Yankoviç "Qarabağ"ı Türkiyə klubuna dəyişdi

Yankoviç "Qarabağ"ı Türkiyə klubuna dəyişdi
22.06.2026 10:40

"Qarabağ"ı daha bir futbolçu tərk edib.

TodayPress TV Prosport.az-a istinadla xəbər verir ki, Marko Yankoviç Türkiyə Super Liqasına vəsiqə qazanmış "Çorum"a transfer olunub.

Onunla "2+1" illik müqavilə bağlanılıb. 30 yaşlı futbolçunun "Qarabağ" və "Zirə" arasında keçirilmiş yoxlama oyununda (4:3) görünməməsi də bu səbəbdən olub. "Çorum" 2027-ci ilin yayınadək müqaviləsi olan futbolçuya görə "Qarabağ"a transfer məbləği də ödəyib.

Yeri gəlmişkən, "Çorum"da "Qarabağ"ın sabiq bosniyalı qapıçısı İbrahim Şehiç də çıxış edir.

Qeyd edək ki, Monteneqro millisinin üzvü olan, Serbiya vətəndaşlığı da olan Marko Yankoviç ötən mövsüm "Qarabağ"da 44 matça çıxıb və 5 qol, 4 assistlə yadda qalıb. O, 2022-ci ilin yayında İsrailin "Hapoel" (Təl-Əviv) klubundan "Qarabağ"a qoşulmuşdu. "Qarabağ" artıq bu mövqeyə portuqaliyalı mərkəz yarımmüdafiəçisi Samuel Lobatunu transfer edib.

Onu da bildirək ki, Leandro Andradenin də Ukraynanın "Polissye" klubuna transfer olunacağı gözlənilir. Həmçinin, Kamilo Duranı Şotlandiyanın "Seltik" klubunun istədiyi bildirilir.

TodayPress TV

XƏBƏR LENTİ
07 AVQUST 2026
Xameneinin səhhəti pisləşdi - İDDİA 13:39 Azərbaycanda yeni komitə yaradıldı[[ - SƏRƏNCAM ]] 13:24 Azərbaycanın Pakistandakı səfiri dəyişdi 13:22 Azərbaycanın Malayziyadakı səfiri geri çağırıldı 13:20 Abel Məhərrəmovun səfir oğlu geri çağırıldı 13:18 Jurnalist vəsiqəsi haqqında dəyişiklik edildi 13:12 Media və Yayım Şurasına əlavə hüquq və vəzifələr verilib 13:09 Media və Yayım Şurası yaradıldı 12:57 Moskvada güclü partlayış səsi: Ukrayna zərbəsi, yoxsa supersonik sınaq? - VİDEO 12:55 Emin Rzayev Qazaxıstanda rəqiblərinə şans vermədi! 12:47 Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı hərbi ittifaq qurur - SƏBƏBLƏR 12:28 UFC ulduzu Makqreqor qayıdış üçün məşqlərə start verdi 12:16 Erməni kilsəsi tarixində ilk: Katolikos II Qaregin məhkəmə qarşısına çıxacaq 12:20 2026 reqlamenti “Maklaren”in planlarını alt-üst etdi 12:09 İplər gərildi, atəşkəs bitdi... - Yəməndə nə baş verir? - ŞƏRH 12:02 Türkiyədə 4.1 bal gücündə zəlzələ baş verdi - VİDEO 11:59 Alonsonun qərarı Okonun taleyini həll edə bilər 12:22 "Tarqovı"da obyekt yanır - VİDEO 11:51 Xaranın iştirakı ilə baş verən qəzanın səbəbi açıqlandı 11:47 Tramp "doğum turizmi"nə qarşı yeni sərəncam imzaladı 11:38 Tərtərdə ər-arvadı evdə yandırıb pullarını oğurlayan şəxs tutuldu 11:28 Azərbaycanda xeyli silah-sursat aşkarlandı 11:14 Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan üçtərəfli müdafiə sazişi imzalayacaq 10:56 Batan gəmidən kimlər, necə sağ çıxdı? -Anbarlar yandı, pullar batdı, kompensasiya verilmir... 10:41 Çiçarito Ronaldonun görünməyən tərəfini açıqladı 10:33 Bütün Xəbərlər