Amerika ilə müharibə bitdi: İran qolunu çırmalayıb, Qafqaza girir - VİDEO

Amerika ilə müharibə bitdi: İran qolunu çırmalayıb, Qafqaza girir - VİDEO
19.06.2026 17:20 Təhlil

Cənubi Qafqazda son geosiyasi proseslər və bəyanatlar regionda maraqların toqquşduğunu, gərginliyin isə artdığını göstərir. Ermənistanda seçkilər bitsə də, müxalifət Rusiyanın dəstəyini alaraq yenidən birləşmək çağırışları edir. 

Görünən odur ki, Nikol Paşinyan siyasi rəqibləri Karapetyan və Koçaryanı həbs etmək istəyir. O, bununla Rusiyanın həmin şəxslər vasitəsilə Ermənistanda göstərdiyi gücü sıfırlamağı hədəfləyir.


Digər mühüm məsələ isə Azərbaycan Prezident Administrasiyasının rəhbəri Hikmət Hacıyev ilə Ermənistan Təhlükəsizlik Şurasının katibinin Dilijanda keçirilən görüşüdür. Bu görüşdən dərhal sonra Paşinyan qəfil bir açıqlama verdi. O bildirdi ki, Cənubi Qafqazda bəzi tərəflər yeni toqquşma yaratmaq həvəsindədirlər, bunun üçün çalışır və təxribat törədirlər.

Paşinyanın bu xəbərdarlığında daha çox Rusiyanın adı çəkilsə də, bəzi mənbələr İranı işarə edir. Xüsusilə İran və ABŞ arasındakı müqavilədən sonra, Hörmüz boğazında konfliktin artması fonunda Tehran özünü qalib hesab edir. İran bu şəraitdən istifadə edərək prosesi xüsusilə Zəngəzur dəhlizinə qarşı yönəltmək istəyir.

Bəs bölgə üçüncü savaşı qaldırmağa hazırdırmı?

Məsələ ilə bağlı TodayPress TV-yə danışan politoloq Yusif Bağırzadənin sözlərinə görə, Cənubi Qafqazda son dövrdə müşahidə olunan proseslər göstərir ki, regionda mübarizə artıq yalnız Azərbaycan–Ermənistan münasibətləri çərçivəsində deyil, daha geniş geosiyasi rəqabət fonunda gedir:


“Burada Rusiya, İran, ABŞ və Avropa aktorlarının maraqları bir-biri ilə kəsişir. Buna görə də istənilən siyasi bəyanat və ya daxili siyasi proses regional güc balansı kontekstində qiymətləndirilir. Ermənistanda daxili siyasi vəziyyət bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Baş nazir Nikol Paşinyan hakimiyyətə gəldiyi gündən ölkənin xarici siyasət istiqamətində müəyyən dəyişikliklərə gedib və Qərblə münasibətləri gücləndirməyə çalışıb. Bu isə ənənəvi olaraq Ermənistanın təhlükəsizlik sistemində mühüm rol oynayan Rusiyanın təsir imkanlarının azalması ilə müşayiət olunub. Müxalifətin Rusiya ilə daha yaxın münasibətləri müdafiə etməsi də Ermənistan daxilindəki geosiyasi mübarizənin əsas xəttlərindən biridir.

Lakin burada diqqət edilməli məqam odur ki, Ermənistan daxilindəki siyasi qarşıdurmanı yalnız xarici qüvvələrin mübarizəsi kimi izah etmək kifayət deyil. Daxili siyasi maraqlar, hakimiyyət uğrunda rəqabət və Qarabağ məsələsindən sonra yaranmış yeni siyasi reallıq da mühüm rol oynayır. Paşinyan üçün əsas məsələ dövlət institutlarına nəzarəti qorumaq və alternativ siyasi mərkəzlərin güclənməsinin qarşısını almaqdır”.

