Qalmaqallı NBA çempionu yenidən dəmir barmaqlıqlar arxasında

Qalmaqallı NBA çempionu yenidən dəmir barmaqlıqlar arxasında
27.07.2026 10:18

Keçmiş NBA oyunçusu və 2001-ci il çempionu Ayzeya Rayder ABŞ-nin Arizona ştatında yenidən həbs olunub.

TodayPress TV xəbər verir ki, TMZ nəşrinin məlumatına görə, 55 yaşlı sabiq basketbolçu məhkəmə qərarını yerinə yetirmədiyi üçün saxlanılıb.

Mənbənin bildirdiyinə görə, Rayder son 37 il ərzində 30-dan çox həbs edilib. Onun ilk saxlanılması 1989-cu ildə kollecdə oxuyarkən oğurluq və fiziki zorakılıq ittihamları ilə baş tutub. Sonrakı illərdə də müxtəlif insidentlərə görə dəfələrlə hüquq-mühafizə orqanları ilə problemi olub.

Rayder NBA-dakı debüt mövsümündə də hücum ittihamı ilə 30 sutka həbs, ictimai işlər və qəzəbin idarə olunması kurslarına məhkum edilib.

Karyerası ərzində təxminən 30 milyon dollar qazanan sabiq basketbolçu doqquz mövsümdə “Minnesota Timbervulvz”, “Portlend Treyl Bleyzers”, “Atlanta Hoks”, “Los-Anceles Leykers” və “Denver Naqqets” klublarında çıxış edib.

Rayder 2001-ci ildə “Los-Anceles Leykers” ilə NBA çempionu olsa da, pley-off heyətinə daxil edilməyib. Buna baxmayaraq, liqanın qaydalarına əsasən komandanın üzvü kimi çempionluq üzüyünə sahib çıxıb.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
27 IYUL 2026
BakuBus 1460 azn maaşa qadın sürücü axtarır 11:56 Mədəniyyət naziri kitabxanaçıları attestasiya adı ilə işsiz qoydu – Etibar Əliyev 11:54 Səudiyyə Ərəbistanının ən strateji neft zavodu vuruldu, 48 saatdır söndürmək mümkün olmur - FOTO 11:51 Azərbaycanın dövlət borcu açıqlandı 11:42 Psixoloqlar xoşbəxt olmağa mane olan 7 düşüncə tərzini açıqladı 11:36 Azərbaycanlı keçmiş məmur Almaniyada 15 milyon avroya necə bina tikə bilər? 11:18 "Qərb mənimlə ərəb olduğum üçün mübarizə apardı, ərəblər isə qadın olduğuma görə" — Zaha Hadid 11:16 Xalq artisti söyüş söydüyünə görə 40 illik həyat yoldaşı olan qadını boşadı 11:04 Pogaçar: Dopinq yoxlamasına supermarketə gedirmiş kimi gedirəm 11:01 Gənc tennisçi: Ən böyük qorxum özümü məyus etməkdir 10:58 Müharibə Xəzər dənizinə sıçradı: Hörmüz və Qırmızı dənizdən sonra Xəzərdə silahlar açıldı 10:56 Şahin Bağırov polkovnikə yüksək VƏZİFƏ VERDİ - FOTO 10:45 Ermənilərdən təmizlənən Qarabağın meşələri vətəndaşlarımız ucbatından zibil qoxuyur – Jurnalistdən sərt tənqid 10:43 Azərbaycanlı FIFA referisi UEFA-da oyunu idarə edəcək 10:39 Dana Uayt Makqreqorla bağlı pis xəbəri açıqladı 10:37 Səddam və Xomeyni milyona yaxın Azərbaycan türkünü cəbhədə bir-birinə qırdırdı – Tarixin gizli üzü 10:31 Transfer bombası: “Real” Rodri üçün hərəkətə keçdi 10:25 Bakıda və Abşeronda tozun miqdarı normadan artıqdır 10:23 Qalmaqallı NBA çempionu yenidən dəmir barmaqlıqlar arxasında 10:18 Borçalıdakı soydaşlarımızın beynini yudular - İran üçün qurban olan türk oğul - qızlarının miskin görüntüləri - VİDEO 10:17 Pirlo qərarı FIGC-də istefa dalğası yarada bilər 10:10 Pirlo ətrafında qalmaqal: Təyinat dayandırıldı 10:06 Kürdəmirdə yanacaqdoldurma məntəqəsinin yaxınlığında yanğın başladı - VİDEO 09:56 Mourinyodan sərt qərar: Bu futbolçular gedəcək 09:46 Kiyev klubundan UEFA-ya çağırış: Təxribatı araşdırın 09:44 Bütün Xəbərlər