Alvares “Barselona” sözlərindən peşman oldu, amma ayrılmaq istəyindən vaz keçmədi!

Alvares “Barselona” sözlərindən peşman oldu, amma ayrılmaq istəyindən vaz keçmədi!
14.08.2026 16:17

Madrid “Atletiko”sunun hücumçusu Xulian Alvares klubdan ayrılmaq istədiyini bildirməsi ilə bağlı komanda yoldaşlarından üzr istəyib.

TodayPress TV “Cadena SER” nəşrinə istinadən xəbər verir ki, argentinalı futbolçu “Barselona”nın marağı fonunda komandadan ayrılmaq niyyətində olduğunu açıqlamasının səhv olduğunu etiraf edib.

Məlumata görə, Alvares komanda yoldaşları ilə söhbətində həm dediklərinin mahiyyətində, həm də ifadə formasında haqsız olduğunu bildirib. 

Hücumçu “Atletiko”ya sədaqətinin hər şeydən üstün olduğunu vurğulayıb.

Nəşrin iddiasına əsasən, “Barselona” ilə danışıqların uzanması fonunda Alvares mövcud vəziyyətlə barışmağa başlayıb.

Qeyd olunur ki, futbolçunun bu açıqlaması “Atletiko”nun “Barselona” ilə danışıqlardan imtina edəcəyi halda onun hər hansı etiraz addımı atmaq ehtimalını aradan qaldırır. Bununla belə, bu, Alvaresin Madriddən ayrılmaq istəyindən tamamilə vaz keçdiyi anlamına gəlmir.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
20 AVQUST 2026
“Sumqayıt”lı futbolçunun emosional reaksiyası ona baha başa gəldi 12:54 Gələcək üçün təhlükə siqnalı: Azərbaycanda əhalinin artımı sürətlə zəifləyir 12:22 Ferstappenin gələcəyi bəlli oldu: “Red Bull”la uzunmüddətli müqavilə! 12:24 Astronomiya aləmində sensasiya: 12,5 milyard illik gizli sistem üzə çıxdı! 12:21 NATO Belarus sərhədinə yaxınlaşır: Litvada 40 milyon avroluq düşərgə 11:59 Azərbaycan XİN Mərkəzi Afrika Respublikasına başsağlığı verdi 11:58 Trampın gizlətdiyi böyük plan ortaya çıxdı: Hər gecə 10 milyon barel neft necə daşınır? 11:52 İşdən qanunsuz çıxarılan 63 nəfər əvvəlki işlərinə bərpa etdirildi 11:35 Mərc qalmaqalından sonra Bizliyə ağır ailə ittihamları! 11:31 ABŞ ordusundan GTA VI sürprizi: Əsgərlərə məzuniyyət veriləcək 11:26 İrəvanda böyük kilsə çevrilişi: "Vətəndaş sazişi" planı elan etdi 11:05 “Qarabağ”ın Avropa macərasında növbəti böyük imtahan! 10:55 İsraildə Qərbi Nil virusundan ilk ölüm faktı qeydə alındı 10:44 “Bu, səyahətin sonudur!” Kultard Zandfortun “Formula-1” taleyindən danışdı 10:28 "Ağ Ev öz borclarını gizlədir!" – Əraqçi bütün kartları açdı! 10:24 Darvin Nunyesin transferində son anda gözlənilməz dəyişiklik! 10:17 “Barselona”da Levandovski boşluğu: yeni hücumçu axtarışı başladı 09:55 Rusiya Ermənistana Azərbaycandan keçməklə yeni tədarük göndərəcək 09:52 Uindhorstdan “Filadelfiya”ya xəbərdarlıq: Lebronla mövsüm asan olmayacaq! 09:41 Azərbaycan neftinin qiyməti 95 dolları keçdi 09:46 Deniz Undav ölüm təhlükəsi ilə üz-üzə qaldığı anları danışdı 09:34 DTX-dən xüsusi əməliyyat: 17 il beynəlxalq axtarışda olan şəxs Azərbaycana gətirildi 09:31 Mourinyu “Real”ın qapısını Yamalın üzünə bağladı: “Mənimkilər ən yaxşıdır” 09:20 Kiyevə növbəti hücum: Ölən və yaralananlar var - VİDEO 09:13 Azərbaycanlı gimnast Avropa çempionatının finalında! 09:01 Bütün Xəbərlər