Yamal dünya çempionatı öncəsi rəqiblərə mesaj göndərdi

Yamal dünya çempionatı öncəsi rəqiblərə mesaj göndərdi
20.05.2026 13:35

Lamin Yamal DÇ-2026 öncəsi İspaniya yığma komandası üçün favorit statusu barədə danışıb.

TodayPress TV xəbər verir ki, bu barədə FIFA-nın rəsmi saytı məlumat yayıb. 

Gənc yarımmüdafiəçi favorit olmağın komandaya əlavə üstünlük vermədiyini deyib:

“Bu maraqlıdır, çünki Avropa çempionatında vəziyyət tam fərqli idi. Heç kim bizi əsas favorit hesab etmirdi və bu, bizə kömək etdi. Favorit olmaq meydanda heç nə ifadə etmir. Bu, sənə üstünlük qazandırmır və daha çox qol vurmağa kömək etmir”.

İspan futbolçu dünya çempionatında bir çox güclü yığmanın mübarizə aparacağını vurğulayıb:

“Argentina, Fransa, Portuqaliya, İngiltərə kimi komandalar var və onların hamısı mundialda ən yaxşı oyununu göstərir. Bizim üçün əsas məsələ İspaniya uğrunda sonadək mübarizə aparmaq və oyun üslubumuza inanmaqdır. Məncə, ən yaxşı futbolu biz oynayırıq”.

Qeyd edək ki, İspaniya millisi son illərdə həm Avropa çempionatı, həm də UEFA Millətlər Liqasında uğurlu çıxışı ilə diqqət çəkib.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
20 AVQUST 2026
Kolumbiyada fövqəladə vəziyyət elan edildi 12:47 Beyin şişlərinə qarşı yeni silah - Kəllədə gizli immun mexanizm aşkarlandı 12:39 “Sabah”ın Simiçi Çempionlar Liqasında tarixə düşdü 13:42 Cənubi Koreya Arktika üzərindən Avropaya gedir: Yeni marşrut sınaqdan keçiriləcək 12:52 “Tottenhem”dən “Mançester Siti”yə böyük hücum planı: iki ulduz hədəfdə 13:24 Samvel Karapetyandan Paşinyana sərt çağırış: “Vətəndaşlıqdan imtina etsin!” 13:04 Paşinyan: "Ermənistan Azərbaycanla sülhü rəsmiləşdirəcək" 13:11 Sabah Bakıda 32, rayonlarda 36 dərəcə isti olacaq 12:48 “Barselona” Livakoviç üçün hərəkətə keçdi – transferə sayılı günlər 12:43 “Sumqayıt”lı futbolçunun emosional reaksiyası ona baha başa gəldi 12:54 Gələcək üçün təhlükə siqnalı: Azərbaycanda əhalinin artımı sürətlə zəifləyir 12:22 Ferstappenin gələcəyi bəlli oldu: “Red Bull”la uzunmüddətli müqavilə! 12:24 Astronomiya aləmində sensasiya: 12,5 milyard illik gizli sistem üzə çıxdı! 12:21 NATO Belarus sərhədinə yaxınlaşır: Litvada 40 milyon avroluq düşərgə 11:59 Azərbaycan XİN Mərkəzi Afrika Respublikasına başsağlığı verdi 11:58 Trampın gizlətdiyi böyük plan ortaya çıxdı: Hər gecə 10 milyon barel neft necə daşınır? 11:52 İşdən qanunsuz çıxarılan 63 nəfər əvvəlki işlərinə bərpa etdirildi 11:35 Mərc qalmaqalından sonra Bizliyə ağır ailə ittihamları! 11:31 ABŞ ordusundan GTA VI sürprizi: Əsgərlərə məzuniyyət veriləcək 11:26 İrəvanda böyük kilsə çevrilişi: "Vətəndaş sazişi" planı elan etdi 11:05 “Qarabağ”ın Avropa macərasında növbəti böyük imtahan! 10:55 İsraildə Qərbi Nil virusundan ilk ölüm faktı qeydə alındı 10:44 “Bu, səyahətin sonudur!” Kultard Zandfortun “Formula-1” taleyindən danışdı 10:28 "Ağ Ev öz borclarını gizlədir!" – Əraqçi bütün kartları açdı! 10:24 Darvin Nunyesin transferində son anda gözlənilməz dəyişiklik! 10:17 Bütün Xəbərlər