Döyüş dünyasını sarsıdan xəbər: Entoni Smit saxlanıldı

Döyüş dünyasını sarsıdan xəbər: Entoni Smit saxlanıldı
29.07.2026 10:57

Keçmiş UFC döyüşçüsü Entoni Smit ağır cinayətlərdə ittiham olunaraq saxlanılıb.

TodayPress TV xəbər verir ki, bu barədə “Sherdog” məlumat yayıb.

Bildirilir ki, UFC-də yarıağır çəkidə titul uğrunda mübarizə aparmış Entoni Smit ABŞ-nin Nebraska ştatında həbs edilib.

38 yaşlı idmançı Sarpi dairəsinin həbsxanasına yerləşdirilib. Ona ağır bədən xəsarəti ilə nəticələnən məişət zorakılığı, terror xarakterli təhdidlər və birinci dərəcəli qanunsuz azadlıqdan məhrumetmə ittihamları irəli sürülüb.

Döyüşçünün saxlanılmasına səbəb olan hadisənin təfərrüatları hələ açıqlanmayıb.

Qeyd edək ki, Entoni Smit MMA karyerası ərzində 61 döyüş keçirib, 39 qələbə qazanıb və 22 dəfə məğlub olub. O, 2019-cu ildə UFC-nin yarıağır çəki üzrə çempionluq döyüşündə Con Consla qarşılaşıb və hakimlərin yekdil qərarı ilə uduzub.

Smit 2025-ci ildə UFC-dən ayrıldığını açıqlasa da, peşəkar karyerasını tam başa vurmayıb və əlcəksiz döyüşlər də daxil olmaqla müxtəlif yarışlarda çıxışını davam etdirib.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
29 IYUL 2026
Qızıl uğur! Sona Ağayeva beynəlxalq turnirdə zirvəyə yüksəldi 12:03 Paşinyan Putinə təcili zəng etdi - Nə danışıblar ? 12:01 NBA təcrübəli məşqçi “Gəncə”nin sükanı arxasına keçdi 11:56 Tikilməkdə olan bina uçmağa başlayıb - VİDEO 11:50 Ev quşlarının kütləvi tələfatı - Cənub bölgəsində baş verənlər 11:35 "Sudan səbəblər"dən Sudanda başlayan müharibə ara vermir 11:28 Vətənə xəyanət edənlərin Hacıyevə hücumu kimin sifarişidir? 11:23 “SİMA İmza”nın üztanıma həlli kirayə mənzil seçimində tətbiq olunacaq 11:15 Neft 81 dollar oldu 11:13 Döyüş dünyasını sarsıdan xəbər: Entoni Smit saxlanıldı 11:00 Fransızlar kralın deputatına atəş açdılar, təlim edirik dedilər 10:50 Buzovnada avtobusla yük avtomobili toqquşdu - GÖRÜNTÜLƏR 10:44 Qızıl ucuzlaşdı, gümüş bahalaşdı 10:39 Putin o qədər narahat oldu ki, Özbəkistan və Qazaxıstanla bağladığı müqaviləni dəyişdi 10:25 Universitetlərə ixtisas seçiminin başlayacağı tarix bilindi 10:20 Magistraturaya qəbulun nəticələri sabaha qədər elan oluna bilər 10:09 Ruslar Ermənistana qaçmağa başladılar - Putinin müharibə qorxusu başına bəla oldu 10:07 U-17 mundialında həlledici gün: Güləşçilərimiz medal ovunda 09:55 Azərbaycan nefti 4 dollardan çox ucuzlaşdı 09:48 Dünya çempionunun transferi iflasın bir addımlığındadır 09:32 Embiid yeni mövsüm öncəsi azarkeşləri həyəcanlandırdı 09:22 Bu günün valyuta məzənnələri 09:21 “Dünya çempionatı satılmır!” – Baş nazirdən FIFA-ya sərt mesaj 09:17 Sükut bitdi! - SEPAH ABŞ bazasına raket yağdırdı 09:11 Gecə Yaxın Şərqdə nələr baş verdi? – Bazalar vuruldu -VİDEO 08:57 Bütün Xəbərlər