Xavi: Messinin “Barselona”ya dönüşü hazır idi, amma Laporta mane oldu

Xavi: Messinin “Barselona”ya dönüşü hazır idi, amma Laporta mane oldu
09.03.2026 09:51

“Barselona”nın keçmiş baş məşqçisi Xavi Hernandez argentinalı ulduz Lionel Messinin kluba qayıdışının niyə baş tutmadığını açıqlayıb.

TodayPress TV xəbər verir ki, o, bu barədə “La Vanguardia” nəşrinə danışıb.

Mütəxəssisin sözlərinə görə, 2022-ci il dünya çempionatından sonra Messi ilə “Barselona”nın yenidən birləşməsi faktiki olaraq razılaşdırılmış məsələ idi.

Xavi bildirib ki, futbolçu kluba qayıtmaq istəyirdi və hətta La Liga rəhbərliyindən də icazə alınmışdı. Lakin son anda klub prezidenti Laporta transferi dayandırıb.

Xavinin sözlərinə görə, Laporta ona belə izah verib:

“Messi qayıtsa, klubda maaş müharibəsi başlayacaq və biz buna icazə verə bilmərik”.

İspaniyalı mütəxəssis əlavə edib ki, Messinin “Barselona”ya qayıtmamasının səbəbi maliyyə qaydaları və ya futbolçunun atasının tələbləri deyil:

“Messi sadəcə ona görə “Barselona”ya qayıtmayacaq ki, Laporta bunu istəmir”.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
05 AVQUST 2026
TRIPP-in “taleyi” bu tarixdə bəlli olacaq - Ermənistan Məhkəməsi qərar verəcək 20:44 “Orhus” - “Sabah” oyununun vaxtı dəyişdirildi 20:31 ABŞ “dənizin altına” sərmayə qoydu: 76,6 milyard dollar 20:24 Kanala girən 14 yaşlı oğlandan xəbər yoxdur - Fövqəladə Hallar hərəkətə keçdi 20:10 Türkiyə mediası Hacıyevin fikirlərini təhrif etdi - FOTO 19:56 Gürcüstanda universitetlər pulsuz olacaq, amma bir şərtlə! 19:51 İran və Oman Hörmüzü “qorumağa” hazırlaşır: ABŞ də siyahıdadır 19:31 Azərbaycan Mərakeşdə xüsusi status qazandı - “Fəxri ölkə” 19:23 Ben-Qvir vəzifəsini itirəcək? Netanyahu açıqlama verdi 19:17 Metrodan istifadə edən sərnişinlərə ŞAD XƏBƏR! 19:05 Moldovada kritik vəziyyət: Ölkə su ehtiyatlarını işə saldı 18:52 Borcu vardı, amma möhlət də verilmişdi: İranda neft şirkətinin hesabları niyə bağlandı? 18:37 ABŞ geri addım atdı: Sanksiyalar yığışdırıldı 18:22 Bakı metrosunda 10 yeni stansiya: Sərnişinlərə ŞAD XƏBƏR 18:18 Sürücülərin DİQQƏTİNƏ! Bu yollarda tıxac var - SİYAHI 18:11 Uzun fasilə bitdi: Mudrik yenidən yaşıl meydanda! 17:43 Maks Ferstappen komanda rəhbərinə heyranlığını gizlətmədi 17:21 Müharibənin taleyini dəyişdirəcək qərar - Tramp Zelenskini çıxılmaz vəziyyətdə qoydu 17:24 Şirvan kanalı bərpa edildi 17:11 Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndəriləcək 17:03 “Uilyams” çıxış yolunu gələcək mövsümdə axtarır 16:45 İstidə təkcə bədən yox, dişlər də susuz qalır 16:33 Nigar Fərhadın əri həbs edildi 16:26 Yaş artdıqca niyə qida zövqümüz dəyişir? 16:21 Kobaxidze Abxaziya ilə bağlı təşəkkür etdi 16:12 Bütün Xəbərlər