Sənəd İMZALANDI: "Cənub Qaz Dəhlizi" üzrə tərəfdaşlıq genişlənir

Sənəd İMZALANDI: "Cənub Qaz Dəhlizi" üzrə tərəfdaşlıq genişlənir
03.02.2026 17:01 Təhlil

“Cənub Qaz Dəhlizi” QSC-də İqtisadiyyat Nazirliyinə məxsus qeyri-nəzarət payının müəyyən hissəsinin Əbu-Dabi Milli Neft Şirkətinin investisiya qolu olan XRG Şirkətinə satışı ilə bağlı alqı-satqı müqaviləsinə dair sənəd imzalanıb.

İmzalanma mərasimi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fevralın 2-də Əbu-Dabidə Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın iştirakı ilə baş tutub.

Politoloq Çingiz Şahbazi bu barədə TodayPress TV-yə danışarkən bildirib ki, “Cənub Qaz Dəhlizi” artıq regional layihə çərçivəsindən çıxıb və qlobal investisiya obyekti kimi qəbul edilib.


Bu baxımdan BƏƏ-nin Milli Neft Şirkətinin investisiya qolu olan XRG Şirkətinin “Cənub Qaz Dəhlizi” layihəsinə daxil olması simvolik yox, daha çox strateji addım hesab olunur. 

“BƏƏ bu layihəyə uzunmüddətli enerji tranziti və infrastrukturuna yönəlmiş strateji tərəfdaşlıq kimi yanaşır”.

Politoloqun sözlərinə görə, Azərbaycan enerji layihələri üzrə fəaliyyətini yalnız mövcud marşrutlarla məhdudlaşdırmır:  

“Azərbaycan enerji layihələri üzrə fəaliyyətini bu gün yalnız Avropa və Rusiya xətti üzərində bitmiş hesab etmir. Azərbaycan eyni zamanda bu istiqamətdə Yaxın Şərq kapitalı üçün də cəlbedici ölkədir. Bildiyiniz kimi, BƏƏ enerji resursları baxımından dünyada ön sıralarda yer alan ölkələrdəndir və bu kontekstdə BƏƏ-nin “Cənub Qaz Dəhlizi”nə daxil olması böyük hadisədir”. 


Ç.Şahbazi qeyd edib ki, bu proses Azərbaycanın maliyyə və investisiya imkanlarını əhəmiyyətli dərəcədə genişləndirir: 

"Bu addımın Azərbaycan üçün faydaları misilsizdir və ilk növbədə maliyyə və investisiya baxımından dövlət büdcəsinə kapital axını deməkdir. Eyni zamanda dəhlizin gələcəkdə genişləndirilməsi üçün büdcədənkənar maliyyə mənbəyi formalaşdırır. Bundan əlavə, BƏƏ ilə Azərbaycan arasında xüsusilə siyasi və digər sahələrdə əməkdaşlıq üçün geniş imkanlar açılır".

Ekspertin fikrincə, Körfəz ölkələrinin layihəyə cəlb olunması beynəlxalq siyasi təhlükəsizlik baxımından da mühüm əhəmiyyət daşıyır:

"Körfəz ölkələri üçün Azərbaycan daha maraqlı tərəfə çevrilir və bu istiqamətdə layihələrin beynəlxalq siyasi təhlükəsizliyi təmin olunur. Bu səbəbdən Avropa ölkələri üçün də “Cənub Qaz Dəhlizi” QSC-nin etibarlılığı yüksəlir. Çünki layihə təkcə Azərbaycan qazı ilə məhdudlaşmır, eyni zamanda qlobal enerji ekosisteminin bir hissəsi kimi təqdim olunur".

Çingiz Şahbazi bildirib ki, mümkün risklər mövcud olsa da, onlar idarəolunan xarakter daşıyır:

"Əlbəttə, hər yerdə olduğu kimi, gələcəkdə burada da risklər yarana bilər. Lakin hesab edirəm ki, bu risklər kritik xarakter daşımayacaq və idarəolunan çərçivədən kənara çıxma ehtimalı yoxdur. Çünki strateji qərarlar, tranzit və tariflər Azərbaycan dövlətinin nəzarətində qalır. SOCAR və bu istiqamətdə fəaliyyət göstərən dövlət strukturları əsas moderator mövqeyini saxlayır".

