Almaniya və Britaniya təhlükəni sezir: Gözlənilməz MÜDAFİƏ SAZİŞİ

Almaniya və Britaniya təhlükəni sezir: Gözlənilməz MÜDAFİƏ SAZİŞİ
18.07.2025 16:49 Təhlil

"Rusiya Avropaya qarşı hücum planlarının olmadığını desə də, Almaniya və Böyük Britaniya təhlükəni hiss edir".

Siyasi ekspert Abutalıb Səmədov bunu TodayPress TV-yə açıqlamasında deyib.

O, Böyük Britaniya və Almaniyanın II Dünya Müharibəsindən sonra ilk dəfə olaraq müdafiə sazişi imzalamasından bəhs edib:

"Həm Böyük Britaniya, həm də Almaniya NATO üzvüdür. NATO-nun yaradılması haqqında müqavilənin beşinci maddəsində qeyd olunur ki, üzv dövlətlərdən birinə qarşı təcavüz olarsa, digərləri ona yardım göstərməlidir. Lakin həmin maddədə “hərbi müdaxilə daxil olmaqla” ifadəsi yer alır. Bu isə o deməkdir ki, yardım yalnız hərbi müdaxilə ilə məhdudlaşmır – maliyyə, siyasi və digər vasitələrlə də ola bilər. Yəni həmin maddə müharibəyə məcburi müdaxiləni nəzərdə tutmur.

ABŞ Prezidenti Donald Tramp da bu məqama tez-tez diqqət çəkir. O, Avropa ölkələrinə açıq şəkildə bildirir ki, ABŞ-nin Avropanı hərbi vasitələrlə müdafiə etmək öhdəliyi yoxdur. Məhz bu səbəbdən Avropa ölkələri özlərini Rusiyadan qorumağın yollarını axtarırlar. Bu çıxış yollarından biri kimi Böyük Britaniya və Almaniya arasında imzalanan yeni ikitərəfli müdafiə sazişini göstərmək olar".

Siyasətçi müqavilənin vəziyyəti kəskin şəkildə dəyişməyəcəyini düşünür:

"Uzun müddətdir ki, həm Böyük Britaniyada, həm də Almaniyada hərbi xərclər 2 faizdən aşağı olub. İndi bu ölkələr 2035-ci ilə qədər hərbi xərclərini 5 faizə çatdırmaq öhdəliyi götürüblər. Aydındır ki, bu prosesi sürətləndirmək lazımdır. Avropa ölkələrinin güclü silah arsenalına ehtiyacı var. Ukrayna müharibəsi göstərdi ki, Avropa dövlətləri ABŞ-yə bütün ümidlərini bağlamaqla öz müdafiələrini xeyli zəiflədiblər və Rusiyanın qarşısına çıxarmaq üçün real gücə sahib deyillər. Əlbəttə, Tramp əbədi deyil və növbəti prezidentin NATO-ya münasibəti fərqli ola bilər. Lakin hər iki ölkə – Böyük Britaniya və Almaniya indiki vəziyyətdən çıxış yolları axtarır. Bu saziş onların hərbi gücünü radikal şəkildə dəyişməsə də, mütləq şəkildə atılmalı olan addımdır. Bu ölkələrin başqa alternativi yoxdur".

Analitik sazişin Rusiya ilə münasibətlərə təsirindən də söz açıb: 

"Onsuz da həm Almaniyanın, həm də Böyük Britaniyanın Rusiya ilə münasibətləri düşmənçilik səviyyəsindədir. Moskva dəfələrlə bu ölkələri raket zərbələri ilə hədələyib. Bu səbəbdən hesab etmirəm ki, bu saziş münasibətlərdə əlavə gərginlik yaradacaq, çünki gərginlik onsuz da yüksəkdir. ABŞ-dən sonra Ukraynaya ən çox dəstək verən ölkələr Almaniya və Böyük Britaniyadır".

