Gimnastlarımız turniri 16 medalla başa vurublar

Gimnastlarımız turniri 16 medalla başa vurublar
16.05.2026 22:20

14-16 may tarixlərində Milli Gimnastika Arenası idman gimnastları arasında maraqlı mübarizəyə ev sahibliyi edib.

TodayPress TV xəbər verir ki, 5 ölkədən 50-yə yaxın gimnastın iştirak etdiyi turnirdə həm qadınlar, həm də kişilər birincilik uğrunda mübarizə aparıblar. Gimnastlar gənclər və böyüklər yaş kateqoriyalarında çıxış ediblər.

Ölkəmizi bu turnirdə qadınlar arasında böyüklər yaş kateqoriyasında Nazənin Teymurova, Dəniz Əliyeva, Aytən Məmmədova və Xədicə Abbaszadə, gənclər arasında Albina Əliyeva, Leyla Məmmədzadə, Aynaz Məcidzadə və Lalə Zamanlı, kişilər arasında isə böyüklər yaş kateqoriyasında Rəsul Əhmədzadə, Aydın Əlizadə və Nikita Simonov, gənclər arasında isə Miryusif Əhmədzadə, İlham Salayev, Mahir Səlimov, İsgəndər Cavadzadə və Məhəmməd Rüstəmzadə təmsil ediblər.

Turnirin ilk günündə gənclər yaş kateqoriyası üzrə gimnastlar komanda hesabı və çoxnövçülük proqramı üzrə mükafatlandırılıblar.

Həm qadın, həm də kişi gimnastlarımız komanda hesabında bürünc medal qazanıblar. Fərdi çoxnövçülük proqramında isə qadınlar arasında Leyla Məmmədzadə bürünc medalın sahibi olub.

İkinci gündə böyüklər yaş kateqoriyasındakı gimnastlar çoxnövçülük üzrə çıxışlarını nümayiş etdiriblər. Çoxnövçülük üzrə mükafatlandırmada kişilər arasında Rəsul Əhmədzadə qızıl medal, qadınlar arasında isə Xədicə Abbaszadə bürünc medal əldə edib.

Yarışın sonuncu günü final həyəcanı ilə yadda qalıb. Gənclər və böyüklər yaş kateqoriyalarında gimnastlar ayrı-ayrı alətlər üzrə final çıxışlarını tamamlayıblar. Gimnastlarımız finalda uğur əldə ediblər.

Gənclər yaş kateqoriyasında İlham Salayev sərbəst hərəkətlər proqramında bürünc medal qazanıb. Leyla Məmmədzadə isə dayaqlı tullanmada, müxtəlif hündürlüklü qollarda və sərbəst hərəkətlər proqramında üç bürünc medala sahib olub.

Böyüklər yaş kateqoriyasında Rəsul Əhmədzadə gimnastika atı və turnikdə qızıl, Dəniz Əliyeva dayaqlı tullanmada qızıl, müxtəlif hündürlüklü qollarda gümüş, Nikita Simonov halqalarda qızıl, Nazənin Teymurova gimnastika tirində qızıl, Aydın Əlizadə isə paralel qollarda bürünc medal qazanıb.

Beləliklə, gimnastlarımız turniri ümumilikdə 16 medalla başa vurublar.

TodayPress TV

XƏBƏR LENTİ
31 IYUL 2026
Paşinyan hökuməti “dağılır” - Bakı ilə sülh prosesini aparan komanda dəyişəcək? 19:19 Sərxoş sükan arxasına keçdi, narkotik istifadə etdi - Amma deportasiya olunmadı, çünki… 19:08 Sahibə Qafarovadan Cənubi Afrikaya niyə getdi? - Vacib səfər 19:02 Müxalifətçi oliqarxın zavodu dövlət nəzarətinə keçdi 18:51 “Port Baku”da ev yanır - VİDEO 18:39 Kommunal xidmətlər kəskin bahalaşacaq - Müharibənin növbəti nəticəsi 18:35 Azərbaycanlı məşhur blogger həbs olunacaq? - SƏBƏB 18:25 Gülxanım Şirinova bürünc medal qazana bilmədi 18:14 Trampın Qəzza ilə bağlı yeni planı İsrail və HƏMAS-a “sərf etməyəcək” 18:08 Məsafə əsaslı avtomobil nəqliyyatı xidmətinə görə subsidiyanın ödənilməsi qaydası təsdiq edilib 17:55 Birinci xanım Mehriban Əliyeva Çolpon-Atada "Altın-Balalık" sağlamlıq və reabilitasiya mərkəzi ilə tanış olub 17:52 "Bank BTB"nin lisenziyası ləğv edilib, "T-Kredit" BOKT-a lisenziya verilib 17:48 Polşa Rusiyadan hesabat tələb etdi 17:44 Əhalinin Siyahıyaalınmasına Yardım üzrə Mərkəzi Komissiya yaradılacaq 17:20 Sançes baş verənlərdən şoka düşüb: ərazimizə hücum edirlər 17:15 İspaniyada 25 mindən çox miqrant Mərakeşə geri qaytarıldı 17:02 Rassellin gələcəyi ilə bağlı gözlənilməz açıqlama 16:50 Dezinformasiyalar sosial həyatımızı təhlükə altına aldı – Prezident müdaxilə etməli oldu. 16:45 FIFA-dakı qalmaqal böyüyür: daha bir istefa gəldi 16:39 Küveyt İranın pilotsuz uçuş aparatlarını vurdu 16:15 Şensnıdan təqaüdlə bağlı gözlənilməz açıqlama 16:19 150 balla bu ixtisaslara qəbul mümkündür - DİM sədri açıqladı 16:10 DİM sədri: l ixtisas qrupu üzrə keçid ballarının artacağı gözlənilir 15:58 Səudiyyə İranı məğlub etmək üçün İraqı vurdu - YENİ SSENARİ İŞƏ DÜŞDÜ 15:57 Seutaya 24 saata 49 min miqrant – İspaniya bunu "hücum" adlandırdı 15:45 Bütün Xəbərlər