüşəcək 14:50 Kobaxidze İran-ABŞ razılaşmasına reaksiya verdi 14:44 Putin "Allahın Evi"ni vurdu - Qarşı tərəfdən cavab gecikmədi... 14:11 Zakir Həsənov Azərbaycan Ordusunun şəxsi heyətini təbrik etdi 15:51 Baş nazir Əli Əsədov Ümummilli lideri ziyarət etdi 13:47 "Odlar Yurdu" Honq Konqu fəth etməyə gedir! 13:37 Ərdoğan Azərbaycanı təbrik etdi 13:27 Tokiodan İranla bağlı qəfil həmlə: Bağlı qapılar arxasında nələr baş verir? 13:19 Tehran hərəkətə keçdi: Əraqçidən Ankara, Bağdad və Qahirəyə təcili zəng! 13:04 Məşhur futbolçu Fransa Prezidenti olacaq? 12:54 Sabah hava necə olacaq? - AÇIQLANDI 12:39 Təlim uçuşu faciə ilə bitdi: təyyarə yerə çırpıldı - İki pilot həlak oldu - VİDEO 12:32 Ərdoğandan İran-ABŞ razılaşmasına reaksiya 12:08 Azərbaycan XİN: ABŞ ilə İran arasında əldə olunmuş razılaşmaya reaksiya verdi 12:10 Bu yollar təmir edilir - SİYAHI 11:40 Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndəriləcək 11:33 Netanyahudan xəbərdarlıq: "Livandakı əməliyyatlar davam edəcək" 11:29 Geyci Topuriyanı məğlub etdi - VİDEO 11:20 "Sədərək"də qorxulu anlar: Partlayış baş verdi - VİDEO 10:47 Bütün Xəbərlər