A.Səmədov sonda əlavə edib ki, bu müqavilə yeni güc mərkəzi yaratmaq cəhdlərindən biridir:

"Ola bilsin, yaxın gələcəkdə bu ittifaqa başqa ölkələr də qoşulsun. Amma qısa müddətdə hərbi xərcləri ciddi şəkildə artırmadan real güc mərkəzi yaratmaq mümkün deyil. Bununla belə, istiqamət aydındır. Rusiya rəsmiləri Avropaya qarşı hücum planlarının olmadığını desələr də, Almaniya və Böyük Britaniya təhlükəni hiss edir və tədbir görməyə çalışırlar. Çünki prezident Vladimir Putin eyni sözləri vaxtilə Ukraynaya da deyir, hücum niyyətinin olmadığını bildirirdi".

Qeyd edək ki, iyulun 17-də Böyük Britaniya və Almaniya İkinci Dünya müharibəsindən sonra ilk dəfə olaraq müdafiə sazişi imzalayıb. Sazişə əsasən, tərəflər xarici hücum halında bir-birini müdafiə etməyi öhdəsinə götürür. Razılaşmada 2000 km-dən artıq məsafəli raketin birgə hazırlanması (10 il ərzində), qanunsuz miqrasiyaya qarşı əməkdaşlıq və Brexit-dən sonrakı ticarətin sadələşdirilməsi nəzərdə tutulur. Əsas təhlükə mənbəyi kimi Rusiya göstərilir.

Qiymət Mahir

FOTOLAR

Almaniya və Britaniya təhlükəni sezir: Gözlənilməz MÜDAFİƏ SAZİŞİ — 1
XƏBƏR LENTİ
31 IYUL 2026
Bakıda təkər tullantıları yanır - VİDEO 14:14 Nüvə başlığı daşıya bilən Rusiya raketi Polşa ərazisində partladı 14:12 Sabiq direktor məhkəmə qarşısında: 186 min manatlıq mənimsəmədə ittiham olunur 13:51 HƏMAS-dan mühüm açıqlama: Silahları təhvil verməyə hazırıq 13:47 “Sabah”ın növbəti avrokubok sınağının hakimi bəlli oldu 13:33 Azərbaycan və Qırğızıstan prezidentlərinin təltifolunma mərasimi keçirildi - FOTO 13:28 “Vugar Gashimov Open 2026” öz qalibini tapdı 13:20 SEPAH-a casusluqda şübhəli bilinən Azərbaycan vətəndaşı saxlanıldı 13:10 ATƏT sədri Bakıya gəlir: Nələr müzakirə olunacaq? 13:02 Azərbaycanlı güləşçi dünya çempionatında medal astanasında! 12:57 Robert Köçəryanla bağlı qərar verildi 12:44 Yeni nazir müavini təyin olundu - Sərəncam imzalandı 12:38 Sabah hava necə olacaq ? 12:31 Çimayevdən Striklendə: “Məni görəndə üzr istə!” 12:08 İspaniyaya soxulan qanunsuz miqrantlar geri qaytarılacaq - Razılıq əldə olundu 12:19 Azərbaycan və Mərkəzi Asiya ölkələri liderlərinin qeyri-rəsmi görüşü keçirilir 12:13 Alonso FIFA-nın planına etiraz etdi: Futbol satıla bilməz! 12:06 Gözlər Prezident Əliyevin Orta Asiya səfərində: Azərbaycan dünyanı xilas etmək üzrədir 11:58 Bərdədə 79 yaşlı kişi kanalda boğuldu 11:47 Namidə İsayeva vəzifəsindən ayrıldı 11:40 Tramp Rusiya-Ukrayna müharibəsinin başa çatması ilə bağlı açıqlama verdi 11:36 Xəstəni komaya salan cərrah və anestezioloqa hökm oxundu 11:31 Azərbaycan futbolunda tarixi uğur: UEFA rekordu yeniləndi 11:24 Meloni İspaniya ilə Şengeni dayandırmağa hazırdır 11:18 Çolpon-Atada İlham Əliyev və Mehriban Əliyevanın şərəfinə ziyafət verildi 11:13 Bütün Xəbərlər