Qasperinin istəyi gerçəkləşir! “Roma” “İnter”dən ulduz alır

Qasperinin istəyi gerçəkləşir! “Roma” “İnter”dən ulduz alır
12.08.2026 08:43

“Roma” “İnter”in yarımmüdafiəçisi Luis Enrike Tomas de Lima ilə transfer razılaşmasına gəlib.

TodayPress TV xəbər verir ki, bu barədə jurnalist Canluka Di Marsionun saytı məlumat yayıb.

“Roma” klubu 24 yaşlı braziliyalını sağ cinah müdafiəçisi və “on nömrə” mövqelərində çıxış edə biləcək futbolçu kimi heyətinə qatmaq istəyir. Baş məşqçi Can Pyero Qasperini rəhbərlikdən məhz bu mövqelərin gücləndirilməsini tələb edib.

Mənbənin məlumatına görə, “Roma” Enrikenin transferi üçün “İnter”ə 30 milyon avro ödəyəcək. Transferin rəsmiləşməsi üçün yalnız futbolçunun razılığı qalır.

“Transfermarkt” portalında braziliyalı futbolçunun bazar dəyəri 22 milyon avro qiymətləndirilir.

Qeyd edək ki, Luis Enrike ötən mövsüm bütün turnirlərdə 43 oyuna çıxıb, 1 qol vurub və 3 məhsuldar ötürmə edib. O, daha əvvəl “Marsel” klubunda da çıxış edib.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
12 AVQUST 2026
“Bu uşaqlar çox pisdirlər!” Bred Pitt futbolçuları tənqid etdi 10:19 XİN-dən gənclərə təbrik: “Böyük qürur hissi doğurur” 09:46 Trampdan etiraf: "Onlar nə deyirsə, mən onu edirəm" 09:45 İngiltərə futbolunda iz qoyan qadın hakim karyerasını bitirir 10:03 Tramp: "İrana inanmıram" 08:46 6 min azarkeş, bir kubok, böyük savaş! Emeri “PSJ” matçına köklənib 09:54 Sevastopola kütləvi PUA hücumu 09:34 Bundesliqada inanılmaz start! Yeni top məhsuldarlığı artırıb 09:26 Azərbaycan nefti bahalaşdı 09:24 Transfer bazarında Baloqun savaşı! “Qalatasaray” da namizədlər arasındadır 09:21 "Tesla" 20 mindən çox avtomobilini geri çağırır 09:08 Lebronun debüt oyunu NBA tarixində bilet qiyməti rekordu qırdı 08:57 Bakıda 46 kiloqram narkotiklə bağlı əməliyyat: 3 nəfər saxlanıldı 08:54 Qasperinin istəyi gerçəkləşir! “Roma” “İnter”dən ulduz alır 09:10 Diqqət! Bu ərazilərdə qaz olmayacaq 08:27 Novorossiyskdə PUA hücumu: Limandakı iri taxıl terminalına zərbə endirildi - VİDEO 08:17 İsveç sursat tədarükünə 52,5 milyon DOLLAR ayrıldı 01:37 Braziliyadan QEYRİ-ADİ layihə: İnsan saçından okean filtri hazırlandı 01:49 Qasırğaların gücü köpəkbalıqları ilə ölçüləcək? 01:02 Məşhur amerikalı müğənnini məhkəməyə verdilər 01:45 ABŞ-də gömrük gəlirləri azaldı, sosial xərclər kəskin artdı 01:16 Moldova Ukrayna taxılının daşınmasına başlayır 01:30 Kriştianu Ronaldu və Corcina Rodriqes evləndi! 01:41 Bir sıra ərazilərdə işıq KƏSİLƏCƏK 01:20 "Silahları Aİ-yə satırıq, onlar Ukraynaya verir" - Tramp 01:10 Bütün Xəbərlər