Analitik Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev ilə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan arasında keçirilən görüşün isə başqa bir istiqamətdən diqqət çəkdiyini izah edib:


“Bu cür təmaslar göstərir ki, Bakı və İrəvan arasında dialoq kanalları saxlanılır və tərəflər mümkün gərginliklərin qarşısını almaq üçün siyasi əlaqələri davam etdirirlər. Paşinyanın görüşdən sonra Cənubi Qafqazda yeni toqquşma yaratmaq istəyən qüvvələr barədə xəbərdarlığı isə müxtəlif cür şərh oluna bilər. Burada bir neçə mümkün ünvan var. Bir tərəfdən, Ermənistan rəhbərliyi uzun müddətdir Rusiyanın bəzi dairələrinin regionda əvvəlki təsir imkanlarını qorumağa çalışdığını düşünür. Digər tərəfdən isə İran amili də xüsusi əhəmiyyət daşıyır. İranın əsas narahatlığı regionda yeni nəqliyyat və təhlükəsizlik arxitekturasının formalaşması ilə bağlıdır. Xüsusilə Ermənistanın cənubundan keçməsi nəzərdə tutulan kommunikasiya layihələri Tehran tərəfindən yalnız iqtisadi məsələ kimi deyil, geosiyasi məsələ kimi də qiymətləndirilir. İran öz sərhədlərinə yaxın ərazidə ABŞ və ya Qərb təsirinin artmasını istəmir və bu səbəbdən müəyyən “qırmızı xətlər” ifadə edir.

Y.Bağırzadə düşünür ki, hazırkı vəziyyət üç paralel prosesin təsiri altındadır: 

“Ermənistan daxilində hakimiyyət və geosiyasi seçim mübarizəsi, Azərbaycan–Ermənistan sülh prosesinin gələcəyi və böyük güclərin regiondakı təsir rəqabəti. Əsas məsələ ondan ibarətdir ki, Ermənistan bu rəqabəti qarşıdurmaya deyil, əməkdaşlığa yönəldə biləcək ya yox?”

Qiymət Mahir

TodayPress TV

XƏBƏR LENTİ
05 AVQUST 2026
Omanla danışıqlar yekunlaşır! - Qəribabadi AÇIQLADI 23:03 Ebola epidemiyası 2 dəfə sürətlə yayılır! - ÜST rəhbərindən XƏBƏRDARLIQ 22:51 Gürcüstanda kütləvi elektrik kəsintisinin səbəbi bu imiş 22:40 Bakıda məscid ərazisində baş verən yanğın söndürüldü - YENİLƏNİB 21:54 "Nə lazımdırsa edəcəyik!" - Netanyahu nə planlaşdırır? 22:21 Rutte Ukrayna üçün raket axtarışını SÜRƏTLƏNDİRİR - Müttəfiqlər ayağa qaldırıldı 22:09 İran XİN: ABŞ-dən mesajlar almışıq! 21:57 Çempionlar Liqası: "Orhus" - "Sabah" matçında hesab açıldı - YENİLƏNDİ 21:13 FIFA-da qalmaqal: Final kimə və nə qarşılığında verilir? 21:40 Hakan Fidan: “İsrailin sülh niyyəti yoxdur!” 21:27 Qəzzada müharibə dayanmayacaq? İsrail AÇIQLADI 21:19 Məhkəmə MN-in sabiq rəisi ilə bağlı qərarını belə dəyişdi 21:07 Gürcüstan yenə “qaranlığa qərq oldu” - Sabotaj araşdırması başlanıldı 20:51 TRIPP-in “taleyi” bu tarixdə bəlli olacaq - Ermənistan Məhkəməsi qərar verəcək 20:44 “Orhus” - “Sabah” oyununun vaxtı dəyişdirildi 20:31 ABŞ “dənizin altına” sərmayə qoydu: 76,6 milyard dollar 20:24 Kanala girən 14 yaşlı oğlandan xəbər yoxdur - Fövqəladə Hallar hərəkətə keçdi 20:10 Türkiyə mediası Hacıyevin fikirlərini təhrif etdi - FOTO 19:56 Gürcüstanda universitetlər pulsuz olacaq, amma bir şərtlə! 19:51 İran və Oman Hörmüzü “qorumağa” hazırlaşır: ABŞ də siyahıdadır 19:31 Azərbaycan Mərakeşdə xüsusi status qazandı - “Fəxri ölkə” 19:23 Ben-Qvir vəzifəsini itirəcək? Netanyahu açıqlama verdi 19:17 Metrodan istifadə edən sərnişinlərə ŞAD XƏBƏR! 19:05 Moldovada kritik vəziyyət: Ölkə su ehtiyatlarını işə saldı 18:52 Borcu vardı, amma möhlət də verilmişdi: İranda neft şirkətinin hesabları niyə bağlandı? 18:37 Bütün Xəbərlər