Politoloq vurğulayıb ki, söhbət strateji aktivlərin satışından deyil, tərəfdaşlıq modelindən gedir:

"Bu baxımdan söhbət nəzarət paketindən deyil, qeyri-nəzarət payının müəyyən hissəsindən gedir. Burada strateji aktivin satışı yox, strateji aktivə tərəfdaşlıq cəlbi modeli tətbiq olunur. Bu isə Azərbaycanın çoxvektorlu xarici siyasətinin uğuru kimi qiymətləndirilə bilər və eyni zamanda növbəti mərhələyə keçid hesab olunur".

Ekspertin sözlərinə görə, Azərbaycan paralel şəkildə bir neçə istiqamətdə balanslı siyasət yürüdür:

"Bu gün Azərbaycan Avropa İttifaqı ilə enerji tərəfdaşlığı qurur, Türkiyə ilə tranzit üzrə strateji ittifaq saxlayır, Rusiya ilə bu istiqamətdə balanslı dialoq aparır, Körfəz kapitalını cəlb edir və bununla da dünyada və regionda geosiyasi və geoiqtisadi maraqlarını təmin edir. Ən əsası isə bütün bunları heç bir bloka qoşulmadan həyata keçirir və enerji üzərindən qlobal siyasi balans formalaşdırmağa çalışır".

Sonda Çingiz Şahbazi qeyd edib ki, imzalanan sənədlər Azərbaycanın regional mövqeyini daha da gücləndirəcək: 

"Bütün bunlar deməyə əsas verir ki, imzalanan sənədlər Azərbaycanın regiondakı çəkisini daha da artıracaq, ölkəyə əlavə maliyyə axınını təmin edəcək və yürüdülən çoxvektorlu siyasətin praktik mərhələsinə keçidi ifadə edəcək".

Qiymət Mahir

TodayPress TV

XƏBƏR LENTİ
16 IYUN 2026
Sürücünü radarlar arasında da izləyən qurğu Azərbaycana gətirilir - İDDİA 16:25 Prezident Niderlandın Baş naziri ilə telefon danışığı apardı 16:13 Fransa Seneqalla, Argentina Əlcəzairlə qarşılaşacaq 16:07 Pensiyalar rayonlarda bu tarixdə ödəniləcək 15:52 Rusiya imperiyasının çöküşü başlandı: Ermənistan belə hörmətsizlik etdi 15:51 AZAL bu istiqamətdə ilk uçuşunu həyata keçirdi 15:39 Aylar sonra ilk dəfə - Zelenski və Tramp görüşdü 15:35 Medina “Qarabağ”dan getdi 15:30 Ermənistanda Türk görənlərin reaksiyası - VİDEO 15:18 Cimidən müsəlmanlara təhqir: sizi doğrayıb, torpağa basdıracağıq! 15:16 Cavid Hüseynov "Araz-Naxçıvan"ın baş məşqçisi təyin edildi 15:10 Nazirlər Kabineti sənaye və texnologiyalar parkları ilə bağlı qərar verdi 15:02 Bu məhsullar ədv-dən azad edildi - RƏSMİ 14:45 Şuşada bağlanan müqavilə rusları və erməniləri qorxuya saldı, Əliyevin imzasını görənlər… 14:36 Rusiyanı 1941-ci ildən pis hala salarıq – Almanların gözü "qızdı" 14:29 İranda kim uduzdu, kim uddu, peşmanı kim olacaq? 14:29 Rusiya və Türkiyə XİN rəhbərləri arasında görüş başladı 14:15 7 min pakistanlı turist Bakıdan qayıtmadı - Təhlükəli vəziyyət yarandı 14:09 Əli Əsədov Özbəkistanda işgüzar səfərdədir 13:58 Kreml: Zelenski ciddi danışıqlara hazırdırsa, Moskvaya gələ bilər 13:44 Paşinyan Koçaryanı Bakıya təhvil verir? – İrəvanı qarışdıran GÖZLƏNİLMƏZ PLAN 13:36 Leyla Əliyeva UNFCCC-in icraçı katibi ilə görüşdü 13:30 Sabahın havası açıqlandı: 35 dərəcə isti... 13:12 "Şəfa" Elnur Cəfərovla müqavilə müddətini uzatdı 13:08 Ermənistanı işğalda saxlayan simvollar 13:01 Bütün Xəbərlər