Olimpiadada virus təhlükəsi: İsveçrə yığması izolyasiyada

Olimpiadada virus təhlükəsi: İsveçrə yığması izolyasiyada
07.02.2026 10:30

İsveçrə qadın hokkey yığması norovirus səbəbindən Olimpiadada izolyasiyaya alınıb

TodayPress TV İsveçrə Hokkey Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, komandanın bir üzvündə norovirus aşkarlanandan sonra qadın hokkey yığması tam şəkildə izolyasiyaya yerləşdirilib.

Federasiyanın açıqlamasına görə, norovirus testinin müsbət nəticəsi Çexiya ilə oyundan sonra və Olimpiya Oyunlarının açılış mərasiminə az qalmış əldə olunub. Xəstə idmançı Olimpiya kəndinə gəldiyi vaxtdan ayrı otaqda qalırdı və simptomlar yarandığı andan etibarən izolyasiya edilmişdi. Fevralın 6-da səhər saatlarında artıq onda xəstəlik əlamətləri müşahidə edilməsə də, ehtiyat tədbiri kimi bütün komanda karantinə alınıb. Digər hokkeyçilərdə isə heç bir simptom aşkar edilməyib.

Qeyd edək ki, İsveçrə yığması qrup mərhələsinin ilk matçında Çexiyanı bullitlər seriyasında 4:3 hesabı ilə məğlub edib. Matçdan sonra komanda Olimpiadanın açılış mərasimini buraxmalı olub.

Komandanın növbəti oyunu fevralın 7-də Kanada yığmasına qarşı keçirilməli idi.

Xatırladaq ki, norovirusa yoluxma halı Finlandiya qadın hokkey yığmasında da qeydə alınmışdı.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
31 IYUL 2026
Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Prezidentin Qırğızıstana səfəri başa çatdı 19:37 Bəraət istəyən separatçılar cavab gözləyir - Məhkəmə qərarını hazırlayır 19:34 Paşinyan hökuməti “dağılır” - Bakı ilə sülh prosesini aparan komanda dəyişəcək? 19:19 Sərxoş sükan arxasına keçdi, narkotik istifadə etdi - Amma deportasiya olunmadı, çünki… 19:08 Sahibə Qafarovadan Cənubi Afrikaya niyə getdi? - Vacib səfər 19:02 Müxalifətçi oliqarxın zavodu dövlət nəzarətinə keçdi 18:51 Kommunal xidmətlər kəskin bahalaşacaq - Müharibənin növbəti nəticəsi 18:35 Azərbaycanlı məşhur blogger həbs olunacaq? - SƏBƏB 18:25 Gülxanım Şirinova bürünc medal qazana bilmədi 18:14 Trampın Qəzza ilə bağlı yeni planı İsrail və HƏMAS-a “sərf etməyəcək” 18:08 Məsafə əsaslı avtomobil nəqliyyatı xidmətinə görə subsidiyanın ödənilməsi qaydası təsdiq edilib 17:55 Birinci xanım Mehriban Əliyeva Çolpon-Atada "Altın-Balalık" sağlamlıq və reabilitasiya mərkəzi ilə tanış olub 17:52 "Bank BTB"nin lisenziyası ləğv edilib, "T-Kredit" BOKT-a lisenziya verilib 17:48 Polşa Rusiyadan hesabat tələb etdi 17:44 Əhalinin Siyahıyaalınmasına Yardım üzrə Mərkəzi Komissiya yaradılacaq 17:20 Sançes baş verənlərdən şoka düşüb: ərazimizə hücum edirlər 17:15 İspaniyada 25 mindən çox miqrant Mərakeşə geri qaytarıldı 17:02 Rassellin gələcəyi ilə bağlı gözlənilməz açıqlama 16:50 Dezinformasiyalar sosial həyatımızı təhlükə altına aldı – Prezident müdaxilə etməli oldu. 16:45 FIFA-dakı qalmaqal böyüyür: daha bir istefa gəldi 16:39 Bütün Xəbərlər