Şok dəyişiklik! “Mançester Yunayted”də məşqlər tamamilə dəyişdi

Şok dəyişiklik! “Mançester Yunayted”də məşqlər tamamilə dəyişdi
28.02.2026 15:34

“Mançester Yunayted” klubunda baş məşqçi dəyişikliyindən sonra ciddi dəyişikliklər baş verib.

TodayPress TV “The Telegraph”a istinadən xəbər verir ki, Ruben Amorimin istefasından və onun yerinə Maykl Kerrikin təyin olunmasından sonra əsas yeniliklər məşq prosesində müşahidə olunur.

Bildirilir ki, Amorimin məşqçi heyəti əsasən gənclərdən ibarət idi və onlar çox vaxt qərar vermək üçün portuqaliyalı mütəxəssisin siqnalını gözləyirdilər. Onun fikirləri nadir hallarda mübahisələndirilirdi.

Kerrikin rəhbərliyi altında isə vəziyyət fərqlidir. İngilis mütəxəssis köməkçilərinin sərbəst şəkildə fikir bildirməsini təşviq edir.

Həmçinin məşqlər daha qısa və intensiv olur. Müddəti adətən 60-75 dəqiqədən artıq çəkmir. Məşq prosesini izləyən şəxslər “qırmızı şeytanlar”ın nümayiş etdirdiyi sürət, fiziki təmas və enerji səviyyəsindən heyrətə gəliblər.

Qeyd edək ki, Amorim 2024-cü ilin noyabrından 2026-cı ilin yanvarına qədər “Mançester Yunayted”ə rəhbərlik edib. Kerrik isə yanvarın 13-dən etibarən “qırmızı şeytanlar”ı çalışdırır və onun müqaviləsi mövsümün sonunadək nəzərdə tutulub.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
07 AVQUST 2026
Bir il kənarda qaldı, “Formula-1”ə sevgisi daha da artdı! 14:51 Üç ölkə “Məkkə Sazişi” imzaladı 14:45 Hemilton “Ferrari”də nəhayət dönüş nöqtəsinə çatdı! 14:39 Tovuzda 65 yaşlı qadın güllələndi, qardaşı oğlu tutuldu 14:28 Hörmüz boğazı ilə bağlı razılaşma əldə olundu 14:23 Xodar tennis tarixinin seçilmişləri sırasına düşdü! 14:14 İsrailin Türkiyəyə qarşı gizli planı ortaya çıxdı 14:11 Bayındır Avropa Liqası iştirakçısına transfer olundu! 13:48 Xameneinin səhhəti pisləşdi - İDDİA 13:39 Azərbaycanda yeni komitə yaradıldı - SƏRƏNCAM 13:24 Azərbaycanın Pakistandakı səfiri dəyişdi 13:22 Azərbaycanın Malayziyadakı səfiri geri çağırıldı 13:20 Abel Məhərrəmovun səfir oğlu geri çağırıldı 13:18 Jurnalist vəsiqəsi haqqında dəyişiklik edildi 13:12 Media və Yayım Şurasına əlavə hüquq və vəzifələr verilib 13:09 Media və Yayım Şurası yaradıldı 12:57 Moskvada güclü partlayış səsi: Ukrayna zərbəsi, yoxsa supersonik sınaq? - VİDEO 12:55 Emin Rzayev Qazaxıstanda rəqiblərinə şans vermədi! 12:47 Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı hərbi ittifaq qurur - SƏBƏBLƏR 12:28 UFC ulduzu Makqreqor qayıdış üçün məşqlərə start verdi 12:16 Erməni kilsəsi tarixində ilk: Katolikos II Qaregin məhkəmə qarşısına çıxacaq 12:20 2026 reqlamenti “Maklaren”in planlarını alt-üst etdi 12:09 İplər gərildi, atəşkəs bitdi... - Yəməndə nə baş verir? - ŞƏRH 12:02 Türkiyədə 4.1 bal gücündə zəlzələ baş verdi - VİDEO 11:59 Alonsonun qərarı Okonun taleyini həll edə bilər 12:22 Bütün Xəbərlər